Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-458/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (açar sözlər: Maneənin aradan qaldırılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X7 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçılar - İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehlər tərəfindən törədilən süni maneələrin aradan qaldırılması və cavadehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tаrixli, 2(014)-29/2023 saylı qətnаməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-252F KOD 90306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, X9 və ailə üzvləri X2 İddiaçı1 mülkiyyətinə 0,28 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq bağı verilmişdir.
2. İş materiallarında olan 02 fevral 2001-ci il tarixdə Ağdaş VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 18 avqust 2000-ci il tarixdə Ağdaş rayonu, Dəhnə kəndində doğulmuş, atası X13, anası X3r.
3. İş materiallarında olan 20 iyun 2002-ci il tarixdə Ağdaş VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 xx xxxx 2002-ci il tarixdə Ağdaş rayonu, Dəhnə kəndində doğulmuş, atası X13, anası X3r.
4. İş materiallarında olan 17 yanvar 2006-cı il tarixdə Ağdaş rayon İHB-nın Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X13 20 dekabr 2005-ci il tarixdə Xroniki bronxit səbəbindən ölmüşdür.
5. İş materiallarında olan 02 noyabr 2021-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 31 oktyabr 2021-ci il tarixdə Kəskin ağciyər ürəyi olması göstərilməklə ağciyər emboliyası səbəbindən ölmüşdür.
6. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən X4 ünvanlanmış 21 aprel 2021-ci il tarixli Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsini inventarlaşdırmaq məqsədi ilə mühəndis inventarlaşdırıcı F.Cələbiyev qeyd olunan ünvana getmişdir. Lakin yerində müayinə baxışı keçirilən zaman həmin evdə yaşayan Tamerlan adlı şəxs evin ona məxsus olduğunu bildirərək ölçü işlərinin aparılmasına etiraz etdiyindən müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmələrdə baxılması qeyd olunmuşdur.
7. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Ağdaş rayonu, Dəhnəxəlil kənd ərazisində yerləşən JN-252F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,28 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi və 1 ədəd talvar vardır.
8. İş materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv arayışdan görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Dəhnəxəlil kənd nümayəndəliyinin Dəhnə kəndinə aid olan 1996-1997-1998-1999-2000-ci illərin 03 №-li təsərrüfat başına kitabının 244 №-li təsərrüfatı X9 adına olmaqla təsərrüfatında X13 və X10, Cavabdeh2 olması və X9 ümumi sahəsi 101 kv.m olmaqla, o cümlədən 56 kv.m yaşayış sahəsi olan evin olması göstərilmişdir.
9. İş materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv arayışdan görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Dəhnəxəlil kənd nümayəndəliyinin Dəhnə kəndinə aid olan 1991-1992-1993-1994-1995-ci illərin 03 №-li təsərrüfat başına kitabının 253 №-li təsərrüfatı X9 adına olmaqla təsərrüfatında X13 və X5 olması göstərilmişdir.
10. İş materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0070 KOD 90306018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X9 və ailə üzvləri X10, Cavabdeh2 mülkiyyətinə Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisindən 0,63 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir.
11. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(116)-770/2023 saylı qərardadından görünür ki, iddiaçılar Cavabdeh2 və X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı X13, X2 və İddiaçı1 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsinə, X2 və İddiaçı1 adlarının adlılar siyahısından çıxarılmasına, 10 fevral 1998-ci ildə Ağdaş rayon AİK-nın sədrinin imzası və möhürü ilə təsdiqlənmiş Ağdaş RİHB-nin Dəhnəxəlil kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı adlı sənədə əsasən 242 saylı təsərrüfatda adları qeyd olunmuş 1966-cı il təvəllüdlü X13 özü ailə başçısı olmaqla,1969-cu il doğumlu arvadı X6 və 1995-ci il doğumlu oğlu Cavabdeh2 adlarının müvafiq elektron baza məlumatlarına yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün hesab edilməməsi qərara alınmışdır.
12. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-412/2023 saylı qərardadından görünür ki, iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
II. Birinci instansiya məhkəməsində icraat
13. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehlər tərəfindən törədilən süni maneələrin aradan qaldırılması və cavadehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli, 04 saylı qərarı ilə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0,28 hektar torpaq sahəsi X13, X8 və İddiaçı1 mülkiyyətinə verilmişdir. Bu barədə JN-252F KOD 90306018 nömrəli torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə tərtib olunmuşdur. X13 və X8 iddiaçıların valideynləridir. X1 20 dekabr 2005-ci il tarixdə, anaları X8 isə 31 oktyabr 2021-ci il tarixdə ölmüşdür. Bundan sonra iddiaçılar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0,28 hektar torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişlər. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin onlara ünvanladığı cavab məktubunda, cavabdehlərin qeyd olunan torpaq sahəsinə və fərdi yaşayış evinə İdarənin nümayəndəsinin daxil olmasına, orada müəyyən ölçü işlərini aparmağa maneəçilik törətdiklərini bildirmişlər. Buna görə də onlar əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşlar.
15. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2, eyni zamanda onların vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişlər.
16. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh4 vəkili və nümayəndəsi, eyni zamanda Cavabdeh2 vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, Ağdaş rayonunun Dəhnəxəlil kənd icra nümayəndəliyinin Dəhnə kəndinə aid olan 19962000-ci illərin təsərrüfatbaşına kitabında 244 saylı təsərrüfatın X9 adına olmaqla təsərrüfatında özü ailə başçısı olmaqla, arvadı X5 və oğlu Cavabdeh2 olduğu qeyd olunmuşdur. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən X9 adına olan təsərrüfatın həyətyanı torpaq sahəsi X9, X5 və Cavabdeh2 adına işlənilməklə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməli olduğu halda, şəhadətnamə X13 ilə yanaşı qanunsuz olaraq X2 və İddiaçı1 adına işlənmişdir. Həmin şəhadətnamə saxtadır. Buna görə də iddiaçıların iddiası əsassızdır və təmin edilməməsini xahiş etmişdir.
17. Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) 05 oktyabr 2023-cü il tаrixli, 2(014)-29/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0,28 hektar torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehlər tərəfindən törədilən süni maneələr aradan qaldırılsın və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir.
18. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0,28 hektar torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehlər tərəfindən törədilən süni maneələr aradan qaldırılmalı və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmalıdır.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 157.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3, 110, 111.1və 111.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Həmin qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...məhkəmənin qətnaməsindən narazıdırlar və aşağıda göstərdiyikləri işin faktiki hallarına görə hesab edirlər ki, ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 128 saylı və eyni tarixli 129 saylı arayışında Ağdaş rayonunun Dəhnəxəlil kəndinin Dəhnə kəndinə aid olan 1991- 1995-ci illərin və 1996-2000-ci illərin təsərrüfatbaşına kitabında müvafiq olaraq 253 saylı və 244 saylı təsərrüfatın X9 adına olması, təsərrüfatında özü ailə başçısı olmaqla, arvadı X5 və oğlu Cavabdeh2, yəni biz iddiaçıların adlarımızın göstərildiyi qeyd olunmuşdur. “Torpaq İslahatı haqqında” Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.1996-cı il tarixinədək) daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər torpaq payı almaq hüququ olan subyektlərin sırasına daxildirlər. Yuxarıdakı abzasda qeyd etdiyi, həmin dövr qüvvədə olmuş “Torpaq islahatı haqqında” Qanuna tam müvafiq olaraq Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 17 saylı qərarı ilə X13 özü ailə başçısı olmaqla, biz iddiaçıların, yəni arvadı X5 və oğlu Cavabdeh2 adları qeyd olunmaqla onlara 0,63 hektar pay torpaq sahəsi verilmiş, bu barədə torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN-0070, kod ******* 8) müvafiq qeydiyyat kitabında 12 mart 1999-cu ildə 1566 nömrə ilə qeydiyyata alımışdır. Həmin dövrdə qüvvədə olmuş “Torpaq islahatı haqqında” AR Qanununa əsasən onların ailəsinin X9 adına olan təsərrüfatın həyətyanı torpaq sahəsi də hələ pay torpağından daha əvvəl yuxarıdakı şəxslər kimi bizlərin adına işlənməklə bizə torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilməli olduğu halda, şəhadətnamə (JN-252 F, kod ********) X13 ilə yanaşı tamamilə birmənalı şəkildə qanunsuz olaraq X2 və İddiaçı1 adına işlənmişdir. Ağdaş rayonunun Dəhnəxəlil kənd yerli aqrar islahat komissiyasının, həmçinin Ağdaş rayon AİK-nın 10 fevral 1998-ci il tarixli qərarına əsasən həmin təsərrüfatın torpaq sahəsi torpaq islahatı haqqında AR Qanununun birmənalı tələbinə əsasən onların ailəsinin, yəni X13 özü ailə başçısı olmaqla, arvadı X5 və oğlu Cavabdeh2 adına olmaqla həmin şəxslərin mülkiyyətinə verilməli idi. Hesab edir ki, əslində həmin həyətin torpaq sahəsinə qanuni şəhadətnamə işlənmiş, lakin müvafiq saxtakarlıq edildikdən sonra həmin sənəd(lər) “gizlədilmişdir". Ona görə də qeyd olunanlara əsasən Ağdaş Rayon Məhkəməsinin 05 oktyabr 2023cü il tаrixli, 2(014)-29/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
23. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tаrixli, 2(014)-29/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tаrixli, 2(014)-29/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
29. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
30. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
31. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.
33. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
35. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
36. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu - 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. .... . - 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
37. Maddə 157. Mülkiyyətin müdafiəsi ... . - 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. .... . - 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
38. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
39. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
40. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
41. Maddə 1243. Mirasın qəbul edilməsi - 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
42. Maddə 5.3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
49. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tаrixli, 2(014)-29/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
55. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
56. İş materialları ilə və tərəflərin izahatları ilə müəyyən edilir ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli 04 saylı qərarı ilə X9 və ailə üzvləri X11, İddiaçı1 mülkiyyətinə Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisindən 0,28 hektar rorpaq sahəsi verilmişdir. Bu barədə X9 adına JN-252F KOD 90306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Mülkiyyətçi X13 öldükdən sonra digər mülkiyyətçi İddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0,28 hektar torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müracət etmiş, həmin idarədən nümayəndələri tərəfindən ölçmə işləri aparılmasına cavabdehlər tərəfindən maneəçilik törədilmişdir.
57. Apellyasiya şikayətində göstərilən dəlillərə münasibətdə qeyd olunmalıdır ki, Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(116)-770/2023 saylı qərardadı ilə iddiaçılar Cavabdeh2 və X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı X13, X2 və İddiaçı1 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsinə, X2 və İddiaçı1 adlarının adlılar siyahısından çıxarılmasına, 10 fevral 1998-ci ildə Ağdaş rayon AİK-nın sədrinin imzası və möhürü ilə təsdiqlənmiş Ağdaş RİHB-nin Dəhnəxəlil kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı adlı sənədə əsasən 242 saylı təsərrüfatda adları qeyd olunmuş 1966-cı il təvəllüdlü X13 özü ailə başçısı olmaqla,1969-cu il doğumlu arvadı X6 və 1995-ci il doğumlu oğlu Cavabdeh2 adlarının müvafiq elektron baza məlumatlarına yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardad iddiaçılar X12 və Cavabdeh2 tərəfindən apellyasiya qaydasında mübahisələndirilsə də apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardaddan kassasiya qaydasında şikayət verilmədiyindən qanuni qüvvəsini almışdır.
58. İş materialları müəyyən olunmuşdur ki, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(116)-978/2024 saylı qərardadı ilə iddiaçılar X12 və Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X9, X2 və İddiaçı1 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin (JN-252 F, kod ********) qismən ləğv edilməsinə, adları qanunsuz olaraq işlənmiş X2 və İddiaçı1 adlarının siyahıdan çıxarılmasına, 1998-ci il-də Ağdaş rayon AİK-i sədrinin imzası və möhürü ilə təsdiqlənmiş “Ağdaş RİHB-nın Dəhnəxəlil k.ə.n üzrə islahat ilə əlaqədar Dəhnəxəlil kəndində torpaq torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı” adlı sənədə əsasən 242 saylı təsərrüfatın qaytanlanmış kitab üzrə 0.10 ha, faktiki istifadədə olan mülkiyyətinə verilməli olan torpaq sahəsi 0.28 ha torpaq sahəsinin həmin vaxt təsərrüfatın üzvləri kimi adları qeyd olunmuş 1966-cı il doğumlu X13 özü ailə başçısı olmaqla, 1969-cu il doğumlu arvadı X5 və 1995-ci il doğumlu Cavabdeh2 mülkiyyətinə verilməsi və adlarının müvafiq elektron baza məlumatlarında yerləşdirilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi mümkün sayılmamışdır
59. Həmin qərardad iddiaçılar tərəfindən apellyasiya qaydasında mübahisələndirilsə də, Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verilmədiyindən qanuni qüvvə qüvvəyə minmişdir.
60. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0,28 hektar torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehlər tərəfindən törədilən süni maneələr aradan qaldırılmalı və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmalıdır.
61. Nəzərə alınmalıdır ki, iddiaçıların hazırki iddianı vermək üçün subyektiv hüquqlarının olması onlardan birinin torpaq sahəsinin birgə mülkiyyətçi olmaqla, hər ikisinin miras qoyanların vərəsələri olub-olmamasının araşdırılması ilə məhdudlaşdırılmalı, JN-252F KOD 90306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarlı olub-olmaması hazırkı iddianın predmetini təşkil etməməlidir.
62. Bu baxımdan iş materialları ilə müəyyən edilir ki, iddiaçılar miras qoyan X13 və X8 birinci növbədə vərəsələridir. Eyni zamanda İddiaçı1 torpağın mülkiyyətçilərindən biridir.
63. İddianın hüquqi əsasları ilə bağlı həm də qeyd olunmalıdır ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (Mülki Məcəllənin 560.1-ci maddəsi).
64. Hazırkı vəziyyətdə cavabdehlərin DƏDRX-nin əməkdaşlarına zəruri ölçü işlərinin aparmasına maneə törətməsi, Mülki Məcəllənin 560.1-ci maddəsinin təsiri altına düşür vəcavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə işə baxmış birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
66. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
67. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
68. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
69. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
70. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
71. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tаrixli, 2(014)-29/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tаrixli, 2(014)-29/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov