Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-240/2025 06.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İstehsalat Birliynə qarşı “qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun silinməsi” tələbinə dаir işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İstehsalat Birliynə qarşı “qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Ağdaş XS-nın əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı aktın əsasında qanunsuz hesablanaraq onun **********01220 abonent koduna vurulmuş 1036.80 manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası 06 fevral 2025-ci il tarixə saat 12:30-a təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh nümayəndəsi X3 “qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun silinməsi” tələbinə dair mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədi. Ona görə də, məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci madəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 263, 264, 266- 269-cu maddələrinin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İstehsalat Birliynə qarşı “qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun silinməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-240/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-240/2025
06.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver