Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-514/2025 27.08.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “törənən maneənin aradan qaldırılması və payların bölünərək naturada verilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər:Maneənin aradan qaldırılması və payların bölünməsi) X2 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “törənən maneənin aradan qaldırılması və payların bölünüb naturada verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 27 avqust 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab şəhəri B.Allahverdiyev küçəsi ev 3, dalan 3 ünvanında yerləşən Zərdab rayon Aqrar İslahat Komissiyasının 07 avqust 2009-cu il tarixli, 07 saylı qərarı ilə mərhum atasının adına verilmiş 1698,3 kv.metr həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 1966-cı ildə inşa edilmiş birmərtəbəli, 75,42 kv.metr yaşayış sahəsi olmaqla ümumi sahəsi 123,66 kv.metr olan fərdi yaşayış evinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qeyd alınması ilə bağlı ölçü və qeydiyyat işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılmasına, hər bir övladın payının ölçülüb naturada onlara verilməsinə və dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atasına məxsus Zərdab şəhəri B.Allahverdiyev küçəsi ev 3, dalan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsində 1966-cı ildə inşa edilmiş birmərtəbəli, yaşayış sahəsi 75,42 kv.metr, ümumi sahəsi 123,66 kv.metr olan fərdi yaşayış evi vardır. Zərdab rayon Aqrar İslahat Komissiyasının 07 avqust 2009-cu il tarixli, 07 saylı qərarı ilə mərhum atasının adına ola torpaq sahəsində ailə üzvlərinə fərdi yaşayış evi tikmək üçün 1698,3 kv.metr torpaq sahəsi verilmişdir və X4 kitabında 30 noyabr 2009-cu il tarixdə, 760 nömrə ilə uçota alınaraq, ona AN№244760 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi (kadastr) verilmişdir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını və ölçü işlərinin aparılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. Lakin, həmin idarənin əməkdaşları tərəfindən ölçü işləri aparılarkən cavabdeh onlara imkan verməmişdir. Nəticədə həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması mümkün olmamışdır. Odur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab şəhəri B.Allahverdiyev küçəsi ev 3, dalan 3 ünvanında yerləşən Zərdab rayon Aqrar İslahat Komissiyasının 07 avqust 2009-cu il tarixli, 07 saylı qərarı ilə mərhum atasının adına verilmiş 1698,3 kv.metr həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 1966-cı ildə inşa edilmiş birmərtəbəli, 75,42 kv.metr yaşayış sahəsi olmaqla ümumi sahəsi 123,66 kv.metr olan fərdi yaşayış evinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarımın qeyd alınması ilə bağlı ölçü və qeydiyyat işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılmasına və hər bir övladın payının ölçülüb naturada onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, mərhum atasına məxsus Zərdab şəhəri B.Allahverdiyev küçəsi ev 3, dalan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsində 1966-cı ildə inşa edilmiş birmərtəbəli, yaşayış sahəsi 75,42 kv.metr, ümumi sahəsi 123,66 kv.metr olan fərdi yaşayış evi vardır. Zərdab rayon Aqrar İslahat Komissiyasının 07 avqust 2009-cu il tarixli, 07 saylı qərarı ilə mərhum atasının adına ola torpaq sahəsində ailə üzvlərinə fərdi yaşayış evi tikmək üçün 1698,3 kv.metr torpaq sahəsi verilmişdir. X4 kitabında 30 noyabr 2009-cu il tarixli, 760 nömrəli qeydlə uçota alınaraq AN№244760 nömrəli Torpaq sahəsinin plan və ölçüsünə dair kadastr verilmişdir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını və ölçü işlərinin aparılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. Lakin, həmin idarənin əməkdaşları tərəfindən ölçü işləri aparılarkən cavabdeh onlara imkan verməmişdir. Nəticədə sözügedən evin və tikililərin ölçü və qeydiyyat işlərinin aparması mümkün olmamışdır. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən torpaq sahəsi onlara məxsusdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası DT və XK tərəfindən tərtib edilmiş A№-244760 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 760 saylı qərarı ilə X1 mülkiyyətinə Zərdab şəhərinin ərazisindən 1698.3 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün verilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında arayışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki X3 xx.xx.2019cu il tarixdə ölmüşdür. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin xx.xx.2025-ci il tarixdə iddiaçıya göndərildiyi mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina edilməsi barəsində № 3-21-3-36/2-875/2025 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsi üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, araşdırma və müayinə zamanı torpaq sahəsində mübahisə olması müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrə baxılması üçün iddiaçıya məhkəməyə müraciət edilməsi tösiyyə edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iqddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikası qanunun 20-ci maddəsinin 4-cü hissəsinə görə vətəndaşın əmlaka vərəsəlik hüququ qanunla təsdiq edilir və qorunur. “İnsan hüquqları vəəsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, iddiaçının atası xx.xx.2019-cu il tarixdə dünyasını dəyişdikdən sonra ünvan 3698.3 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa olunmuş mənzil iddiaçıya miras əmlakı olaraq qalmışdır. O, mirası qəbul etmək üçün notariat kontoruna müraciət etdikdə iddiaçıya ilkin olaraq miras qalmış əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarış alması izah edilmişdir. Buna əsasən iddiaçı Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsi xx.xx.2025-ci il tarixdə mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina edilməsi barəsində № 3-21-3-36/2- 875/2025 nömrəli məktub ünvanlayaraq imtinasını ünvan 3698.3 ha həyətyani torpaq sahəsində mübahisənin olması ilə əsaslandırmışdır. Hal-hazırda cavabdeh mərhum atasına məxsus torpaq sahəsini zəbt etməklə şəxsi məqsədləri üçün istifadə etməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşlarına ölçü və qeydiyyat işləri aparmalarına maneələr törədir. Ona görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddiaçının üçüncü şəxslərin hüquqlarını pozmadan və hüquqdan sui-istifadəyə yol vermədən miras əmlak barəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinə müraciət edərək ölçü işlərini aparmaq və mülkiyyət hüququna dair çıxarış almaq hüququ vardır. Cavabdehlərin sözügedən ev və s. ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin əməkdaşları tərəfindən ölçü işlərinin aparılmasına maneçilik törətməsi qanunsuzdur və iddiaçının yuxarıda qeyd edilən hüququnun pozuntusudur. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçı hazırkı iddianı verməkdə haqlıdır. Odur ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 100 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. İddiaçı mərhum atasına məxsus Zərdab şəhəri B.Allahverdiyev küçəsi ev 3, dalan 3 ünvanında yerləşən Zərdab rayon Aqrar İslahat Komissiyasının 07 avqust 2009-cu il tarixli, 07 saylı qərarı ilə mərhum atasının adına verilmiş 1698,3 kv.metr həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 1966-cı ildə inşa edilmiş birmərtəbəli, 75,42 kv.metr yaşayış sahəsi olmaqla ümumi sahəsi 123,66 kv.metr olan fərdi yaşayış evinin16 saylı Ucar Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qeyd alınması ilə bağlı ölçü və qeydiyyat işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-514/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-514/2025
27.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver