Məhkəmə qərarları › İş №2(014)-271/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-271/2023

07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-271/2023 07.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi Sədrəddinli (Qocayeva) Günel Qalib qızının iştirakı ilə, Ərizəçilər Sədrəddinli (Qocayeva) Günel Qalib qızı, Əliyeva (Əmiraslanova) Humay Qalib qızı və Əliyeva (Abdullayeva) Gülnar Qalib qızının maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dаir işə 07 fevral 2023-cü il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçilər Sədrəddinli (Qocayeva) Günel Qalib qızı, Əliyeva (Əmiraslanova) Humay Qalib qızı və Əliyeva (Abdullayeva) Gülnar Qalib qızı maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarına əsasən JN-064A, KOD 90311018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 4-cü adlı siyahısında X16, 5-ci adlı siyahısında X10 və 7-ci adlı siyahısındda X17 adına verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin Əliyeva (Əmiraslanova) Humay Qalib qızına, Əliyeva (Abdullayeva) Gülnar Qalib qızına və Sədrəddinli (Qocayeva) Günel Qalib qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Pirkəkə kəndində JN-064A, KOD 90311018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.25 ha həyətyanı torpaq sahəsinə AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək çıxarış almaq istəyən zaman məlum oldu ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 4-cü adlı siyahısında Əliyeva (Əmiraslanova) Humay Qalib qızının adının ikinci hərifi səhvən X28, 5-ci adlı siyahısında Əliyeva (Abdullayeva) Gülnar Qalib qızının adı səhvən X24, 7-ci adlı siyahısında Sədrəddinli (Qocayeva) Günel Qalib qızının soyadı X8 qeyd edilmişdir. Belə ki, AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, həmin şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən yalnışlıqlara düzəliş edilməlidir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ərizəçi Sədrəddinli (Qocayeva) Günel Qalib qızı məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər Əliyeva (Əmiraslanova) Humay Qalib qızı və Əliyeva (Abdullayeva) Gülnar Qalib qızına və maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, ərizəçilər və maraqlı şəxs məhkəmə iclаsınа gəlməmiş, gəlməmələrinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnların iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdirlər. Məhkəmə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Pirkəkə kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli 220 saylı arayışdan məlum olur ki, Ərizəçi1 mərhum X2nun vərəsələrinin dairəsi aşağıdakı qaydadadır. X4 qızı, qızı- X30, qızı- Ərizəçi3, qızı Ərizəçi2 , qızı X9. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Pirkəkə kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5 oktyabr 2022-ci il tarixli arayışdan məlum olur ki, X1 rayon Pirkəkə kəndində yaşayır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli 2432 saylı arayışdan məlum olur ki, Ərizəçi1 ünvan 1 ünvanda yaşayır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi3 xx.xx.1983-cü ildə anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1986-cı ildə anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindn verilmiş xx.xx.2017-ci il tarixli AZE 17382917 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X30 xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Pirkəkə kənd soveti tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli XVİ-ЖГ 404981 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X13 xx.xx.1992-ci il tarixdə Ağdaş rayon Pirkəkə kəndində anadan olmuşdur. X2, anası X6r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Pirkəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ 856736 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X18 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli İX-ЖГ 323073 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X31 xx.xx.1983-ci il tarixdə Mingəçevir anadan olmuşdur. X2, anası X6r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qoşaqovaq kənd soveti tərəfindən verilmiş xx.xx.1989-ci il tarixli XİV- ЖГ 390177 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X25 xx.xx.1989-ci il tarixdə Ağdaş rayon Pirkəkə kəndində anadan olmuşdur. X2, anası X6r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qoşaqovaq kənd soveti tərəfindən verilmiş xx.xx.1986-ci il tarixli Xİİ- ЖГ 295518 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X26 xx.xx.1986-ci il tarixdə Ağdaş rayon Pirkəkə kəndində anadan olmuşdur. X2, anası X6r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli Vİİ- ЖГ 462538 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X30 xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. X2, anası X6r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Pirkəkə KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyul 2004-cü il tarixli AZ-İ 052812 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X3 ilə X31 nikahlarını xx.xx.2004-cü il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əmiraslanov, arvada Əmiraslanova soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Pirkəkə KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ 973103 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X21 ilə X25 nikahlarını xx.xx.2014-cü il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin pirkəkə KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ 671556 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X32 ilə X13 nikahlarını xx.xx.2011-ci il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Qocayev, arvada Qocayeva soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Mingəçevir nikah evi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ 570726 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X19 ilə X26 nikahlarını xx.xx.2010-cu il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Pirkəkə kənd soveti tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli İİ- ЖГ 250134 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X18 ilə X7 nikahlarını xx.xx.1979-cu il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 19 saylı torpağın mülkiyyətə verilməsinə dair JN:064A saylı (kod ********) şəhadətnaməyə əsasən X18, X14, X30, X31, X24, X25, X22 Ağdaş rayon Pirkəkə kəndində 0.25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli **********51 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu Pirkəkə kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır. Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-064A nömrəli şəhadətnamənin subyektlər siyahısında göstərilən “X29” adı ilə şəxsiyyət vəsiqəsindəki “X26”, “X29” ilə, şəxsiyyət vəsiqəsindəki “X13” və “X28” adı ilə, şəxsiyyət vəsiqəsindəki “X31” adları arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 19 saylı qərar ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN:064A saylı (kod ********) şəhadətnaməyə əsasən X18, X14, X30, X28, X24, X25, X22 Ağdaş rayon Pirkəkə kəndində 0.25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə səhvə yol verilərək Sədrəddinli (Qocayeva) Günel Qalib qızı əvəzinə səhvən X29, Əliyeva (Əmiraslanova) Humay Qalib qızı əvəzinə səhvən X28, Əliyeva (Abdullayeva) Gülnar Qalib qızı əvəzinə səhvən X24 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X18, X14, X30, X28, X24, X25, X17 mülkiyyətinə verilmiş Ağdaş rayon Pirkəkə kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə dair JN:064A saylı KOD 90311018 saylı şəhadətnamənin Sədrəddinli (Qocayeva) Günel Qalib qızı, Əliyeva (Əmiraslanova) Humay Qalib qızı və Əliyeva (Abdullayeva) Gülnar Qalib qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar