Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-29/2023 05.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, eyni zamanda iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 vəkili və nümayəndəsi, eyni zamanda Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehlər tərəfindən törədilən süni maneələrin aradan qaldırılması və cavadehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehlər tərəfindən törədilən süni maneələrin aradan qaldırılması və cavadehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli, 04 saylı qərarı ilə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0,28 hektar torpaq sahəsi X11, X7 və İddiaçı1 mülkiyyətinə verilmişdir. Bu barədə JN-252F KOD 90306018 nömrəli torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə tərtib olunmuşdur. X11 və X7 iddiaçıların valideynləridir. X1 20 dekabr 2005-ci il tarixdə, anaları X7 isə 31 oktyabr 2021-ci il tarixdə ölmüşdür. Bundan sonra iddiaçılar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0,28 hektar torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişlər. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin onlara ünvanladığı cavab məktubunda, cavabdehlərin qeyd olunan torpaq sahəsinə və fərdi yaşayış evinə İdarənin nümayəndəsinin daxil olmasına, orada müəyyən ölçü işlərini aparmağa maneəçilik törətdiklərini bildirmişlər. Buna görə də onlar əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2, eyni zamanda onların vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh4 vəkili və nümayəndəsi, eyni zamanda Cavabdeh2 vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, Ağdaş rayonunun Dəhnəxəlil kənd icra nümayəndəliyinin Dəhnə kəndinə aid olan 1996-2000-ci illərin təsərrüfatbaşına kitabında 244 saylı təsərrüfatın X8 adına olmaqla təsərrüfatında özü ailə başçısı olmaqla, arvadı X3 və oğlu Cavabdeh2 olduğu qeyd olunmuşdur. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən X8 adına olan təsərrüfatın həyətyanı torpaq sahəsi X8, X3 və Cavabdeh2 adına işlənilməklə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməli olduğu halda, şəhadətnamə X11 ilə yanaşı qanunsuz olaraq X2 və İddiaçı1 adına işlənmişdir. Həmin şəhadətnamə saxtadır. Buna görə də iddiaçıların iddiası əsassızdır və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 02 fevral 2001-ci il tarixdə Ağdaş VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 18 avqust 2000-ci il tarixdə Ağdaş rayonu, Dəhnə kəndində doğulmuş, atası X11, anası X4r. İşin materiallarında olan 20 iyun 2002-ci il tarixdə Ağdaş VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 xx xxxx 2002-ci il tarixdə Ağdaş rayonu, Dəhnə kəndində doğulmuş, atası X11, anası X4r. İşin materiallarında olan 17 yanvar 2006-cı il tarixdə Ağdaş rayon İHB-nın Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 20 dekabr 2005-ci il tarixdə Xroniki bronxit səbəbindən ölmüşdür. İşin materiallarında olan 02 noyabr 2021-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 31 oktyabr 2021-ci il tarixdə Kəskin ağciyər ürəyi olması göstərilməklə ağciyər emboliyası səbəbindən ölmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən X5 ünvanlanmış 21 aprel 2021-ci il tarixli Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsini inventarlaşdırmaq məqsədi ilə mühəndis inventarlaşdırıcı F.Cələbiyev qeyd olunan ünvana getmişdir. Lakin yerində müayinə baxışı keçirilən zaman həmin evdə yaşayan Tamerlan adlı şəxs evin ona məxsus olduğunu bildirərək ölçü işlərinin aparılmasına etiraz etdiyindən müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq mıəhkəmələrdə baxılması qeyd olunmuşdur. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-252F KOD 90306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, X8 və ailə üzvləri X2 İddiaçı1 mülkiyyətinə 0,28 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq bağı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Ağdaş rayonu, Dəhnəxəlil kənd ərazisində yerləşən JN-252F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,28 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi və 1 ədəd talvar vardır. İşin materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv arayışdan görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Dəhnəxəlil kənd nümayəndəliyinin Dəhnə kəndinə aid olan 1996-1997-1998-1999-2000-ci illərin 03 №-li təsərrüfat başına kitabının 244 №-li təsərrüfatı X8 adına olmaqla təsərrüfatında X11 və X9, Cavabdeh2 olması və X8 ümumi sahəsi 101 kv.m olmaqla, o cümlədən 56 kv.m yaşayış sahəsi olan evin olması göstərilmişdir. İşin materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv arayışdan görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Dəhnəxəlil kənd nümayəndəliyinin Dəhnə kəndinə aid olan 1991-1992-1993-1994-1995-ci illərin 03 №-li təsərrüfat başına kitabının 253 №-li təsərrüfatı X8 adına olmaqla təsərrüfatında X11 və X3 olması göstərilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0070 KOD 90306018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X8 və ailə üzvləri X9, Cavabdeh2 mülkiyyətinə Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisindən 0,63 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(116)-770/2023 saylı qərardadından görünür ki, iddiaçılar Cavabdeh2 və X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı X11, X2 və İddiaçı1 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsinə, X2 və İddiaçı1 adlarının adlılar siyahısından çıxarılmasına, 10 fevral 1998-ci ildə Ağdaş rayon AİK-nın sədrinin imzası və möhürü ilə təsdiqlənmiş Ağdaş RİHB-nin Dəhnəxəlil kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı adlı sənədə əsasən 242 saylı təsərrüfatda adları qeyd olunmuş 1966-cı il təvəllüdlü X11 özü ailə başçısı olmaqla,1969-cu il doğumlu arvadı X6 və 1995-ci il doğumlu oğlu Cavabdeh2 adlarının müvafiq elektron baza məlumatlarına yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün hesab edilməməsi qərara alınmışdır. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-412/2023 saylı qərardadından görünür ki, iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli 04 saylı qərarı ilə X8 və ailə üzvləri X10, İddiaçı1 mülkiyyətinə Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisindən 0,28 hektar rorpaq sahəsi verilmişdir. Bu barədə X8 adına JN-252F KOD 90306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Mülkiyyətçi X11 öldükdən sonra digər mülkiyyətçi İddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0,28 hektar torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müracət etmiş, həmin idarədən nümayəndələri tərəfindən ölçmə işləri aparılmasına cavabdehlər tərəfindən maneəçilik törədilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0,28 hektar torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehlər tərəfindən törədilən süni maneələr aradan qaldırılmalı və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0,28 hektar torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehlər tərəfindən törədilən süni maneələr aradan qaldırılsın və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-29/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-29/2023
05.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver