Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3568/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın sənədləşdirilməsinə edilən maneələrə son qoyulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehlər tərəfindən törədilən süni maneələrin aradan qaldırılması və cavadehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-458/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 kassasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-252F KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, X7, onun ailə üzvləri X6 və İddiaçı1 mülkiyyətinə 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. İddiaçı1 və İddiaçı2 atası X11, anası isə X2r.
3. Ağdaş rayon İHB-nın xxx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 17 yanvar 2006-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən, X11 20 dekabr 2005-ci il tarixdə ölmüşdür.
4. Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 2 noyabr 2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən, X6 31 oktyabr 2021-ci il tarixdə ölmüşdür.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən X3 ünvanlanmış 21 aprel 2021-ci il tarixli Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişə əsasən, xx.xx.2021-ci il tarixdə Ağdaş rayonu, xxx kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsini inventarlaşdırmaq məqsədi ilə mühəndis inventarlaşdırıcı XXX qeyd olunan ünvana getmişdir. Lakin yerində müayinə baxışı keçirilən z aman həmin evdə yaşayan X adlı şəxs evin ona məxsus olduğunu bildirərək ölçü işlərinin aparılmasına etiraz etdiyindən müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmələrdə baxılması qeyd olunmuşdur.
6. Ağdaş rayon İcra Hakimiyyəti başçısının xxx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli arayışa əsasən, Ağdaş rayonu, xxx kənd ərazisində yerləşən JN-252F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0,28 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi və 1 ədəd talvar vardır.
7. Ağdaş rayon Dövlət Arxivi tərəfi ndən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv arayışına əsasən, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon xxx kənd nümayəndəliyinin Dəhnə kəndinə aid olan 1996-1997-1998-1999-2000-ci illərin 03 №-li təsərrüfat başına kitabının 244 №-li təsərrüfatı X7 adına olmaqla təsərrüfatında X11 və X8, Cavabdeh2 adı qeyd edilib və X7 ümumi sahəsi 101 kv.m olmaqla, o cümlədən 56 kv.m yaşayış sahəsi olan evi vardır.
8. Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv arayışa əsasən, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon xxx kənd nümayəndəliyinin Dəhnə kəndinə aid olan 1991-1992-1993-1994-1995-ci illərin 03 №-li təsərrüfat başına kitabının 253 №-li təsərrüfatı X7 adına olmaqla təsərrüfatında X11 və X4 adı qeyd edilib.
9. Ağdaş Rayon Aqrar İslahat Komissiy ası tərəfindən verilmiş JN-0070 KOD ******* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, X7 və ailə üzvləri X8, Cavabdeh2 mülkiyyətinə Ağdaş rayonu, xxx kəndi ərazisindən 0,63 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 10. iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən törədilən süni maneələrin aradan qaldırılması və cavadehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. İddia tələbi belə əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli, 4 saylı qərarı ilə Ağdaş rayonu, xxx kəndində yerləşən 0,28 hektar torpaq sahəsi X11, X6 və İddiaçı1 mülkiyyətinə verilmişdir. Bu barədə torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə tərtib olunmuşdur. X11 və X6 iddiaçıların valideynləridir. Valideynləri öldükdən sonra iddiaçılar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Ağdaş rayonu, xxx kəndində yerləşən 0,28 hektar torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişlər. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın da Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin onlara ünvanladığı cavab məktubunda, cavabdehlərin qeyd olunan torpaq sahəsinə və fərdi yaşayış evinə İdarənin nümayəndəsinin daxil olmasına, orada müəyyən ölçü işlərini aparmağa maneəçilik törətdiklərini bildirmişlər. Buna görə də onlar məhkəməyə müraciət etməli olmuşlar.
12. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.5 və 157.4cü maddələrinə istinad etmişlər.
13. Cavabdehlərin nümayəndəsi (vəkil) iddiaya etiraz edərək göstərmişdir ki, Ağdaş rayonunun xxx kənd icra nümayəndəliyinin Dəhnə kəndinə aid olan 1996-2000-ci illərin təsərrüfatbaşına kitabında 244 saylı təsərrüfatın X7 adına olmaqla, təsərrüfatında özü ailə başçısı olm aqla, arvadı X4 və oğlu Cavabdeh2 olduğu qeyd olunmuşdur. “Torpaq İslahatı haqqında” Qanuna əsasən X7 adına olan təsərrüfatın həyətyanı torpaq sahəsi X7, X4 və Cavabdeh2 adına işlənilməklə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməli olduğu halda, şəhadətnamə X11 ilə yanaşı qanunsuz olaraq iddiaçılar X1 və İddiaçı1 adına işlənmişdir. Həmin şəhadətnamə saxtadır. Buna görə də iddiaçıların iddiası əsassızdır.
14. Cavabdeh2 birinci instansiya məhkəməsinə icraatın dayandırılması barədə vəsatət verərək, vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçıların adına verilmiş şəhadətnaməni inzibati məhkəmə mühakiməsi qaydasında mübahisələndirmişdir.
15. Birini instansiya məhkəməsi icraatı dayandırmışdır.
16. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(116)-770/2023 sayl ı qərardadı ilə iddiaçılar Cavabdeh2 və X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı X11, X1 və İddiaçı1 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsinə, X1 və İddiaçı1 adlarının adlılar siyahısından çıxarılmasına, 10 fevral 1998-ci ildə Ağdaş rayon AİK-nın sədrinin imzası və möhrü ilə təsdiqlənmiş Ağdaş RİHB-nin xxx kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı adlı sənədə əsasən 242 saylı təsərrüfatda adları qeyd olunmuş 1966- cı il təvəllüdlü X11 özü ailə başçısı olmaqla,1969-cu il doğumlu arvadı X5 və 1995-ci il doğumlu oğlu Cavabdeh2 adlarının müvafiq elektron baza məlum atlarına yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün hesab edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-412/2023 saylı qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanmışdır.
17. Ağdaş Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tаrixli, 2(014)-29/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Ağdaş rayonu, xxx kəndində yerləşən 0,28 hektar torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehlər tərəfindən törədilən süni maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir. (hakim Cavid Sultanov)
18. Birinci in stansiya məhkəməsi işdəki sənədlərə müəyyən etmişdir ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli 04 saylı qərarı ilə X7 və ailə üzvləri X9, İddiaçı1 mülkiyyətinə Ağdaş rayonu, xxx kəndi ərazisindən 0,28 hektar rorpaq sahəsi verilmişdir. Bu barədə X7 adına JN-252F KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Mülkiyyətçi X11 öldükdən sonra digər mülkiyyətçi İddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Ağdaş rayonu, xxx kəndində yerləşən 0,28 hektar torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestr ində qeydiyyata alınmasına dair müracət etmiş, həmin idarədən nümayəndələri tərəfindən ölçmə işləri aparılmasına cavabdehlər tərəfindən maneəçilik törədilmişdir.
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ağdaş rayonu, xxx kəndində yerləşən 0,28 hektar torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehlər tərəfindən törədilən süni maneələr aradan qaldırılmalı və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmalıdır.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 139.1, 157.2-ci, Torpaq Məcəlləsinin 5.3, 110, 111.1, 111.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 128 saylı və eyni tarixli 129 saylı arayışında Ağdaş rayonunun xxx kəndinin Dəhnə kəndinə aid olan 1991-1995-ci illərin və 1996-2000-ci illərin təsərrüfatbaşına kitabında müvafiq olaraq 253 saylı və 244 saylı təsərrüfatın X7 adına olması, təsərrüfatında özü ailə başçısı olmaqla, arvadı X4 və oğlu Cavabdeh2 adlarının göstərildiyi qeyd olunmuşdur. “Torpaq İslahatı haqqında” Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.199 6-cı il tarixinədək) daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər torpaq payı almaq hüququ olan subyektlərin sırasına daxildirlər. Həmin dövr qüvvədə olmuş “Torpaq islahatı haqqında” Qanuna tam müvafiq olaraq Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 17 saylı qərarı ilə X11 özü ailə başçısı olmaqla, onların, yəni arvadı X4 və oğlu Cavabdeh2 adları qeyd olunmaqla onlara 0,63 hektar pay torpaq sahəsi verilmiş, bu barədə torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN-0070, kod ******* 8) müvafiq qeydiyyat kitabında 12 mart 1999-cu ildə 1566 nömrə ilə qeydiyyata alımışdır. Həmin dövrdə qüvvədə olmuş “Torpaq islahatı haqqında” Qanuna əsasən onların ailəsinin X7 adına olan təsərrüfatın həyətyanı torpaq sahəsi də hələ pay torpağından daha əvvəl yuxarıdakı şəxslər kimi on ların adına işlənməklə onlara torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilməli olduğu halda, şəhadətnamə (JN-252 F, kod ********) X11 ilə yanaşı, tamamilə birmənalı şəkildə qanunsuz olaraq X1 və İddiaçı1 adına işlənmişdir. Ağdaş rayonunun xxx kənd yerli aqrar islahat komissiyasının, həmçinin Ağdaş rayon AİKnın 10 fevral 1998-ci il tarixli qərarına əsasən həmin təsərrüfatın torpaq sahəsi torpaq islahatı haqqında Qanununun birmənalı tələbinə əsasən onların ailəsinin, yəni X11 özü ailə başçısı olmaqla, arvadı X4 və oğlu Cavabdeh2 adına olmaqla həmin şəxslərin mülkiyyətinə verilməli idi. Əslində həmin həyətin torpaq sahəsinə qanuni şəhadətnamə işlənmiş, lakin müvafiq saxtakarlıq edildikdən sonra həmin sənəd(lər) gizlədilmişdir.
23. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 107)-458/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Əyyub Kərimov, Günay Cavadova)
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh2 və X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı X11, X1 və İddiaçı1 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsinə, X1 və İddiaçı1 adlarının adlılar siyahısında n çıxarılmasına, 10 fevral 1998-ci ildə Ağdaş rayon AİK-nın sədrinin imzası və möhrü ilə təsdiqlənmiş Ağdaş RİHB-nin xxx kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı adlı sənədə əsasən 242 saylı təsərrüfatda adları qeyd olunmuş 1966-cı il təvəllüdlü X11 özü ailə başçısı olmaqla,1969-cu il doğumlu arvadı X5 və 1995-ci il doğumlu oğlu Cavabdeh2 adlarının müvafiq elektron baza məlumatlarına yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardad iddiaçılar X10 və Cavabdeh2 tərəfindən apellyasiya qaydasında mübahisələndirilsə də apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardaddan kassasiya qaydasında şikayət verilmədiyindən qanuni qüvvəsini almışdır.
25. Həmçinin iş materiallarına əsasən Şəki İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(116)-978/2024 saylı qərardadı ilə iddiaçılar X10 və Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X7, X1 və İddiaçı1 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin (JN-252 F, kod ********) qismən ləğv edilməsinə, adları qanunsuz olaraq işlənmiş X1 və İddiaçı1 adlarının siyahıdan çıxarılmasına, 1998-ci il-də Ağdaş rayon AİK-i sədrinin imzası və möhürü ilə təsdiqlənmiş “Ağdaş RİHB-nin xxx k.ə.n. üzrə islahat ilə əlaqədar xxx kəndində torpaq torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı” adlı sənədə əsasən 242 saylı təsərrüfatın qaytanlanmış kitab üzrə 0.10 ha, faktiki istifadədə olan mülkiyyətinə verilməli olan torpaq sahəsi 0.28 ha torpaq sahəsinin həmin vaxt təsərrüfatın üzvləri kimi adları qeyd olunmuş 1966-cı il doğumlu X11 özü ailə başçısı olmaqla, 1969-cu il doğumlu arvadı X4 və 1995-ci il doğumlu Cavabdeh2 mülkiyyətinə verilməsi və adlarının müvafiq elektron baza məlumatlarında yerləşdirilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardad da iddiaçılar (hazırki işdə cavabdehlər) tərəfindən apellyasiya qaydasında mübahisələndirilsə də, Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 16 aprel 2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin həmin qərardadı, kassasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətində göstərilən dəlillərə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçılar miras qoyan X11 və X6 birinci növbədə vərəsələridir. Eyni zamanda İddiaçı1 torpağın mülkiyyətçilərindən biridir.
27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçıların hazırki iddianı vermək üçün subyektiv hüquqlarının olması onlardan birinin torpaq sahəsinin birgə mülkiyyətçi olmaqla, hər ikisinin miras qoyanların vərəsələri olub-olmamasının araşdırılması ilə məhdudlaşdırılmalı, JN-252F KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarlı olub-olmaması hazırkı iddianın predmetini təşkil etməməli dir.
28. Apellyasiya instansiyası məhkəməsi iddianın hüquqi əsasları ilə bağlı onu da vurğulamışdır ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hazırkı vəziyyətdə cavabdehlərin DƏDRX-nin əməkdaşlarına zəruri ölçü işlərinin aparmasına maneə törətməsi, Mülki Məcəllənin 560.1-ci maddəsinin təsiri altına düşür və cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə işə baxmış birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 140, 152, 152.1, 152.5, 157.2, 157.4, 165.1, 1133.1, 1159.1, 1243, 1243.1 və 1243.2-ci, Torpaq Məcəlləsinin 5.3-cü m addələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdehlər (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə torpaq islahatı zamanı həmin təsərrüfatda iddiaçıların yox, cavabdehlərin qeydiyyatda olmaqla yaşamaqları, rayon Aqrar İslahat Komissiyasının qərarı ilə həmin təsərrüfat üzrə adlarının pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısına salınmasını, iddiaçıların isə həmin siyahıda olmaması, onların islahatdan 4-5 il sonra həmin təsərrüfata gəlmələri kimi işin hallarına v ə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, nəticədə düzgün olmayan qənaətə gəlmişdir. cavabdehlər tərəfindən yuxarıda göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim olunsa da, apellyasiya instansiyası məhkəməsi həmin sübutları əlaqəli şəkildə şərh etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasının səbəblərini qətnamədə aydın şəkildə izah etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13 (hissə 1) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (hissə 1) Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29 (hissə 2) Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29 (hissə 3) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 29 (hissə 4) Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəz ərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəy indən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı ida rə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5.3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən h allara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasi ya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Kassasiya şikayətində cavabdehlər qətnaməni tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
38. Belə ki, iddiaçılar həm mülkiyyətçi, həm də vərəsə olaraq torpaq sahəsini dövlət reyestri xidmətində rəsmiləşdirmək istəməsini, cavabdehlərin isə buna mane olmasını bildirmişlər.
39. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə iddiaçılar miras qoyan X11 və X1 birinci növbədə vərəsələridirlər. Eyni za manda İddiaçı1 həm də torpağın mülkiyyətçilərindən biridir. Cavabdehlər torpağa dair iddiaçıların adına müvafiq qeydiyyatın aparılması üçün DƏDRX-in əməkdaşlarına zəruri ölçü işlərini aparmasına maneə törədirlər.
40. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və tətbiq etdiyi hüquq normaları ilə razılaşır.
41. Belə ki, cavabdehlər torpaq sahəsi üzərində hüquqa malik olan iddiaçıların hüquqlarının qeydə alınması üçün mütəxəssislərə mane olmaqla, onların yuxarıda qeyd edilən qanunvericilik normaları ilə qorunan mülkiyyət hüquqlarını pozur, nəticədə iddiaçılar əmlaka mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışı ala bilmirlər.
42. Göründüyü kimi, tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun ol muşdur.
43. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən rayon Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsinin iddiaçılara verilməsinin düz olmaması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır.
44. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-252F KOD ******* saylı Şəhadətnamə qüvvədədir, onun etibarlı olub-olmaması hazırkı iddianın predmetini təşkil etmir. Bunu apellyasiya instansiyası məhkəməsi də qətnamədə qeyd etmişdir. (bax: 27-ci bənd)
45. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Ca vabdeh3 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-458/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.