Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2584/2021 15.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, Ərizəçi1 və Ərizəçi2 ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Əleysa qızı maraqlı orqan ƏMDK yanında DƏDRXnin 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olması faktının müəyyən edilməsi haqqında xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişlər. Lakin Ərizəçi1 və Ərizəçi2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələbinə əməl etməmiş, yəni torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi2 Əleysa qızı ilə bağlı hər hansı bir problem olmadığı üçün maraqlı şəxs kimi göstərilməli olduğu ərizəçi kimi göstərilmiş, məhkəmədən Ağdaş rayonu, Aral bir kəndi ərazisində yerləşən 1.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4, Ərizəçi2 Əleysa qızı və X1 mülkiyyətinə verilməsinə dair CN-271 KOD 90317038 №-li torpağa mülkiyyət hüququna dair Dövlət aktının X4, Ərizəçi2 Əleysa qızı və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etməli olduğu halda, səhvə yol verərək «Ağdaş rayonu, Aral bir kəndi ərazisində yerləşən 1.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4, Ərizəçi2 Əleysa qızı və X2 mülkiyyətinə verilməsinə dair CN-271 KOD 90317038 №-li torpağa mülkiyyət hüququna dair Dövlət aktının X4, Ərizəçi2 Əleysa qızı və Səlimov Ehtiram Əleysa oğluna məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə əməl edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçilərə izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi1 və Ərizəçi2 Əleysa qızının ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-2584/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2584/2021
15.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver