Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-280/2025 14.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X6 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X16 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 16 aprel 1998-ci il tarixli 09 saylı qərarına əsasən Ağdaş rayonunun Kotavan kəndi ərazisində 2.57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X6, həmin qərarla Ağdaş rayonu, Kotavan kəndi ərazisində 0.33 hektar həyətyanı torpaq sahəsi isə iddiaçılar Ərizəçi1, X16 və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmişdir və bu barədə adlarına müvafiq olaraq JN-161, KOD 90309018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı və JN-174A, KOD 90309018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. İddiaçılar Ərizəçi1 və Ərizəçi2 26 noyabr 1979-cu ildə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Nikah bağlandıqdan sonra Ərizəçi2 “Baxşaliyeva” soyadını qəbul etmişdir. İddiaçı Rasulova (Səmədova) Vəfa Rəfail qızı 06 iyul 2000-ci ildə X14 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Nikah bağlandıqdan sonra o “Rasulova” soyadını qəbul etmişdir. İddiaçılar Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X6 adına verilmiş JN-161 saylı torpağa mülkiyyət hüquqna dair Dövlət aktında texniki səhvə yol verilərək Ərizəçi1 adı və atasının adı “Rafail Cahangir oğlu” əvəzinə “Rəfael Nəsir oğlu”, Ərizəçi2 soyadı və adı “Ərizəçi2” əvəzinə “Səmədova Raisa”, Rasulova (Səmədova) Vəfa Rəfail qızının soyadı, adı və ata adı “Ərizəçi3” əvəzinə “ X17”, X6 ata adı “Rəfail” əvəzinə “Rəfael”, JN-174A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 adı və ata adı “Rafail Cahangir oğlu” əvəzinə, Rəfayıl Nəsir oğlu”, Ərizəçi2 soyadı və adı “Ərizəçi2” əvəzinə “Baxşəliyeva Raisa” kimi və X6 ata adı “Rafayıl” kimi qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair dövlət aktında buraxılmış texniki səhvlərin düzəldilməsi üçün maraqlı orqana müraciət etmişlər. Lakin maraqlı orqan həmin buraxılmış yanlışlıqların düzəldilməsi sənəd onlara qədər başqa müvafiq icra orqanı tərəfindən verildiyindən onların səlahiyyətlərinə aid olmadığını bildirmiş, ona görə də mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etməyimiz tövsiyyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, Ağdaş rayonunun Kotavan kəndi ərazisində yerləşən 2.57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7, X8, X9 və X10 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-161, kod 90309018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X13 məxsus olması, iddiaçılar Ərizəçi1, Ərizəçi2 və X6 adına Ağdaş rayonu, Kotavan kəndi ərazisində yerləşən 0.33 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-174A, kod 90309018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin iddiaçılar Ərizəçi1, Ərizəçi2 və X15 məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Həmin hüquqi əhəmiyyəti olan fakt bizə 2.57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0.33 hektar həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında maraqlı orqanda adımıza qeydiyyata alınması üçün lazımdır. Ona görədə hazırki ərizə ilə məhkəməyə müraciət edirlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən, Ağdaş rayonunun Kotavan kəndi ərazisində yerləşən 2.57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7, X8, X9 və X10 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-161, kod 90309018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının iddiaçılar Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X13, Ağdaş rayonu, Kotavan kəndi ərazisində yerləşən 0.33 hektar həyətyanı torpaq sahəsinin X4, X2 və X5 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-174A, kod 90309018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin iddiaçılar Ərizəçi1, Ərizəçi2 və X13 məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, ərizəçiləri tanıyır. Ərizəçilərə dövlət tərəfindən torpaq sahələri verilmişdir. Lakin həmin torpaq sənədlərində ərizəçilərin adları və ata adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da özündən əvvəl ifadə vermiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli, № 3-21-3-35/2-S-0064-8/2024 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 16 aprel 1998ci il tarixli 09 saylı saylı qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-161, kod 90309018 saylı dövlət aktının surətindən görünür ki, X7, X8, X9 və X10 mülkiyyətinə Ağdaş rayonunun Kotavan kəndi ərazisində yerləşən 2,57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 16 aprel 1998ci il tarixli 09 saylı saylı qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-174A, kod 90309018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X7, X8 və X10 mülkiyyətinə Ağdaş rayonunun Kotavan kəndi ərazisində yerləşən 0,33 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1954-cü il tarixdə Ağdaş ayonu Kotavan kəndində anadan olmuşdur. İşin materiallarında olan AZE № ********* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1954-cü il tarixdə anadan olmuş X1 ayonu Kotavan kəndində qeydiyyatdadır. İşin materiallarında olan AA № ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1980-cı il tarixdə anadan olmuşdur. İşin materiallarında olan AZE № 17611905 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1982-ci il tarixdə Ağdaş ayonu Kotavan kəndində anadan olmuşdur. İşin materiallarında olan Ağdaş rayon Kotavan kənd icra nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X18 qızı xx.xx.2000-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Rasulov, arvada Rasulova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X6 mülkiyyətinə Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 16 aprel 1998-ci il tarixli 09 saylı qərarına əsasən verilmiş JN-161, kod 90309018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olaraq mülkiyyətçilər, Ərizəçi1 adı “Rafael”, ata adı “Nəsir” kimi, Ərizəçi2 soyadı “Səmədova”, adı “Raisa” kimi, Rasulova (Səmədova) Vəfa Rəfail qızının ata adı “Rafael” kimi, X6 ata adı “Rafael” kimi yazılmışdır. Bundan başqa ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X6 mülkiyyətinə Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 16 aprel 1998-ci il tarixli 09 saylı qərarına əsasən verilmiş JN- 174A, kod 90309018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq mülkiyyətçilər, Ərizəçi1 adı “Rafayıl”, ata adı “Nəsir” kimi, Ərizəçi2 adı “Raisa” kimi, X6 ata adı “Rafayıl” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X7, X8, X9 və X10 adına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 16 aprel 1998-ci il tarixli 09 saylı qərarına əsasən verilmiş JN-161, kod 90309018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Rasulova (Səmədova) Vəfa Rəfail qızı və X13 məxsus olması faktı müəyyən edilməli, X4, X3 və X5 adına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 16 aprel 1998-ci il tarixli 09 saylı qərarına əsasən verilmiş JN-174A, kod 90309018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və X13 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7, X8, X9 və X10 adına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 16 aprel 1998ci il tarixli 09 saylı qərarına əsasən verilmiş JN-161, kod 90309018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Rasulova (Səmədova) Vəfa Rəfail qızı və X13 məxsus olması faktı müəyyən edilsin. X4, X3 və X5 adına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 16 aprel 1998-ci il tarixli 09 saylı qərarına əsasən verilmiş JN-174A, kod 90309018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və X13 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-280/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-280/2025
14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver