Məhkəmə qərarları › İş №2(014)-238/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-238/2022

09.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-238/2022 09.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Ərizəçi Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4 və Umarova (Həşimova) Adilə Sərxan qızının iştirakı ilə Ərizəçi maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Umarova (Həşimova) Adilə Sərxan qızına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Umarova (Həşimova) Adilə Sərxan qızına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx xxxx 1988-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs2 xx xxx 1956-cı ildə Ağdaş rayonunda anadan olmuşdur. Atası Maraqlı şəxs2 anası Maraqlı şəxs3 ilə 22 iyul 1985-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından o, qardaşı Maraqlı şəxs4 və bacısı Umarova (Həşimova) Adilə Sərxan qızı olmuşdur. Atası Maraqlı şəxs2, anası Maraqlı şəxs3, qardaşı Maraqlı şəxs4, bacısı Umarova (Həşimova) Adilə Sərxan qızının adına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarına əsasən 834.4 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Onlara qanuni verilmiş torpaq sahəsinin ölçüsü 834.4 kv.m olmasına baxmayaraq həmin JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin ölçüsü səhvən 0.06 hektar kimi qeyd edilmişdir. Həmçinin həmin şəhadətnamədə onun adı da səhvən Usmayıl kimi qeyd edilmişdir. Hazırda həmin JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə buraxılmış yalnışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Torpaq qeyd etməsinə işarələr vərəqində, həmçinin 51 nömrəli torpaq qeydi vərəqində atası Maraqlı şəxs2 verilmiş torpağın 834.4 kv.m olması açıq aşkar görünür. JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə buraxılmış yalnışlıqların düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməyinə baxmayaraq ona məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. Odur ki, Maraqlı şəxs2, Maraqlı şəxs3, X3, X2 və Maraqlı şəxs4 adına rəsmiləşdirilmiş JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən 0.06 hektar qeyd edilən həyətyanı torpaq sahəsinin 834.4 kv.m olması faktının, həmçinin Maraqlı şəxs2, Maraqlı şəxs3, X3, X2 və Maraqlı şəxs4 adına rəsmiləşdirilmiş JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Maraqlı şəxs2, Maraqlı şəxs3, X3, Ərizəçi və Maraqlı şəxs4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclasında ərizədə göstərilənləri təsdiq Ərizəçi atası olduğunu bildirdi. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarına əsasən 834.4 kv.m torpaq sahəsi onun və ailə üzvlərinin mükliyyətinə verilən zaman torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsi səhvən 0.06 hektar, oğlu İsmayılın adı isə Usmayıl kimi qeyd edilmişdir, ailəsində Usmayıl adlı şəxs olmamışdır və yoxdur. Digər maraqlı şəxslər Maraqlı şəxs4 və Umarova (Həşimova) Adilə Sərxan qızı məhkəmə iclasında Maraqlı şəxs2 izahatı ilə eyni məzmunlu izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin və Maraqlı şəxs3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və məhkəmə iclasında iştirak edən maraqlı şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs2 ilə Maraqlı şəxs3 nikahlarını 22 iyul 1985-ci ildə Ağdaş rayonu qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 Teymur Səfər oğlu ilə 10 fevral 2011-ci ildə nikahlarını rəsmiləşdirmişlər və X7 soyadını qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası Maraqlı şəxs2, anası Maraqlı şəxs3dır. Ağdaş RPŞ-i tərəfindən 06.05.2013-cü il tarixdə verilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə ərizəçinin adı Usmayıl deyil, İsmayıldır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə 0.06 hektar ölçüdə həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, şəhadətnamədə Maraqlı şəxs2, Maraqlı şəxs3, X3, X2 və Maraqlı şəxs4 adları qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 51 nömrəli Torpaq Qeydinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs2 verilmiş həyətyanı torpaq sahəsi 834.4 kv.m-dir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən iş üzrə ərizəçi Maraqlı şəxs2 ünvanlanmış 09 dekabr 2021-ci il tarixli **********01 №-li məktubdan görünür ki, JN-3968A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan səhvlərin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs2, Maraqlı şəxs3, X3, X2 və Maraqlı şəxs4 adına rəsmiləşdirilmiş JN- 3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin 834.4 kv.m (0,08344 hektar) olması və Maraqlı şəxs2, Maraqlı şəxs3, X3, X2 və Maraqlı şəxs4 adına verilmiş JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Maraqlı şəxs2, Maraqlı şəxs3, X3, Ərizəçi və Maraqlı şəxs4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar