Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-254/2022 04.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı, Cavabdeh Sadıqova (Yusifova) Aygün Abbasəli qızın iştirakı ilə, İddiaçı cavabdehlər Sadıqova (Yusifova) Aygün Abbasəli qızı, X7 və X9 qarşı «istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Sadıqova (Yusifova) Aygün Abbasəli qızı, X7 və X5 qarşı «istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhəri Hüşün kəndində yerləşən yarımtikili evə, cavabdeh Sadıqova (Yusifova) Aygün Abbasəli qızının, X1 və X2 istifadə hüququna 2500 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək həmin kompensasiya məbləğinin 2000 AZN həddində azaltsa da, yenidən məhkəməyə ərizə verərək 3000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. AR MPM-nin 53-cü maddəsinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə AR MPM-nin 53-cü maddəsinə əsasən hazırkı ərizəni mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ağdaş rayon məhkəməsinin 23 dekabr 2014-cü il tarixli 2(014)-1396/2014 saylı qərarı cavabdeh Sadıqova (Yusifova) Aygün Abbasəli qızının, Ağdaş rayonu Hüşün kəndində yerləşən mərhum atasına məxsus və onun tərəfindən evlənməmişdən əvvəl tikilmiş yarımtikili kürsülü evə köçürülməsi qət edilmişdir. Ağdaş rayon məhkəməsinin 2(014)-1396/2014 saylı icra sənədi Ağdaş rayon icra şöbəsi tərəfindən icra edilərək yaşayış evinə köçürülmüşdür. Tələbkar Sadıqova (Yusifova) Aygün Abbasəli qızı bir müddət yaşadıqdan sonra evdəki şəraitsizlik ucbatından özü könüllü olaraq evi tərk etmiş və tərəfindən heç bir maneə törədilməmişdir. Bir neçə il sonra da uydurma bəhanələr ilə Ağdaş rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 8(014)-234/2015 saylı qərardadının ləğv edilməsi və 2(014)-1396/2014 saylı icra sənədi üzrə icraatın təzələnməsi və icraya yönəldilməsini xahiş etmişdir. Qeyd edir ki, həmin yarım tikili ev atasından övladlarına miras qalmışdır.Tələbkar ərizəsində olmayan xəyali 2 mərtəbəli evdən bəhs edərək onun 2 mərtəbəli evinin olduğu həmin evdən də onu qovduğunu bildirmişdir.Halbuki onun tərəfindən tələbkarın onun ilə birlikdə qaldığı dövrdə və ondan sonra da bugünədək tələbkara qarşı heç bir hərəkəti olmamışdır.Tələbkar onunla razılaşaraq evi özü tərk etmişdir. Qeyd edilən yarımtikli sadəcə 1 otaqdan ibarət olub 2 ailənin birlikdə yaşaması üçün uyğun deyildir və bunun üçün də heç bir kommunal sistemi mövcud deyildir.Bu səbəbdən cavabdehlə birgə yaşamaq mümkün deyildir. Sözügedən yarım tikili 88.3 kv metr sahəsi olan 1 otaqdan ibarətdir və 2 ayrı şəxsin yaşaması qeyri mümkündür. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Sadıqova (Yusifova) Aygün Abbasəli qızı məhkəmə iclasında izahatında bildirmişdir ki, o, iddiaçı ilə xx.xx.1999-cu il tarixdə nikah qeydiyyatından keçməklə evlənib rəsmi ər-arvad olmuşlar, birgə nikahlarından 2 uşaqları olmuşdur. 2014-cü ildə isə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. O, İddiaçı ilə ailə həyatı qurduqdan sonra onun atasına məxsus və onun evindən 100 metr aralı məsafədə yerləşən evinə gəlin köçmüşdür və bir il həmin evdə yaşadıqdan sonra iddiaçının ərizədə göstərdiyi evi yarım tikili vəziyyətdə alaraq həmin evə köçmüşdür. Həmin 0.10 ha torpaq sahəsində 96.7 kv.m ev tikilmişdir. Həmin torpaq sahəsinə və evə 2003-cü ilin iyul ayında torpağın mülkiyyətə verilməsinə dair JH-197F kod 90312028 saylı şəhadətnamə verilmişdir. 2003-cü ilin iyul ayında torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə İddiaçı, yəni iddiaçı, o və qızı X10 mlükiyyətçi kimi göstərilmişdir. Onun İddiaçı qarşı “Ümumi mülkiyyətdə olan həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi və naturada ayrılması tələbinə” dair mülki işə 22 yanvar 2015-ci il tarixdə Ağdaş rayon məhkəməsində baxılmış və məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə onların paylı mülkiyyətlərinə verilmiş 0.10 hektar pay torpaq sahəsində hər birinin payı 1/3 hissədə, yəni 330 kv.metr müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının ona kompensasiya ödəmək istədiyi torpaq sahəsi və evin 2/3 hissəsi ona və qızına məxsus olmaqla onların mülkiyyətlərindədir. İstifadəsində deyil. İddiaçı və anası X14 onu və qızlarını hər cür vasitə ilə həmin evdə yaşamağa və köçürülməyinə maneəçilik törətdikləri üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə müraciət etmiş və müraciəti əsasında Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə icra sənədi üzrə icraat təzələnmişdir. İddiaçı və anası X11 ona qarşı etdikləri qanunsuz hərəkətlər barəsində o dəfələrlə Ağdaş rayon Polis şöbəsinə müraciət etmişdir. Lakin iddiaçının ərizəsi əsasında Ağdaş rayon məhkəməsi əsassız və qanunsuz olaraq 2/3 hissəsi onun mülkiyyətində olan evə köçürülməyi barədə icraatın dayandırılması barədə xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. Belə çıxır ki, o uşağı ilə küçədə yaşamalıdır. İddiaçının 2/3 hissəsi onun mülkiyyətində olan evə və torpağa 3000 manat istifadə hüququna kompensasiya verilməsi adı ilə xitam verilməsi tələbinə dair iddiası tamamilə əsassızdır. Cavabdeh Sadıqova (Yusifova) Aygün Abbasəli qızı məhkəmə iclasında yuxarıda göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Digər cavabdehlər- X7 və X9 yetkinlik yaşına çatmayan şəxslər olduqlarından onların hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. AR MPM-nin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. (AR MPM-nin 49.3 və 49.4-cü maddələri) Sadıqova (Yusifova) Aygün Abbasəli qızı məhkəmə iclasında qanuni nümayəndəsi olduğu X7 və X5 münasibətdə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Ağdaş RİHB-nın Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 561 saylı arayışdan məlum olur ki, Ağdaş rayon Hüşün kənd sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı hal-hazırda Ağdaş rayon Hüşün kəndində yaşayır və qeydiyyatdadır. Ümumi sahəsi 42 m2 , yaşayış sahəsi 24 m2 olan torpaqdan 1.80 sm hündürlükdə yerləşən birotaqlı yaşayış evi vardır. Məhkəməyə təqdim edilmiş Ağdaş rayon məhkəməsi tərəfindən verilmiş 2(014)- 1396/2014 saylı 22 dekabr 2014-cü il tarixli qətnamənin surətindən məlum olur ki, iddia təmin edilmiş, iddiaçı Sadıqova (Yusifova) Aygün Abbasəli qızı cavabdeh İddiaçı ilə nikahlarından anadan olmuş üç nəfər azyaşlı uşaqları 08 sentyabr 2000-ci ildə doğulmuş X10, 16 fevral 2006-cı ildə doğulmuş X8 , 28 noyabr 2011-ci ildə doğulmuş X12 ilə birlikdə hazırda cavabdeh İddiaçı yaşayan Ağdaş rayonunun Hüşün kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış evindən evin kommunal və qeyri yaşayış sahəsindən istifadə qaydaları cavabdehlə bərabər hüquqda müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-069A, (kod ********) saylı dövlət akına əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarına əsasən Ağdaş rayon Hüşün kəndi ərazisində 0.10 hektar torpaq sahəsi İddiaçı, Cavabdeh Abasəli qızı və X3 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Ağdaş rayon məhkəməsi tərəfindən verilmiş 2(014)- 40/2015 saylı 22 yanvar 2015-ci il tarixli qətnamənin surətindən məlum olur ki, iddia təmin edilmiş, Ağdaş rayon Aqrar İslahat komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı və JN-197F kod 90312028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Ağdaş rayonunun Hüşün kəndi ərazisində İddiaçı, Sadıqova (Yusifova) Aygün Abbasəli qızının və X3 paylı mülkiyyətinə verilmiş, 0.10 hektar pay torpaq sahəsindən hər birinin payı 1/3 hissədə, yəni 330 kv metr müəyyən edilməsi, İddiaçı Sadıqova (Yusifova) Aygün Abbasəli qızının və himayəsində olan azyaşlı uşağı X3 payına düşən torpaq sahəsi ardıcıl olaraq 0.10 hektar həyətyanı torpaq sahəsinə, orada olan yaşayış evinə gediş-gəliş və su yolu nəzərə alınmaqla naturada ayrılması qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Ağdaş RİHB-nın Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 549 saylı arayışdan məlum olur ki, Ağdaş rayon Hüşün kənd sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı hal-hazırda Ağdaş rayon Hüşün kəndində yaşayır və qeydiyyatdadır. Ümumi sahəsi 42 m2 , yaşayış sahəsi 24 m2 olan torpaqdan 1.80 sm hündürlükdə yerləşən birotaqlı yaşayış evi vardır. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 07 aprel 2022-ci il tarixli ƏQ-12/2022 saylı rəyindən görünür ki, qiymətləndirmə obyekti olan Ağdaş rayonu Hüşün kəndində yerləşən ümumi sahəsi 42 m2 , yaşayış sahəsi 24 m2 olan torpaqdan 1.80 sm hündürlükdə yerləşən birotaqlı yaşayış evinin hazırki bazar qiyməti xx.xx.2022-ci il tarixə bazar dəyəri 7.000 manat, aylıq kirayə haqqı 70 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən məlum olur ki, prosessual hüquqlarından istifadə edərək iddia ərizəsinə qarşı etiraz təqdim edir və aşağıda göstərilənlərə əsasən iddia ərizəsi olduğundan rədd edilməlidir. O, iddiaçı ilə xx.xx.1999-cu il tarixdə nikah qeydiyyatından keçməklə evlənib rəsmi ər-arvad olmuşlar, birgə nikahlarından 2 uşaqları olmuşdur.2014-cü ildə isə aralarında lan nikah məhkəmə qaydasında pozulmuşdur. O, İddiaçı ilə ailə həyatı qurduqdan sonra onun atasına məxsus və onun evindən 100 metr aralı məsafədə yerləşən evinə gəlin köçmüşdür və bir il həmin evdə yaşadıqdan sonra iddiaçının ərizədə göstərdiyi evi yarımtikili vəziyyətdə alaraq həmin evə köçmüşdür. Həmin 0.10 ha torpaq sahəsində 96.7 kv.m ev tikilmişdir. Həmin torpaq sahəsinə və evə 2003-cü ilin iyul ayında torpağın mülkiyyətə verilməsinə dair JH- 197F kod 90312028 saylı şəhadətnamə verilmişdir. 2003-cü ilin iyul ayında torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə İddiaçı, yəni iddiaçı o və qızı X10 mlükiyyətçi kimi göstərilmişdir. Onun İddiaçı qarşı “Ümumi mülkiyyətdə olan həyətyanı torpaq sahəsində payların müəyyən edilməsinə və naturada ayrılması tələbinə” dair mülki işə 22 yanvar 2015-ci il tarixdə Ağdaş rayon məhkəməsində baxılmış və məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə onların paylı mülkiyyətlərinə verilmiş 0.10 hektar pay torpaq sahəsində hər birinin payı 1/3 hissədə, yəni 330 kv.metr müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının ona kompensasiya ödəmək istədiyi torpaq sahəsi və evin 2/3 hissəsi ona və qızına məxsus olmaqla onların mülkiyyətlərindədir. İstifadəsində deyil. İddiaçı və anası X14 onu və qızlarını hər cür vasitə ilə həmin evdə yaşamağa və köçürülməyinə maneəçilik törətdikləri üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə müraciət etmiş və müraciəti əsasında Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə icra sənədi üzrə icraat təzələnmişdir.İddiaçı və anası X11 ona qarşı etdikləri qanunsuz hərəkətlər barəsində o dəfələrlə Ağdaş rayon Polis şöbəsinə müraciət etmişdir. Lakin iddiaçının ərizəsi əsasında Ağdaş rayon məhkəməsi əsassız və qanunsuz olaraq 2/3 hissəsi onun mülkiyyətində olan evə köçürülməyi barədə icraatın dayandırılması barədə xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. Belə çıxır ki, o uşağı ilə küçədə yaşamalıdır. İddiaçının 2/3 hissəsi onun mülkiyyətində olan evə və torpağa 2500 manat istifadə hüququna kompensasiya verilməsi adı ilə xitam verilməsi dələbinə dair iddiası tamamilə əsassızdır.Yuxarıdakılara əsasən hesab edir ki, iddiaçının ona qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair” iddiası əsassızdır, ona görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci bəndinin 3-cü yarımbəndinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 2-ci bəndinin 4-cü yarımbəndinə görə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Mübahisə predmetinin müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, iddia və ona etirazın dəlilləri nəzərə alınmaqla hər ikisinə ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə iddia tələb ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq iddia tələbinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda iddia ərizəsinə etiraz üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, iddianın və etirazın dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh Sadıqova (Yusifova) Aygün Abbasəli qızı iddiaçı ilə ailə həyatı quraraq, fərdi yaşayış evinə gəlin köçmüş, cehizlərini həmin evdə yerləşdirmiş, iddiaçı ilə nikah münasibətlərinə xitam verildikdən sonra, həmin evdən üç azyaşlı uşağı ilə məcburi qaydada çıxarılmış, həmin evə köçürülmə barədə iddia ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(014)-1396/2014 saylı 22 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilmiş, iddiaçı Sadıqova (Yusifova) Aygün Abbasəli qızı cavabdeh İddiaçı ilə nikahlarından anadan olmuş üç nəfər azyaşlı uşaqları 08 sentyabr 2000-ci ildə doğulmuş X10, 16 fevral 2006-cı ildə doğulmuş X8 , 28 noyabr 2011-ci ildə doğulmuş X12 ilə birlikdə hazırda cavabdeh X13 yaşayan Ağdaş rayonunun Hüşün kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış evindən evin kommunal və qeyri yaşayış sahəsindən istifadə qaydaları cavabdehlə bərabər hüquqda müəyyən edilməsi qət edilmişdir. Bundan əlavə məhkəmə iclasında müəyyən edildi ki, yaşayış evinin bazar qiyməti 7000 manat və həmin ərazidə evlərin kirayə haqqı 70 manat civarında təşkil edir. İddiaçı həmin ünvanda yaşayır. Tərəflər arasında münasibətlər bu gün də gərgin olmaqda davam etdiyindən iddiaçının və digər ailə üzvlərinin cavabdehlə birlikdə həmin yaşayış evində yaşamaları mümkün deyildir. Məhz bütün bunlara görə iddiaçı cavabdehə 3000 manat məbləğində kompensasiya verilməklə onun iki nəfər uşaqları ilə birlikdə yaşayış evindən istifadə etmək hüququna xitam verilməsini təklif etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1396/2014 saylı 22 dekabr 2014-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarının olması, eyni zamanda torpağa dair sənəd alınmasına baxmayaraq həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir rəsmiləşdirmə aparılmaması müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ rəsmi qaydada qeydiyyata alınmasa da, qeyd edilən fərdi yaşayış evi üzərində gözlənilən mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hazırkı işdə məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadığından analogiya qaydasında Mülki Məcəllənin 228.2ci maddəsi hazırkı münasibətlərə tətbiq edilə bilər. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, nəzərə alınmalıdır ki, … Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir… Belə ki, … Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası MPM-in 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə tərəflər arasında yaranmış gərginliyin və qalmaqalın davam etməsini, iddiaçının təklif etdiyi 3000 manat məbləğ ilə mübahisə predmeti olan yaşayış evinin yerləşdiyi ərazidə kirayə haqlarını, eləcə də iddiaçının ilə cavabdeh arasında nikah məhkəmə qaydasında pozularkən iki nəfər uşaqlarının cavabdehin himayəsində qalmasını, cavabdehin həmin yaşayış evindən istifadə etmək hüququna xitam verilməsinin uşaqların həmin evə hüquqlarının itirilməsinə səbəb olmamasını və uşaqların yaşayış yerinin valideynlik hüququnu itirməmiş valideynlərinin yaşayış yerinin sayılmasını nəzərə alaraq hesab edir ki, cavabdehin uşaqları ilə birlikdə iddiaçının hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşaması mümkündür Məhkəmə iddiaçının hesabına Sadıqova (Yusifova) Aygün Abbasəli qızının davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün, İddiaçı tərəfindən Sadıqova (Yusifova) Aygün Abbasəli qızına 3000 manat məbləğində pul kompensasiyası ödənilməsini ağlabatan və ədalətli hesab edir. Belə ki, 3000 manat cavabdehə 3 il ərzində (70 manat * 36 ay = 2520 manat) indiki şəraitlərinə uyğun olan digər yaşayış sahəsində yaşamağa imkan verir. Digər cavabdehlərlə bağlı məhkəmə hesab edir ki, onlar yetkinlik yaşına çatmadıqlarından, yaşayış yerləri valideynlərin yaşayış yerləri hesab edildiyindən təklif edilən kompensasiya məbləği nəzərə alınmaqla onların və hüquq mənafelərin müdafiəsi baxımından həmin şəxslərə münasibətdə iddia rədd edilməlidir. Məhkəmə cavabdehin etirazları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin öncə məhkəmə cavabdehin nəzərinə çatdırır ki, hazırkı qətnamə ilə həll edilən məsələ cavabdehin və övladının mülkiyyət hüquqlarına xitam vermir. Bundan əlavə kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, iddiaçının hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İddiaçı cavabdehə hazırda ədalətli kompensasiya təklif edir, həmin məbləğ ona 3 il ərzində övladlar ilə birlikdə indiki şəraitlərinə uyğun olan digər yaşayış sahəsində yaşamağa imkan verir. Məhkəmə iddia tələbi ilə bağlı yekun olaraq qeyd edir ki, cavabdehin uzun müddət həmin evdə yaşamaması, himayəsində iki uşağının olması, tərəflər arasında yaranmış gərginliyin və qalmaqalın davam etməsi, iddiaçının təklif etdiyi 3000 manat məbləğ ilə mübahisə predmeti olan yaşayış evinin yerləşdiyi ərazidə kirayə haqları, eləcə də, cavabdehin həmin yaşayış evindən istifadə etmək hüququna xitam verilməsinin uşaqların həmin evə hüquqlarının itirilməsinə səbəb olmaması və uşaqların yaşayış yerinin valideynlik hüququnu itirməmiş valideynlərinin yaşayış yerinin sayılması nəzərə alınaraq iddiaçı tərəfindən təklif edilən kompensasiya Sadıqova (Yusifova) Aygün Abbasəli qızının və onun himayəsində olan uşaqlarının davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı üçün yetərli olduğuna görə iddia tələbi qismən təmin edilməli, iddia qalan hissədə rədd edilməlidir. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X17rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Sadıqova (Yusifova) Aygün Abbasəli qızına və digərlərinə qarşı «istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi» tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh Sadıqova (Yusifova) Aygün Abbasəli qızının Ağdaş rayonu Hüşün kəndində yerləşən yarımtikili evinə olan istifadə hüquqlarına, mülkiyyətçi İddiaçı tərəfindən 3000 (üç min) manat məbləğində pul kompensasiyası verilməsi yolu ilə xitam verilməli, İddia tələbi qalan hissədə rədd edilməlidir. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sadıqova (Yusifova) Aygün Abbasəli qızının Ağdaş Rayon Məhkəməsinin 22 dekabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, Ağdaş rayonu Hüşün kəndində yerləşən evə olan istifadə hüquqlarına İddiaçı tərəfindən 3000 (üç min) manat məbləğində pul kompensasiyası verilməsi yolu ilə xitam verilsin. İddia tələbi X4 və X5 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-254/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-254/2022
04.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver