Məhkəmə qərarları › İş №2(014)-301/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-301/2024

07.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-301/2024 07.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndələri X1 və X4 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “4849,92 manat borcun və 68,59 manat dövlət rüsununun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı evə təbii qaz xətti əvvəllər qardaşı Mahir Şahmuradova, sonradan isə başqa şəxsə məxsus olan həyətyanı sahədən keçir. Yaşayış sahəsində istifadə üçün təbii qazdan istifadəyə görə quraşdırılmış sayğac da yaşayış evindən aralıda qeyd edilən ərazidə quraşdırılmışdır. 16 mart və 16 may 2023-cü il tarixlərində Cavabdeh İB-nin X5 İstismar İdarəsinin əməkdaşları guya o, sayğacdan kənar (sayğaca gələn xətdən) təbii qazdan istifadə etdiyini aşkar etmişlər. 2023-cü ilin aprel-may ayları üzrə sərfiyyata dair BİLDİRİŞxəbərdarlığı alanda ona məlum olmuşdur ki, onun **********06340 saylı abonent koduna ümumilikdə 4849,92 manat əlavə borc yazılmışdır. O, paylayıcı xətdən sayğaca qədər sayğacdan kənar xətdən istifadə etmədiyini, müdaxilə edilmiş ərazinin onun yox, müdaxilənin başqasının mülkiyyətində olan ərazidə baş verdiyini cavabdeh idarənin Ağdaş XS-nə bildirəndə oradan əməkdaşlar tərəfindən onun xəttə müdaxilə etməyi bir daha bildirilmişdir. Onun tərəfindən xəttə və sayğaca heç bir müdaxilə edilmədiyini, əgər etmiş olsa idi bu barədə əməkdaşlar tərəfindən iştirakı ilə həmin yerə baxış keçirilər, hal şahidlərinin iştirakı ilə video çəkiliş aparmaqla akt tərtib edilərdi dedikdə ona müdaxilə olunub və bu barədə akt tərtib edildiyi bildirilmişdir. İtirilmiş qazın hesablanmasına dair cavabdeh orqan tərəfindən tərtib edilmiş saldodan görünür ki, əsassız olaraq cavabdeh orqan itirilmiş qaza görə 4849,92 manat hesablayaraq adına olan **********06340 saylı abunə koduna vurulmuşdur. O, hesablanmış məbləğlə razı deyil və hesab edir ki, həmin məbləğ cavabdeh orqan tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış və abunə koduna vurulmuşdur. Nəticədə Cavabdeh əməkdaşları onlara verilmiş hüquqlardan sui istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh orqan dövlət orqanı olmaqla istehlakçı kimi qanunla qorunan hüquqlarını qorumaq əvəzinə onlara qarşı haqsızlıq etməklə və qanunla qorunan hüquqlarını özü pozmaqla qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisəni məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və heab edir ki, həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. Qeyd olunanlara əsasən cavabdeh orqan Cavabdeh İB-nin X5 İstismar İdarəsinin müvafiq olaraq ******* və ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən “Abonentin saldosu” üzrə hesablanaraq adına olan **********06340 saylı abonent koduna vurulmuş 4849,92 (dörd min səkkiz yüz qırx doqquz manat, doxsan iki qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılması xahiş edilir. Eyni zamanda, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “4849,92 manat borcun və 68,59 manat dövlət rüsununun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi əsassız olduğundan ilkin iddia rədd edilməli və aşağıdakılara görə Cavabdeh qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, "Azəriqaz" İB-nin Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Maşad kəndində istehlakçı İddiaçı məxsus mənzildə ***-**-** saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. İddiaçı iddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə **********06340 saylı qaz hesabında 4849,92 manat həcmindəki borc onun yaşadığı ünvanda yerləşən mənzildə istismarda olmuş qaz sayğacından müxtəlif dövrlərdə sayğacdan kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, "Azəriqaz" İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 16 mart 2023-cü il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 mart 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Beləliklə, mənzildə istismarda olan qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan, Zaqatala RQİİnin 17 mart 2023-cü il tarixli "dəymiş ziyanın bərpasına dair tələbnaməsi" ilə 34560 m3 (və ya 4147,20 manat) həcmində müəyyən edilmişdir. Bundan başqa "Azəriqaz" İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 16 may 2023-cü il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 may 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Beləliklə, mənzildə istismarda olan qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 24 saat hesabat müddəti 61 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan, Zaqatala RQİİnin 17 may 2023-cü il tarixli "dəymiş ziyanın bərpasına dair tələbnaməsi" ilə 5856 m3 (və ya 702,72 manat) həcmində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı Cavabdehnə qarşı borcun silinməsinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, Cavabdeh İddiaçı qarşı borcun tutulmasına dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən 4849,92 manat (4147,20 + 702,72 = 4849,92 manat) əsas borcun, 68,59 manat dövlət rüsumunun və 1,60 manat bank xidmət haqqının ümumilikdə isə 4920,11 manat borcun tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, onun sayğacına həqiqətən də iki dəfə kənar qoşulma xətti vasitəsi ilə kənar müdaxilə olunmuş, lakin həmin mdaxilələr onun qardaşı tərəfindən olunmu, həmin ərəfələrdə o, səhhətində olan problemlərlə əlaqədar öz mənzilndə yaşamadığından onun sayğacına müdaxilə olunmasından məlumatı olmamışdır. Sonradan Azəriqazın nümayəndəsi ona zəng vurub evə dəvət etdikdə o, xəstəxanada olmuş və arvadını evə göndərmişdir, arvadı evə getdikdə kənar qoşulmadan məlumatları olmuş, lakin arvadı həmin xəttin qayını vasitəsi ilə çəkildiyini bildirdikdə, Azəriqazın əməkdaşları onu arxayın salıb göndərmişlər ki, guya onlar üçün heç bir problem yaranmayacaq. Bir müddət sonra isə sayğaca vurduğu pulun borca silindiyini bilib, bu barədə maraqlandıqda qazdan qanunsuz istifadəyə görə ona borc yazıldığını bilmişdir. odur ki, qeyd etdiyi faktın araşdırılaraq ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasına iştirakları olmadan baxılmasını və qarşılıqlı iddianın təmin edilərək, ilkin iddianın təmin edilməməsini xahiş etmişdir. İşin materiallarında olan 16 mart 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İşin materiallarında olan Cavabdeh 17 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş şəhəri, SU-18 küçəsində yerləşən istehlakçı Cahir Şahmurdovun yaşadığı mənzilə 16 mart 2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq ümumilikdə 34560 m3 borc hesablanmışdır. İşin materiallarında olan 16 may 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İşin materiallarında olan Cavabdeh 17 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş şəhəri, SU-18 küçəsində yerləşən istehlakçı Cahir Şahmurdovun yaşadığı mənzilə 16 mart 2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq ümumilikdə 5856 m3 borc hesablanmışdır. İşin materiallarında olan 17 iyul 2023-cü il tarixli, **********06340 saylı abonentin saldosundan görünür ki, abonent İddiaçı abonent koduna 2023-cü ilin may ayına qədər 4849,92 manat borc hesablanmışdır. İşin materillarında olan 22 fevral 2024-cü il tarixli baxış protokolundan görünür ki, İddiaçı mənzilinə video çəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı İddiaçı qaz xəttinə həqiqətən də kənar müdaxilə olunduğu aşkar olunmuş, lakin həmin kənar müdaxilə İddiaçı mənzilinə yox, onla eyni həyətdə yerləşən qardaşının mənzilinə un mənzilinə təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar olunsa da, həmin kənar xəttin onun mənzilindən xeyli uzaq məsafədə yerləşdiyi müəyyən edilmişdir. Baxış zamanı İddiaçı arvadı bildirdi ki, Cavabdeh əməkdaşları onun evinə gələrək qaz sayğacına baxacaqlarınını bildirib, kənar xətt vasitəsi ilə qaz xəttini aşkar etmişlər, o, qaz xəttinin onlara deyil, qayınına məxsus olduğunu bildirmiş, həmin vaxt qayınının arvadı bayıra çıxmış və həmin xəttin onlara məxsus olduğunu bildirdikdə Azəriqazın əməkdaşları ona narahat olmamasını çıxıb getməsini bildirmişlər, sonradan onlara borc hesablandığını bilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia tələbi təmin edilməli, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin X5 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı **********06340 saylı abonent koduna yazılmış 4849,92 (dörd min səkkiz yüz qırx doqquz manat, doxsan iki qəpik) manat borc silinməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 16 mart 2023-cü il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 mart 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmış, akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirmilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 17 mart 2023cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 34560 m3 (və ya 4147,20 manat) həcmində müəyyən edilmişdir. Bundan başqa Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 16 may 2023-cü il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində istismarda olan qaz sayğacına yenidən baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 may 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmış, akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 sutkalıq iş rejimi 24 saat hesabat müddəti 61 gün qəbul edilməklə itirmilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 17 may 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 5856 m3 (və ya 702,72 manat) həcmində müəyyən edilmişdir. Lakin İddiaçı həmin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə hallarına özü tərəfindən yox qardaşı tərəfindən yol verildiyini bildirmiş, Azəriqaz İB tərəfindən təqdim olunmuş video diskə baxış keçirilərkən qeyriqanuni olaraq sayğacdan kənar qoşulma xətti çəkilmiş mənzil İddiaçı göstərildikdə o, həmin mənzilin ona yox qardaşına məxsus olduğunu bildirmiş, Azəriqaz İB tərəfindən təqdim olunmuş fotoşəkillərə baxış keçirilərkən həmin fotoşəkillərdəki mənzillə videogörüntüdəki mənzilin eyni olması və həmin fotoşəkillərdə olan qadının İddiaçı arvadı olmadığı müəyyən edilmişdir. Bundan sonra məhkəmə tərəfindən İddiaçı mənzilinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, İddiaçı oğlunun yaşadığı mənzildə qaz sayğacına qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma faktı öz təsdiqini tapmayaraq sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Həmçinin, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödəməkdən azad edildiyi 68,50 (altmış səkkiz manat, əlli qəpik) manat dövlət rüsumu ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia tələbi təmin edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin X5 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı **********06340 saylı abonent koduna yazılmış 4849,92 (dörd min səkkiz yüz qırx doqquz manat, doxsan iki qəpik) manat borc silinsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “4849,92 manat borcun və 68,59 manat dövlət rüsununun tutulması” tələbinə dair qarşılıqlı iddia təmin edilməsin. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödəməkdən azad edildiyi 68,50 (altmış səkkiz manat, əlli qəpik) manat dövlət rüsumu ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar