Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-243/2023 06.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Arqar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarı ilə Ağdaş rayonu, Əmirarx kəndində ona JN-183 KOD 90304028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 0.16 ha torpaq sahəsi verilmişdir. JN-183 KOD 90304028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Çıxarış almaq istəyən zaman ona məlum olmuşdur ki, aktın adlı siyahısında Ərizəçi adı və ata adı səhvən X3 qeyd edilmişdir. Belə ki, bütün sənədlərdə onun Ərizəçi olduğu öz əksini tapmışdır. Dövlət Aktına düzəliş edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də həmin şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Hesab edir ki, dövlət aktında qeyd edilən yanlışlığa düzəliş edilməlidir. Bu səbəbdən məcbur olub məhkəmə müraciət etmişdir. Buna görə də Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarı ilə JN-183 KOD 90304028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X5 adına verilmiş 0.16 ha torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İşdə materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə Ərizəçi ünvanlanmış 05 dekabr 2022-ci il tarixli **********63 №-li məktubdan görünür ki, hüququmüəyyənedici sənədlərdə olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan doğum haqqında olan şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1970-ci ildə doğulmuş Ərizəçi atası X8, anası X1r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 16 may 2009-cu ildə ölmüşdür. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli, 505 nömrəli Arayışdan görünür ki, AR DT və XK tərəfindən Ərizəçi verilmiş JN-183 KOD 90304028 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktında vətəndaşın adı və ata adında texniki səhvə yol verilmişdir. Belə ki, X2 Həbib Vəli oğlu olmalıdır. İş materiallarında olan JN-183 KOD 90304028 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 qərarı ilə 0.16 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarı ilə JN-183 KOD 90304028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X5 adına verilmiş 0.16 ha torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-243/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-243/2023
06.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver