Məhkəmə qərarları › İş №2(014)-243/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-243/2024

12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-243/2024 12.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin məxsus olması faktının edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin məxsus olması faktının edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Qəbələ rayon AİK-in 14 aprel 2005-ci il tarixli, 4ə-2-1640 nöməli alqı-satqı müqaviləsinə əsasən, X5, X10, Nümayəndə, X11, X6 və X7 adına verilmiş Qəbələ rayonu, Kürd kəndində JN – 0572 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ona aid hissədə ona, yəni Məmmədova (Süleymanova) Urfanə Məhəmməd qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 14 aprel 2005-ci il tarixli, 4ə-2-1640 nöməli alqı-satqı müqaviləsi ilə, onlara yəni X5, X10, Nümayəndə, X11, X6, X9 Qəbələ rayonu, Kürd kəndində JN – 0572 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 6,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X29, yəni Məmmədova (Süleymanova) Urfanə Məhəmməd qızının soyadı, adı və ata adı səhvən “X11” kimi göstərilmişdir. Lakin ona məxsus digər sənədlərdə, yəni doğum və nikah haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə ad, soyad və ata adı düzgün olaraq, Məmmədova (Süleymanova) Urfanə Məhəmməd qızı kimi qeyd edilmişdir. O, 01 noyabr 2002-ci il tarixdə X25 ilə evlənərək Məmmədova soyadını qəbul etmişdir. Hazırda torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydə aldırmaq istəyirlər, ancaq Dövlət Aktında qeyd olunan səhvlər qeydlər aparıldığından bu mümkün deyildir. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyil, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Onların, yəni ailə üzvlərinin adına torpaq sahəsi verilərkən Dövlət Aktında texniki səhvə yol verilərək bacısı Məmmədova (Süleymanova) Urfanə Məhəmməd qızı ”X11” kimi qeyd edilmişdir. Onlar həmin torpaq sahəsini rəsmiləşdirərkən müəyyən edilmişdir ki, bacısının adı və cinsiyyəti səhv qeyd olunmuşdur və həmin səhvə görə hazırda onlara verilən subsiyadan yararlana bilmirlər. Yalnışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ Regional “ASAN xidmət” mərkəzinə müraciət etmişlər. Sözügedən səhvin aradan qaldırılması onların deyil, məhkəmənin səlahiyyətində olduğu əsas gətirilərək onlara məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. İşin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0572 nömrəli KOD 40610018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X2 və ailə üzvləri X10, Nümayəndə, X11, X6, X7 mülkiyyətinə Qəbələ rayonu, Kürd kəndi ərazisindən 6,00 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli, 3-21-3-42/2-S-00xx-xx/2023 saylı məktubdan görünür ki, JN-0572 nömrəli KOD 40610018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan 30 noyabr 2023-cü il tarixdə Qəbələ rayon Kürd kənd İ.Ə.N tərəfindən verilmiş AZ-T № 249639 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 xx xxxxxx 1983-cü il tarixdə Qəbələ rayonu Kürd kəndində doğulmuş, atası X5, anası isə X4r. İşin materiallarında olan 01 noyabr 2002-ci il tarixdə Qəbələ rayon Kürd kənd İƏN-yi tərəfindən verilmiş İİ-AZ № 032969 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 Urfanə Məhəmməd qızı arasında 07 noyabr 2002-ci il tarixdə 01 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş 28 fevral 2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1983cü il tarixdə Qəbələ rayonu, Kürd kəndində doğulmaqla, ünvan 1 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Kürd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 may 2023-cü il tarixli, 5- 59-21/2-131-2023 saylı arayışdan görünür ki, JN-0572 nömrəli KOD 40610018, sahəsi 6,0 ha olan Torpağa mülkiyyət hüququna dair X24 (Məmmədova) Urfanə Məhəmməd qızının adı və soyadı texniki səhv olaraq X3 yazılmışdır. İşin materiallarında olan Qəbələ rayon “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli, 05/09İS/049596-22 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Nümayəndə aid 06 dekabr 2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Atası – 25 sentyabr 1957-ci il təvəllüdlü X5 (12 may 2011-ci ildə ölüb). Anası – 12 may 1957-ci il təvəllüdlü X10. Arvadı – 28 dekabr 1981-ci il təvəllüdlü X14. Bacısı – xx xxxxxx 1983-cü il təvəllüdlü Ərizəçi. Qardaşı – 23 yanvar 1984-cü il təvəllüdlü X12. Bacısı – 18 mart 1985-ci il təvəllüdlü X15. Qızı – 21 dekabr 2005-ci il təvəllüdlü X18. Qızı – 02 mart 2007-ci il təvəllüdlü X22 (11 aprel 2007-ci ildə ölüb) Oğlu – 10 yanvar 2009-cu il təvəllüdlü Süleymanov süleyman Azad oğlu. Qızı – 29 avqust 2011-ci il təvəllüdlü X23. Qızı – 17 noyabr 2014-cü il təvəllüdlü X19. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin və ailə üzvlərinin adına Qəbələ RDK-nun 14 aprel 2005-ci il tarixli 4ə-2-1640 saylı alqı-satqı müqaviləsinə əsasən verilmiş JN-0572 nömrəli KOD 40610018 saylı Torpağa mülkiyyət hüququna dair X33 (Süleymanova) Urfanə Məhəmməd qızının adı və cinsi səhvən “X11” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adları, atalarının adları, soyadları və ya cinsləri onların şəxsiyyətlərini təsdiq edən sənəddə göstərilən adları, atalarının adları, soyadları və ya cinsləri ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən adı və ya cinsi onun şəxsiyyətini təsdiq edən sənəddəki adı və ya cinsi ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Qəbələ rayon AİK-nin 14 aprel 2005-ci il tarixli, 4ə-2-1640 nömrəli alqı-satqı müqaviləsinə əsasən X5, X10, Nümayəndə, X11, X6 və X7 adına verilmiş Qəbələ rayonu, Kürd kəndində JN-0572 nömrəli KOD 40610018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçi Məmmədova (Süleymanova) Urfanə Məhəmməd qızına aid hissədə ona məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin məxsus olması faktının edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Qəbələ rayon AİK-nin 14 aprel 2005-ci il tarixli, 4ə-2-1640 nömrəli alqı-satqı müqaviləsinə əsasən X5, X10, Nümayəndə, X11, X6 və X7 adına verilmiş Qəbələ rayonu, Kürd kəndində JN-572 nömrəli KOD 40610018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçi Məmmədova (Süleymanova) Urfanə Məhəmməd qızına aid hissədə ona məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar