Məhkəmə qərarları › İş №2(014)-267/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-267/2022

07.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-267/2022 07.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: Ərizəçi oğlu Maraqlı şəxs1 Əleysa qızı və maraqlı orqan ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələbinə əməl etməmiş, yəni Ağdaş rayonu, Aral bir kəndi ərazisində yerləşən 1.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4, Maraqlı şəxs1 Əleysa qızı və X1 mülkiyyətinə verilməsinə dair CN-271 KOD 90317038 №-li dövlət aktının X4, Maraqlı şəxs1 Əleysa qızı və Ərizəçi Əleysa oğluna məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etməli olduğu halda, səhvə yol verərək Ağdaş rayonu, Aral bir kəndi ərazisində yerləşən 1.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4, Maraqlı şəxs1 Əleysa qızı və X2 mülkiyyətinə verilməsinə dair CN-271 KOD 90317038 №-li dövlət aktının X4, Maraqlı şəxs1 Əleysa qızı və X3 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə əməl edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmunua əməl edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar