Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2399/2021 28.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi Maraqlı şəxs2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi və qeyrilərinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi və qeyrilərinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 Maraqlı şəxs1 ilə 13.08.1987-ci ildə rəsmi ailə quraraq evlənmişlər. Birgə nikahlarından üç övladları, yəni Məmmədova (Ələkbərova) Nərgiz Şöhrət qızı, Maraqlı şəxs2 və Ərizəçi2 anadan olmuşlar. Onların adına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1988-ci il tarixcli 22 nömrəli qərarı ilə 0,10 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN- 121A KOD 90313028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Həmin JN-121A KOD 90313028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 adı səhvən “Nigar” kimi, Ərizəçi2 adı səhvən “Tural” kimi qeyd edilmişdir. JN-121A KOD 90313028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışlar. Lakin həmin çıxarışda da eyni səhvlər, yanlışlıqlar buraxılmışdır. Bu səbəbdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər. Lakin idarədən onlara hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə orqanlarına məxsus olması bildirilmişdir. Hazırda həmin RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda buraxılmış yanlışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi Maraqlı şəxs2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X10 məhkəməyə ərizə təqdim edərək, ifadəsində göstərdi ki, Ərizəçi1 onun xalasıdır. Hər dəfə onlara gedəndə xalası deyir ki, sənədlərində çatışmamazlıqlar var. O, bildiyinə görə Ərizəçi1 öz adı və uşağı Ərizəçi2 adı dövlət aktında səhv olaraq Turan əvəzinə Tural yazılmış, Ərizəçi1 adı isə Niyar əvəzinə Nigar kimi yazılmışdır. Onların sənədində belə texniki səhvlər olduğunu və həll edə bilmədiklərini eşitmişdir və bilir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 məhkəməyə ərizə təqdim edərək, ifadəsində göstərdi ki, Ərizəçi1 onun yaxın qonşusudur. Onlar qonşu olaraq yaxşı ünsiyyət edirlər. O, bildiyinə görə Ərizəçi1 öz adı və uşağı Ərizəçi2 adı dövlət aktında səhv olaraq Turan əvəzinə Tural yazılmış, Ərizəçi1 adı isə Niyar əvəzinə Nigar kimi yazılmışdır. Onların sənədində belə texniki səhvlər olduğunu və həll edə bilmədiklərini eşitmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Yevlax Ərazi İdarəsinin RX seriyalı, № ******* saylı çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs2 xüsusi mülkiyyətinə Ağdaş rayonunun Gürcuva kəndində 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hüquq sahibləri Maraqlı şəxs2, Maraqlı şəxs1, X2, X5 və X6r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 noyabr 2021-ci il tarixli, 3214 saylı arayışdan görünür ki, X14 ilə X5 20.10.2015-ci il tarixdə 41 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş 13 avqust 1987-ci il tarixli, İV-JQ seriyalı, № 351640 saylı hikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs1 ilə X3 13 avqust 1987ci il tarixdə 18 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Ələkbərova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Maşad kənd icra hakimiyyəti tərəfindən verilmiş 03 dekabr 1993-cü il tarixli, XVİİ seriyalı, № 392840 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1993-cü ildə Ağdaş rayonunun Gürcuva kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs1, anası Ərizəçi1dır. İşin materiallarında olan Ağdaş rayon Maşad kənd soveti tərəfindən verilmiş 29 iyun 1988-ci il tarixli, Xİİ seriyalı, № 484414 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1988-ci ildə Ağdaş rayonunun Gürcuva kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs1, anası Ərizəçi1dır. İşin materiallarında olan Ağdaş rayon Maşad kənd soveti tərəfindən verilmiş 14 avqust 1989-cu il tarixli, XİV seriyalı, № 390904 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 31.07.1989-cu ildə Ağdaş rayonunun Gürcuva kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs1, anası Ərizəçi1dır. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd soveti tərəfindən verilmiş 04 iyun 1960-cu il tarixli, İ-İE seriyalı, № 930785 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1960-cı ildə Ağdaş rayonunun Gürcuva kəndində anadan olmuşdur. X1, anası X7r. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 08.10.2021-ci il tarixli, № **********91 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. Beləliklə, məhkəmə iclasında ərizəçilərin nümayəndəsinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilərə Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, № ******* saylı çıxarışda adlar siyahısında texniki səhv olaraq Ərizəçi1 əvəzinə “X2” kimi, Ərizəçi2 əvəzinə “X13” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adları, onların şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və X2, X13, Maraqlı şəxs1, Maraqlı şəxs2 və X4 adına rəsmiləşdirilmiş RX seriyalı, № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Məmmədova (Ələkbərova) Nərgiz Şöhrət qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi və qeyrilərinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. X2, X13, Maraqlı şəxs1, Maraqlı şəxs2 və X4 adına rəsmiləşdirilmiş RX seriyalı, № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Məmmədova (Ələkbərova) Nərgiz Şöhrət qızına məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-2399/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2399/2021
28.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver