Məhkəmə qərarları › İş №2(014)-277/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-277/2023

08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-277/2023 08.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və qeyrilərinin maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və qeyriləri maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 saylı qərarına əsasən ərizəçilərə 2,44 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0042 KOD 90318048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında texniki səhvə yol verilərək onlara məxsus dövlət aktında soyadları Əliyev və Əliyeva kimi yazılıbdır. Hazırda həmin torpaq sahəsini DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində tam mülkiyyət hüququ əsasında adlarına qeydə aldıraraq paylarını müəyyən etmək məqsədi ilə həmin idarəyə müraciət etmişlər. Lakin dövlət aktının adlılar siyahısında qeyd edilən səhvlər olduğundan torpağı qeydə aldıra bilməmişlər. Maraqlı şəxs sənəd onlara qədər başqa müvafiq icra orqanı tərəfindən verildiyindən buraxılmış yanlışlıqların düzəldilməsi onların səlahiyyətlərinə aid olmadığını bildirmiş və mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ağdaş rayonu Tofiqi kəndi ərazisində yerləşən 2,44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7 , X13, X14 və X6 adına ümumi birgə mülkiyyətinə verilməsinə dair sahəsi JN-0042 KOD 90318048 torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edirlər. Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər Məhkəmə iclasında Ərizəçi1 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər ərizəçilər Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə digər ərizəçilər Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçilər onun qonşusudur. Ərizəçilərin ailə üzvlərinin adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədində ərizəçilərin soyadları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 da özündən əvvəl ifadə vermiş şahid X8 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0042 nömrəli (kod ********) olan torpağa mülkiyyət huququna dair Dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, X7, X13, X14 və X10 Ağdaş rayonunun Tofiqi kəndindən 2,44 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********239 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon Şəmsabad kənd soveti tərəfindən verilmiş 15 avqust 1989-cu il tarixli, XİV-JQ № 442511 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi4 xx.xx.1989-cu il tarixdə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmuş, atası Ərizəçi1, anası isə Ərizəçi3dır. İşin materiallarında olan Ağdaş rayon VVAQ bürosu tərəfindən verilmiş 16 oktyabr 1969-cu il tarixli, AZ № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1951-ci il tarixdə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmuş, atası X2, anası isə X4r. İşin materiallarında olan Ağdaş rayon Tofiqi kənd soveti tərəfindən verilmiş 10 fevral 1950-ci il tarixli, İE № 307851 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X18 xx.xx.1950-ci il tarixdə anadan olmuş, atası X23, anası isə X1r. İşin materiallarında olan Ağdaş rayon Şəmsabad kənd soveti tərəfindən verilmiş 02 oktyabr 1980-ci il tarixli, Xİİ-JQ № 323399 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1980-ci il tarixdə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmuş, atası Ərizəçi1, anası isə Ərizəçi3dır. İşin materiallarında olan Ağdaş rayon Tofiqi kənd icra nümayəndəliyi tərəfindən verilmiş 09 iyul 2004-cü il tarixli, AZ-İ № 076435 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 ilə X5 xx.xx.2004-cü il tarixdə 05 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Əlifova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2008-ci il tarixli, AZ-İ № 441464 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 ilə X15 xx.xx.2008-ci il tarixdə 137 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Əlifova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1951-ci il tarixdə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmaqla, Ağdaş rayonunun Tofiqi kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1980-ci il tarixdə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmaqla, Ağdaş rayonunun Tofiqi kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1950-ci il tarixdə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmaqla, Ağdaş rayonunun Tofiqi kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1989-cu il tarixdə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmaqla, Ağdaş rayonunun Tofiqi kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçilər Ərizəçi1 izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 soyadı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 20 noyabr 1999-cu il tarixli torpağa mülkiyyət huququna dair JN-0042 saylı (kod ********) Dövlət aktında texniki səhv olaraq ərizəçilərin soyadları “Əlifov” əvəzinə “Əliyev” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən soyadı onların şəxsiyyətlərini təsdiq edən sənəddəki soyadı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli, 20 saylı qərarına əsasən torpağa mülkiyyət huququna dair JN- 0042 saylı (kod ********) Dövlət aktının Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və qeyrilərinin maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli, 20 saylı qərarına əsasən torpağa mülkiyyət huququna dair JN-0042 saylı (kod ********) Dövlət aktının Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar