Məhkəmə qərarları › İş №2(014)-278/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-278/2023

19.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-278/2023 19.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2 Salih qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Salih qızının Cavabdeh qarşı "Miras əmlakının bölüşdürülməsi" tələbi haqqında iddiasına dair mülki üzrə verilmiş ərizəni və iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 Salih qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Salih qızının Cavabdeh qarşı "Miras əmlakının bölüşdürülməsi" tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 Salih qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Salih qızı məhkəməyə ərizə ilə müraciət edərək ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1 və 170.3-cü maddələrinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 Salih qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Salih qızının Cavabdeh qarşı "Miras əmlakının bölüşdürülməsi" tələbinə haqqında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara qaytarılsın. İddiaçı1 tərəfindən 09 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 Portalı vasitəsi ilə ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar