Məhkəmə qərarları › İş №2(014)-279/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-279/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-279/2023 31.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Sənədin məxsus olma faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Sənədin məxsus olma faktının müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarına əsasən 1.85 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0056 KOD 90300028 saylı torpağa mülkiyyət hüququna dair dövlət Aktına əsasən rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında texniki səhvə yol verilərək onlara məxsus dövlət aktında X20 və X4 qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsinin DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində tam mülkiyyət hüququ əsasında adlarına qeydə aldıraraq paylarını müəyyən etmək məqsədi ilə həmin İdarəyə müraciət etmişlər, lakin dövlət aktının adlılar siyahısında qeyd edilən səhvlər olduğundan torpağı qeydə aldıra bilməmişlər. Belə ki, maraqlı orqan həmin buraxılmış yalnışlıqların düzəldilməsi sənəd onlara başqa müvafiq icra orqanı tərəfindən verildiyindən onları səlahiyyətlərinə aid olmadığını bildirmiş, ona görə də mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etmək etmələri tövsiyyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, Ağdaş rayonu Abad kəndi ərazisində yerləşən 1.85 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X25, Maraqlı şəxs2, Maraqlı şəxs1, X20, Maraqlı şəxs3 və X9 adına ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-0056 KOD 90300028 saylı torpağa mülkiyyət hüququna dair dövlət X3, Maraqlı şəxs1, Ərizəçi2, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Ərizəçi1 məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edirlər. Odur ki, Ağdaş rayonu Abad kəndi ərazisində yerləşən 1.85 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X25, Maraqlı şəxs2, Maraqlı şəxs1, X20, Maraqlı şəxs3 və X9 adına ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-0056 KOD 90300028 saylı torpağa mülkiyyət hüququna dair dövlət X3, Maraqlı şəxs1, Ərizəçi2, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş edilir. Ərizəçi Mikayılova (Cəlilova) Pərvin Yusif qızı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsində Ərizəçi1 sözlərinin X2 oxunmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasında izahat verərək ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin və maraqlı şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İşdə materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə Ərizəçi2 ünvanlanmış 09 yanvar 2023-cü il tarixli 3-21-3-35/2-İ-0001-8/2023 №-li məktubdan görünür ki, hüququmüəyyənedici sənədlərdə olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx xxxx 1987-ci ildə doğulmuş Maraqlı şəxs3, xx xxxxx 1990-cı ildə doğulmuş X7, xx xxxxxx 1983-cü ildə doğulmuş Maraqlı şəxs1 və 12 avqust 1985-ci ildə doğulmuş X8 ataları X25, anaları Maraqlı şəxs2dır. İş materiallarında olan nikah haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X25 17 noyabr 1982-ci ildə X16 ilə rəsmi nikaha girmişlər, nikahdan sonra X22 “Mikayılov”, X10 “Mikayılova” soyadı verilmiş, X5 14 fevral 2006-cı ildə Maraqlı şəxs1 ilə rəsmi nikaha girmişlər, nikahdan sonra X1 “İsmayılov”, Maraqlı şəxs1 “Mikayılova” soyadı verilmiş, X26 03 dekabr 2007-ci ildə Maraqlı şəxs3 ilə rəsmi nikaha girmişlər, X23 “Məmmədov”, Maraqlı şəxs3 “Məmmədova” soyadı verilmiş, X17 31 may 2013-cü ildə X18 ilə rəsmi nikaha girmişlər, nikahdan sonra X11 “İsmayılov”, X12 “İsmayılova” soyadı verilmiş, X13 06 yanvar 2012-ci il tarixdə X15 ilə rəsmi nikaha girmişlər, X6 “Cəlilov”, X14 “Cəlilova” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X25 01 may 2007-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayonu Abad kəndi ərazisində yerləşən 1.85 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X25, Maraqlı şəxs2, Maraqlı şəxs1, X20, Maraqlı şəxs3 və X9 adına ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-0056 KOD 90300028 saylı torpağa mülkiyyət hüququna dair dövlət X3, Maraqlı şəxs1, Ərizəçi2, Maraqlı şəxs2, Maraqlı şəxs3 və X14 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar