Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-29/2024 22.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X8 iştirakları ilə Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi oğlu X6 xx.xx.2005-ci il tarixdə Ağdaş rayonu, Şəkili kəndində anadan olmuşdur.Oğlu “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X13 Poliknika Şöbəsində “Orta dərəcə əqli gerilik, davranış pozuntuları” diaqnozu (xx.xx.2023cü il tarixli PHŞ-6-22/3-1180/2023 nömrəli arayış) ilə ruhi qeydiyyatdadır.Oğlu xəstə kimi dövlətdən təqüd alır, lakin ruhi xəstə olduğu üçün hal-hazırda öz sənədlərinə imza ata bilmir. O, xəstə olmaqla öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir.Faktiki olaraq ona anası Ərizəçi baxır və onun üzərində faktiki qəyyumluğu bir ana kimi özü həyata keçirir.Hesab edir ki, oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, özü onun qəyyumu təyin edilər və oğlunun yerinə bütün sənədləri imzalaya bilər.Göstərilənlərə əsasən, ərizəçi xx.xx.2005-ci il tarixdə Ağdaş rayonu, Şəkili kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X14 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 2 saylı X12 filialı Ağdaş rayon Qəbul şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-S- 153757/2023 saylı arayışdan görünür ki, X2 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 2 saylı X12 filialından filialındanorqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə İİİ-cü dərəcə əlilliyə görə hər ay 150.0 manat sosial müavinət təyin edilib. Müavinət müddətsizdir. İşin materiallarında olan Ağdaş rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli № HPŞ/6-22/3-1180/2023 saylı arayışından görünür ki, Ərizəçi övladı xx.xx.2005-ci il təvəllüdlü X1 rayon X5 hüquqi şəxsin poliklinika şöbəsində “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə ruhi qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş 07 mart 2005--ci il tarixli, İ-AZ № 589932 saylı doğum haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 01 yanvar 2005-ci il tarixdə Ağdaş şəhərində, anadan olmuş, atası X7, anası isə Ərizəçidır. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli, 49 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X4 hal-hazırda yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Ağdaş MRX-nın poliklinikasından verilmiş xx.xx.2004-cü il tarixli 1466 sayh ambulator karta) anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda bələdliyin zəifləməsi,yaddaşının mexaniki tipli olması,təfəkküründə konkretliliyə meyillilik aşkar edilməsi,oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarının belə apara bilməməsi,maraq dairəsinin daralması,mülahizə və mühakimələri, səthi olması,abstrakt və məntiqi təfəkkürünün zəifləməsi,adi məişət problemlərini həll etmək qabiliyyətində olsa da kənar şəxsin nəzarətinə ehtiyac olması, emosiyalarında ifadə olunmuş davamsızlıq müşahidə edilməsi,düşdüyü vəziyyətə tənqidin zəifləməsi,intelektinin inkişafdan geri qalması,şəxsiyyətində qüsur açkar olunması İQ=34 % və s.) sübut edir. Yekun hissəsi Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş suallan aşağıdakı kimi cavablandırır: 1) X4 anlaqlıdırmı,öz hərəkətlərinin faktki xarakterini dərk etmək iqtidarındadırmı? Cavab. X4 Yüngül dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir.X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər Beləliklə, məhkəmədə iclasında müəyyən olundu ki, X6 anadangəlmə xəstə olmuş, birinci dərəcəli əlildir, Ağdaş rayon X5 hüquqi şəxsin poliklinika şöbəsində ““Orta dərəcəli əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə ruhi qeydiyyatdadır. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və 01 yanvar 2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilsin. 01 yanvar 2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-29/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-29/2024
22.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver