Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2626/2021 24.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı (iddia ərizəsində iddiaçının atasının adı Siracəddinovna əvəzinə səhvən Siracədinovna yazılmışdır) cavabdeh Ağdaş Rayon Notariat Ofisinə, müstəqil tələb irəli sürən 3-cü şəxs Sobotoviç Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs DƏDRXnin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı vərəsəlik payının müəyyən edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ilə müəyyən olunur ki, Ağdaş Rayon Notariat Ofisi tərəfindən miras əmlakda payın göstərilməməsi Sobotoviç Cavabdeh miras əmlakda pay almalı olması, iddiaçının isə bununla razılaşmaması olmuşdur, lakin iş üzrə cavabdeh kimi göstərilmiş Ağdaş Rayon Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdə bu fakt öz təsdiqini tapmır, miras əmlakda payın müəyyən edilməsindən imtina edilməsi barədə Ağdaş Rayon Notariat Ofisinin imtina məktubu yoxdur, cavabdeh kimi göstərildiyi halda, Ağdaş Rayon Notariat Ofisinə qarşı tələb irəli sürülməmişdir, aralarında mübahisə olduğu halda, Sobotoviç Cavabdeh kimi deyil, müstəqil tələb irəli sürən 3-cü şəxs kimi göstərilmişdir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində iddiaçı tərəfindən hər hansı bir fiziki və hüquqi şəxsin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kimi göstərilməsi nəzərdə tutulmamışdır, həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə əməl edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmunua əməl edilmədikdə, hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-2626/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2626/2021
24.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver