Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2296/2021 24.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqanlar Maraqlı şəxs2nə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqanlar Maraqlı şəxs2nə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 12 nömrəli 3 sentyabr 1990-cı il tarixli qərarına əsasən Ağdaş şəhərində yaşayan vətəndaşlara fərdi yaşayış evi tikdirmək üçün həyətyanı torpaq sahəsinin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Sovetinin 8 avqust 1990-cı il tarixli 342 nömrəli qərarı ilə ona 42 nömrəli məhəllədəki torpaq sahəsindən 25 metr uzunluğunda, 20 metr enində olmaqla (176 nömrəli yer) 500 kv.metr torpaq sahəsi verilmişdir. Həmçinin bu barədə 19 noyabr 1990-cı il tarixdə müqavilənamə və akt tərtib edilmişdir. Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 12 nömrəli 03.09.1990-cı il tarixli qərarı, 19 noyabr 1990-cı il tarixdə müqavilənamə və akt tərtib edilərkən ata adı səhvən “Hüseyn” kimi qeyd edilmişdir. Hazırda həmin sənədlərdə buraxılmış yalnışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Bununla bağlı Maraqlı şəxs2 və 17 saylı Ərazi İdarəsinə müraciət etməyinə baxmayaraq hüquqmüəyyənedici sənədlərdə buraxılmış yalnışlığın düzəldilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, Ərizəçi Hüseyn oğlunun adına rəsmiləşdirilmiş Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 12 nömrəli 3 sentyabr 1990-cı il tarixli qərarı, 19 noyabr 1990-cı il tarixli müqavilənamə və aktın Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqanlar Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs2 tərəfindən iş üzrə Ərizəçi ünvanlanmış 5 oktyabr 2021-ci il tarixli 04/S-69-091 №-li məktubdan görünür ki, ata adının torpaq sənədində səhv qeyd edilməsinə dair müraciətinə Maraqlı şəxs2ndə baxılmış və problemin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə Ərizəçi ünvanlanmış 21 sentyabr 2021-ci il tarixli **********41 №-li məktubdan görünür ki, Ağdaş şəhəri, 42-ci yaşayış məhəlləsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin ayrılması haqqında 3 sentyabr 1990-cı il tarixli, 12 nömrəli qərarda və həmin qərar əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlərdə hər hansı bir düzəlişin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 12 nömrəli 3 sentyabr 1990-cı il tarixli qərarından görünür ki, fərdi yaşayış evi tikdirmək üçün həyətyanı torpaq sahəsi Ərizəçi Hüseyn oğluna verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən müqavilənamədən görünür ki, Ağdaş şəhəri 28 aprel küçəsində yerləşən 1/3 nömrəli ev Ərizəçi Hüseyn oğluna verilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə Ərizəçi atasının adı Hüseynağadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Hüseyn oğlunun adına rəsmiləşdirilmiş Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 12 nömrəli 3 sentyabr 1990-cı il tarixli qərarın, 19 noyabr 1990-cı il tarixli müqavilənamənin və 19 noyabr 1990-cı il tarixli aktın Ərizəçi məxsus olması faktı müəyyən edilməsi edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-2296/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2296/2021
24.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver