Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-256/2025 29.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı, Müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Başirov Vüqar Qurban oğlu, X26, X23 və X10 qarşı “miras əmlaka tam hissədə payın müəyyən edilməsi” tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Başirov Vüqar Qurban oğlu, X26, X23 və X10 qarşı “miras əmlaka tam hissədə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 iyun 2003-cü il tarixdə ölmüş nənəsi X13 miras qalmış ünvan 5ydalarla: AZ0302, ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.0618 ha torpaq sahəsindəki payının tam hissədə müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nənəsi X13 ona ünvan 5ydalarla: AZ0302, Ağdaş şəhəri, Mirazlı Əliyev küç 33) ünvanında xüsusi mülkiyyətində olan 0.0618 ha torpaq sahəsi qalmışdır. Hətta bununla bağlı nənəsi sağ olan zaman yəni xx.xx.2000-ci il tarixdə vəsiyyətnamə imzalanmışdır. Daha sonra nənəsi xx.xx.2003-cü il tarixdə ölmüşdür. Bundan sonra o Ağdaş rayon Notariat ofisinə müraciət edərək ona vəsiyyatnamə üzrə mirasın tam payına şəhadətnamə verilməsini xahiş etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddələrinə əsasən rədd cavabı verilmişdir. Hesab edir ki, cavabdehin cavabı qanunsuzdur, əsassız və aşağıda göstərilən hüquqlarına toxunur. Belə ki, cavabdeh öz cavabını onunla əsaslandırdı ki, vərəslər arasında mübahisə mövcuddur. İlk növbədə qeyd etmək istəyir ki, qalan mirasla bağlı mübahisə vardırsa niyə vərəsələr həmin miras əmlakını qəbul etmirdilər. Belə ki vərəsəliyin yaranması dövründə qüvvədə olmuş AR MM-in 527-ci və 538-ci maddəsi ilə də onun xx.xx.2003-cü il tarixdə ölmüş, nənəsi X13 miras qalmış Ağdaş şəhəri Məşəd küçəsi, 14-cü dalan 20 (yeni qaydalarla: AZ0302, Ağdaş şəhəri, Mirazlı Əliyev küç 33) ünvanında xüsusi mülkiyyətində olan 0.0618 ha torpaq sahəsindəki payının tam hissədə olması öz təsdiqini tapır. Azərbaycan Respublkası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paynın nisbətini göstərmədən vərəslik şəhadənaməsini verməlidirlər. Onun kimnənsə heç bir mübahisəsi yoxdur. Notariusun bu halda ona şəhadətnamə verilməsi üçün imtina etməsi əsassızdır. Bu hal Notariusa heçdə əsas vermir ki, ona tam paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsin. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 məhkəmə iclasına 10 mart 2025-ci il tarixdə cavabdeh Ağdaş rayon Notariat Ofisinə qarşı “miras əmlaka tam pay hüququ əsasında vərəsəlik şəhadətnaməsi verilməsi tələbinə dair iddia ərizəsi verərək, ünvan 3 ünvanda yerləşən 0.0618 ha torpaq sahəsinə tam pay hüququ ilə adına qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun anası X27 25 mart 2003-cü ildə vəfat etmişdir. Ondan "xxxx" ASC-də 14165 saylı hesabda əmanət və Ağdaş şəhəri Məşəd küçəsi 14-cü dalan 20 ünvanda yerləşən 0.0618 ha torpaq sahəsi miras qalmışdır. Həmin əmanətə dair xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılmış ona tam hissədə payı olmasına dair 2V-01- 1050 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. O Notariat Ofisinə əmlaka dair tam pay hüququ ilə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün müraciət etmiş və imtina almışdır. İddiaçı məhkəmə iclas ında iddia tələbini müdafiə edərək bildirdi ki, Ağdaş şəhəri Məşəd küçəsi 14-cü dalan 20 ünvanında nənəsi X13 ona xüsusi mülkiyyətində olan 0.0618 ha torpaq sahəsi və ev qalmışdır. Nənəsi 2003-cü ildə rəhmətə getmişdir. Nənəsi rəhmətə getdikdən sonra həmin evdə dayısı Qurban və dayısı oğlu Vüqar oğlu yaşamışdır. Nənəsi öldükdə onun yasını dayısı Həmid vermişdir. Bu səbəbdən o, miras əmlakla bağlı notariusa müraciət etməmişdir. Dayısı Qurban rəhmətə getdikdən sonra dayısı oğlu evlənərək həmin evə gəlin gətirmiş, bir müddət sonra o, da ailəsi ilə birlikdə qayınatasıgildə yaşamağa başlamışdır. Ondan sonra evi kirayə vermişlər, lakin hazırda ev boşdur və evə özləri nəzarət edirlər. Həmin evin bir aşarı onda, digəri isə anasında olmuşdur. Onlar hər ikisi həmin evə nəzarət etmişlər. Nənəsinin evi yaşanılası vəziyyətdə olmadığından onlar həmin evdə yaşamamışlar. Hazırda əmlaka tam payın müəyyən edilməsini xahiş edir. Müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, anasının vəfatından sonra onlar Rusiya Federasiyasına getmişlər. Anasının yasının xərcini qardaşı Həmid və o, çıkmişlər. Həmin evdə qardaşı Qurban və onun oğlu Vüqar yaşamışlar. Qardaşı rəhmətə gedəndən sonra qardaşı oğlu evlənərək o evə gəlin gətirmişdir. Lakin bir müddətdən sonra qardaşı oğlu ailəsi ilə birlikdə qayınatasının evinə köçərək həmin evdə yaşamağa başlamışdır. Evə o və qızları nəzarət edirlər. Qardaşı Həmid də payını ona bağışlayır. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Başirov Vüqar Qurban oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, bacı qardaşı ilə birlikdə atasından qalan payı tələb edir. Onun atası və əmisi Həmid nənəsinin yasını götürmüşlər, nənəsindən sonra da həmin evdə yaşayıb, həmin evdə də vəfat etmişdir. Atasının vəfatında sonra o, da bir müddət həmin evdə yaşamışdır, lakin sonradan Günəşin adına vəsiyyətnamə olduğunu bilib evdən çıxıb getmişdir. Cavabdeh1, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X26, X23 və X10 məhkəmənin yeri və vaxtı barədə qabaqcadan lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X17 məhkəmə iclasına teleqram ünvanlayaraq bildirdi ki, ona düşən payı öz bacısı Cavabdeh2 bağışlayır. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddiaçının və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiaları qismən təmin edilməlidir. İşin materiallarında olan Ağdaş rayonu Aşağı Zeynəddin kənd soveti tərəfindən verilmiş 17 aprel 1987-ci il tarixli 317359 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1987-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X6, anası Cavabdeh2dır. İşin materiallarında olan Ağdaş Rayon Notariat Ofisi tərəfindən verilmiş 22 may 2024-cü il tarixli 247 saylı məktubdan görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X13 miras qalmış ünvan 3 ünavnında yerləşən torpaq sahəsindən Günəş əlilovaya çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə ilə bağlı müəyyən edilmişdir ki, mirasın bölgüsündə digər vərəsələrlə aralarında mübahisə mövcuddur. Qeyd olunanlara əsasən mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşin materiallarında olan Dövlət notariusu tərəfindən 21 iyun 2000-ci il tarixdə verilmiş vəsiyyətnamənin surətindən görünür ki, ünvan 6ində yaşayan X27 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlkanı o cümlədən ünvan 6i unvanında yerləşən şəxsi yaşayış mənzilini İddiaçı vəsiyyət etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/09İS/014006-24 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı X20 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Oğlu: X14, qızı: Cavabdeh2, oğlu: X11r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ƏMDX DƏDK və reyestr publik hüquqi şəxsi xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışının surətindən məlum olur ki, ünvan 3, yeni qaydalarla: AZ0302, Ağdaş şəhəri, Mirazlı Əliyev küç 33 yerləşən 0.0618 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X18 mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 196 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon, Maşad kənd ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 iyun 2003-cü il tarixli AZ-İ 017124 saylı ölüm haqqında şəhdətnamənin surətindən görünür ki, X27 25 iyun 2003-cü il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 13 fevral 1974-cü il tarixli 442553 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 18 avqust 1960-cı il tarixdə Ağdaş rayonu, Maşad kəndində anadan olmuşdur. X2, anası X21r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon, İHB-nin Maşad kənd ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 oktyabr 2011-ci il tarixli AZ-İ 510174 saylı ölüm haqqında şəhdətnamənin surətindən görünür ki, X14 10 iyul 2011-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində araşdırma aparılmış və X5 və ailə üzvləri barədə aşağıdakı məlumatlar aşkar edilmişdir. Oğlu: X23-xx.xx.1983cü il təvəllüdlü. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli 3-16- 5/8-xx-xx/2025 saylı məktubdan görünür ki, vətəndaşlar qeydiyyat şöbəsinə müraciət edərkən “Vətəndaşlıq vəziyyəti aktlarının” avtomatlaşdırılmış qeydiyat informasiya sistemində aşkar olunmayan məlumatlar vətəndaşla aparılan sorğu-sual əsasında aşkaralanaraq qeyd olunur. Məhkəmə və digər orqanlar tərəfindən verilmiş sorğulara isə “Vətəndaşlıq vəsiyyəti aktlarının” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunan məlumatlar qeyd olunur. İşin materiallarında olan Cavabdeh2 tərəfindən 20 dekabr 2012-ci il tarixdə verilmiş ərizənin surətindən görünür ki, 2003-cü il 23 iyunda onun ünvan 4 ünvanında yaşayan anası X27 vəfat etmişdirı. Şəhadətnamə verilən miras əmlak "xxxx" Bank ASC-də 14165 saylı hesabda olan əmanət pulundan ibarətdir. Ondan başqa X17 adlı vərəsəsi vardır. Göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verməyini xahiş etmişdir. İşin materiallarında olan Cavabdeh1na 15 dekabr 2012-ci il tarixdə X17 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş anası-X13 miras pul qalmışdır. Həmin mirasdan heç bir pay tələbi yoxdur. Həmin puldan ona düşən payın bacısı Cavabdeh2 adına verilməsinə etiraz etmir. Gələcəkdə həmin miras puldan pay tələbi üzrə məhkəmə və digər orqanlar qarşısında iddia və şikayət etməyəcəkdir. İşin materiallarında olan Göyçay şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 avqust 1981-ci il tarixli 35 saylı çıxarışın surətindən görünür ki, X19 ilə X28 arasındakı nikahları pozulmuşdur. İşin materiallarında olan Maşad kənd soveti tərəfindən verilmiş 18 oktyabr 1982-ci il tarixli 383446 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X12 arasında 18 oktyabr 1982-ci il tarixdə 15 saylı nikah qeyd edilmişdir. İşin materiallarında olan Maşad kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh2 mərhumə X18 qızıdır və mərhumə X18 aşağıdakı vərəsə dairəsi üzvləri vardır. X17, Cavabdeh2dır. İşin materiallarında olan Maşad kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh2 mərhumə X18 qızıdır və mərhumə X27 ölən günə kimi Ağdaş rayonu Məşəd kəndində tək-tənha yaşamışdır. İşin materiallarında olan Maşad kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, mərhumə X1 yaşayış yeri Ağdaş rayonu Məşəd kəndi olmuşdur. İşin materiallarında olan 20 dekabr 2012-ci il tarixli 2V-01-1050 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25 iyun 2003-cü ildə vəfat etmiş X18 vərəsəsi, ünvan 4-də yaşayan qızı- Cavabdeh2 miras əmlakdan irs almalıdır. Şəhadətnamədə verilən miras əmlak "xxxx" Bank ASC-də 14165 saylı hesabda olan əmanət pulundan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə tərəflərin miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı tərəflərin izahatlarından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X27 25 mart 2003-cü il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, miras qoyan şəxs X27 25 mart 2003-cü il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X27 25 mart 2003-cü il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras qoyan ünvan 5ydalarla: AZ0302, ünvan 1 ünvanında daimi yaşadığından və daşınmaz əmlak ünvan 5ydalarla: AZ0302, ünvan 1 ünvanında yerləşdiyindən mirasın açıldığı yer ünvan 5ydalarla: AZ0302, ünvan 1 ünvanındır. Miras əmlaka X27 öldüyü məqamadək malik olduğu ünvan 5ydalarla: AZ0302, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində ucaldılan fərdi yaşayış evi daxildir. Miras qoyan X27 21 iyun 2000-ci il tarixdə ünvan 6i ünvanında yerləşən şəxsi yaşayış mənzilini İddiaçı vəsiyyət etmişdir. Həmin əmlakın açarları İddiaçı anasında olduğundan, sonradan isə İddiaçı olduğundan və onlar birlikdə miras əmlaka nəzarət etdiklərindən İddiaçı mirası qəbul etmiş hesab edilir. Bundan əlavə X18 üç övladı (qızı Cavabdeh2, X3, X4) var və həmin övladların həmin əmlaka məcburi payları var. Mərhumun qızı Cavabdeh2 ona 20 dekabr 2012-ci il tarixdə verilmiş vərəsəlik şəhadətnaməsi əsasında mərhumun "xxxx" Bank ASC-də 14165 saylı hesabda olan əmanət pulunu alaraq mirası qəbul etmişdir. X3 anası X18 ölümündən sonra miras əmlakda yaşayıb 10 iyul 2011-ci il tarixdə həmin əmlakda vəfat edərək mirası qabul etmişdir. X4 anası X18 yas mərasiminin xərclərini çəkərək mirası qəbul etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, vərəsələr mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Beləliklə məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, 25 iyun 2003-cü il tarixdə ölmüş X15 miras qalmış ünvan 5ydalarla: AZ0302, ünvan 8 ünvanında yerləşən miras əmlaka İddiaçı 1/2 hissədə payı müəyyən edilməli, -Müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 iddiası qismən təmin edilərək, 25 iyun 2003-cü il tarixdə ölmüş X15 miras qalmış ünvan 5ydalarla: AZ0302, ünvan 8 ünvanında yerləşən miras əmlaka 1/6 hissədə, -Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 vərəsələri X26, X29 və X16 25 iyun 2003-cü il tarixdə ölmüş X15 miras qalmış ünvan 5ydalarla: AZ0302, ünvan 8 ünvanında yerləşən miras əmlaka 1/6 hissədə, -Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 25 iyun 2003-cü il tarixdə ölmüş X15 miras qalmış ünvan 5ydalarla: AZ0302, ünvan 8 ünvanında yerləşən miras əmlaka 1/6 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Ödənilmiş dövlət rüsumu iddiаçı İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddia tələbi qismən təmin edilsin, 25 iyun 2003-cü il tarixdə ölmüş X15 miras qalmış ünvan 5ydalarla: AZ0302, ünvan 8 ünvanında yerləşən miras əmlaka İddiaçı 1/2 hissədə payı müəyyən edilsin. Müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 iddiası qismən təmin edilsin, 25 iyun 2003-cü il tarixdə ölmüş X15 miras qalmış ünvan 5ydalarla: AZ0302, ünvan 8 ünvanında yerləşən miras əmlaka 1/6 hissədə payı müəyyən edilsin. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 vərəsələri X26, X29 və X16 25 iyun 2003-cü il tarixdə ölmüş X15 miras qalmış ünvan 5ydalarla: AZ0302, ünvan 8 ünvanında yerləşən miras əmlaka 1/6 hissədə payı müəyyən edilsin. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 25 iyun 2003-cü il tarixdə ölmüş X15 miras qalmış ünvan 5ydalarla: AZ0302, ünvan 8 ünvanında yerləşən miras əmlaka 1/6 hissədə payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiаçı İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə ŞəkiApellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-256/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-256/2025
29.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver