Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-298/2022 31.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh ASC-nin "xxxx" MMC-yə qarşı su-kanalizasiyadan istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin "xxxx" MMC-yə qarşı su-kanalizasiyadan istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında fərdi yaşayış evində yaşayır. Cavabdeh orqanın Ağdaş Sukanal TSC ilə aralarında bağlanmış təbii su ilə təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii su ilə təmin edilmişdir. Sərf etdiyi təbii suya görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtlı-vaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. Ağdaş Sukanal TSC-nin əməkdaşları tərəfindən bugünədək istifadə etdiyi su sərfiyyatında əlavə heç bir məbləğ tələb olunmamışdır. Cavabdeh orqan tərəfindən ona əsassız olaraq 287 manat borc hesablanmışdır. Cavabdeh orqandan borcun səbəbini soruşduqda isə ona 5-10 il bundan əvvəlin borcu olduğunu və borcun var ödəməlisən sözündən başqa heç bir söz deyilməmişdir. Ancaq onun 5-10 il əvvəl yaranmış borcuna dair cavabdeh orqan tərəfindən heç bir arayış və akt təqdim edilməmişdir. Ona bugünə qədər də məlum deyil ki, 5-10 il bundan əvvəl su borcu nə vaxt və hansı əsasla yaranmışdır. Ağdaş Sukanal TSC rəhbərliyinin əsassız və gülünc cavabı ilə tanış olduqda Ağdaş Sukanal TSC-nin əməkdaşlarının bir çox qanunsuzluqlara yol verdiyi müəyyən olunmuşdur. Ən əsası da odur ki, ondan 2011-ci ildən etibarən yığılmış su-kanalizasiya borcu tələb olunur. Bu isə sui-istifadə halına səbəb olmuşdur. Cavabdeh orqan tərəfindən təbii su və kanalizasiya sistemi ilə 2020-ci ilin yay aylarında təmin olunmuşdur. Həmin tarixdən etibarəndə bildirişdə göstərilən məbləği vaxtı-vaxtında ödəmişdir. Cavabdehin iddia etdiyi borc məbləği əsassız hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Cavabdeh ASC-nin "xxxx" MMC-nin Ağdaş Sukanal TSC-nin 10.11.2021-ci il tarixli, **********000 saylı abonent kartından görünür ki, İddiaçı 2016-cı il tarixə qədər 158,50 manat, 2017-ci il tarixə 84,25 manat, 2018-ci il tarixə 50,30 manat, 2019-cu il tarixə 0,15 manat, 2020-ci il tarixə 7,70 manat, 2021-ci il tarixə 3,74 manat olması müəyyən edilmişdir. İşin materiallarında olan Cavabdeh ASC-nin "xxxx" MMC-nin Ağdaş Sukanal TSC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı yaşayış sahəsinə su sayğacı 10.11.2018ci il tarixdə quraşdırılmışdır. İddiaçı yaranmış 289,26 manat borcunun 158,50 manat hissəsi 2016-cı ilədək olan borcdur. 128,70 manat su sayğacı quraşdırılan tarixədək olan borcdur. 2,06 manat hissəsi su sayğacı quraşdırıldıqdan sonra yaranmış borcdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı yaşayış sahəsinə su sayğacı 10.11.2018-ci il tarixdə quraşdırılmışdır. Cavabdeh ASC-nin "xxxx" MMC-nin Ağdaş Sukanal TSC tərəfindən İddiaçı 2016-cı il tarixə qədər 158,50 manat, 2017-ci il tarixə 84,25 manat, 2018-ci il tarixə 50,30 manat, 2019-cu il tarixə 0,15 manat, 2020-ci il tarixə 7,70 manat, 2021-ci il tarixə 3,74 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İşin materialları ilə müəyyən edilir ki, abonentə hesablanmış borcun 158,50 manat hissəsi 2016-cı ilədək yaranmış borcdur. Eyni zamanda, iddiaçı bildirir ki, 2020-ci ilin may ayına qədər həmin ərazidə kanalizasiya olmamış, yalnız ümumi qaydada ona çirkab suya görə borc hesablanmışdır, buna görə də həmin tarixədək ondan çirkab suya dair xidmət haqqının tutulması əsassızdır. Bu fakt abonent kartı ilə də təsdiq olunur. Belə ki, abonent kartından görünür ki, həmin ünvanda 2019, 2020 və 2021-ci illərdə çirkab suya dair borc hesablanmamışdır. Bu isə bundan əvvəl həmin ərazidə kanalizasiya xətlərinin olmasını istisna edir. Buna görə də 2016-cı ildən sonra çirkab suya görə hesablanmış müvafiq olaraq 36,75, 20,10 və 1,95 manat borcların da əsası məhkəməyə iclasında öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh ASC-nin "xxxx" MMC-yə qarşı sukanalizasiyadan istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi tələbinə dair iddiası təmin qismən edilməli, Cavabdeh ASC-nin "xxxx" MMC tərəfindən İddiaçı **********000 saylı abonent kartına sudan istifadəyə görə yazılmış 2016-cı il tarixə qədər 158,50 manat, çirkab suya görə 2017-ci ildə yazılmış 36,75 manat, 2018-ci ildə yazılmış 20,10 manat, 2019-cu ildə yazılmış 1,95 manat, cəmi 217,30 manat borc silinməli, iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nin "xxxx" MMC-yə qarşı su-kanalizasiyadan istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh ASC-nin "xxxx" MMC tərəfindən İddiaçı **********000 saylı abonent kartına sudan istifadəyə görə yazılmış 2016-cı il tarixə qədər 158,50 manat, çirkab suya görə 2017-ci ildə yazılmış 36,75 manat, 2018-ci ildə yazılmış 20,10 manat, 2019-cu ildə yazılmış 1,95 manat, cəmi 217,30 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-298/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-298/2022
31.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver