Məhkəmə qərarları › İş №2(014)-31/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-31/2022

11.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-31/2022 11.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 ünvanda yerləşən 0.05 ha torpaq sahəsində tikdiyi özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(014)-2201/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı, Ağdaş rayon Notariat Kontoruna və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməklə ünvan 1 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında 30 mart 2016-cı il tarixdə Ağdaş rayon Notariat Kontorunda rəsmiləşdirilmiş AN-İ ******* saylı “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilmiş, AR ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş 29 iyun 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, İddiaçı Cavabdeh 13.500 manat məbləğində borc verməsi barədə aralarında borc müqaviləsi bağlanması, borc müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh arasında 30 mart 2016-cı il tarixdə Cavabdeh mülkiyyətində olan Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinin İddiaçı xeyrinə yüklü edilməsi barədə ipoteka müqaviləsi bağlanması hesab edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq aidiyyatı üzrə icra olunması üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. İcra tədbirləri və hərəkətləri qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilərək ipoteka müqaviləsi üzrə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi qiymətləndirmə Xidməti tərəfindən qiymətləndirilmiş və daşınmaz əmlakın ilkin satış qiyməti 18.000 manat müəyyən edilmişdir. Torpaq sahəsi 11500 manata ona satılmışdır. Nərimanov rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(005)-3712/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-yə Azərbaycan Respublikası Respublika Xammal və X15 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Ağdaş rayon İcra və Probasiya şöbəsinə və üçüncü şəxs qismində işə cəlb edilmiş İsmayılov Ceyhun Rza oğluna qarşı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 15.05.2018-ci il tarixli hesabatın və 63/04 saylı, 22.10.2018-ci il tarixli açıq hərracın nəticələri haqqından Protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2020-ci il tarixli 2(103)-604/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 sentyabtr 2019-cu il tarixli 2(005)-3712/2019 saylı qətnaməsi qismən, “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi barədə tələbin rədd edildiyi hissədə ləğv edilmiş” iddia həmin hissədə təmin edilmiş, Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” MMC-nin “açıq hərrac nənticələri haqqında” 63/04 saylı, 22.10.2018-ci il tarixli protokolu etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.06.2020-ci il tarixli 2(102)-2937/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 15.01.2020-ci il tarixli qətnaməsi Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin “acıq hərracın nəticələri haqqında 63/04 saylı 22.10.2018-ci il tarixli protokolun etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23.09.2020-ci il tarixli 2(103)-6821/2020 saylı qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(005)-3712/2019 saylı qətnaməsi mübahisələndirilən Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” MMC-nin “açıq hərrac nənticələri haqqında” 63/04 saylı, 22.10.2018-ci il tarixli protokolu etibarsız hesab edilməsinin təmin edilməyən hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(102)-1702/2021 saylı qərarı ilə Bakı Apellyaisya Məhkəməsinin 23.09.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Hal-hazırda torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahəsi üzərində özbaşına tikili mövcuddur və hesab edir ki, Cavabdeh tərəfindən Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 ünvanda yerləşən 0.05 ha torpaq sahəsində tikdiyi özbaşına tikili müvafiq qaydada məhkəmə qətnaməsi əsasında sökülməlidir. Cavabdeh Yaqublu X10 Ceyhun Rza oğluna qarşı “gediş-gəliş üçün zəruri yolun ayırılıb verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilərək qarşılıqlı iddia üzrə cavabdeh Ağdaş rayonu, Qaroğlan kəndində yaşayan İsmayılov Ceyhun Rza oğluna verilmiş həyətyanı torpaq sahəsi üzərində tikdirdiyi bir mərtəbəli 4 otaqdan və yardımçı sahələrdən ibarət yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, evi 4.5 metr ölçüdə yolun ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İsmayılov Ceyhun Rza oğlu Cavabdeh və X9 qarşı “Özbaşına tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində tikdiyi özbaşına tikilinin sökülməsinə dair qətnamə qəbul edərək iddianın təmin edilməsini xahiş etmişdir. Aşağıda göstərdiyi işin həqiqi hallarına və digər əsaslara görə bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14 ünvanında yerləşən 0.05 hektar torpaq sahəsini 2000ci ildə Məmmədşah İslamovdan öz aralarında razılaşma əsasında almışdır və torpaq sahəsini 2006-cı ildə X3 İslamovun razılığı ilə onun adına rəsmiləşdirmişlər. 2004-cü ildən başlayaraq həmin torpaq sahəsində bir mərtəbəli 4 otaqdan ibarət yaşayış evi tikdirməyə başlamışdır. 2017-ci ildə həmin torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında adına qeydə aldırmışdır. Fərdi yaşayış evinin tikintisinə, tam təmirinə və həyətdə aparılmış digər abadlıq işlərinə, eləcə də həmin evi tikmiş ustalara və fəhlələrə, həyətə və yaşayış evinə su, təbii qaz və elektrik xətlərinin layihləşdirilərək çəkilməsinə ümumilikdə 55000 manat xərc çəkmişdir.O, maddi vəziyyəti ağır olduğundan ailədaxili bəzi problemləri həll etmək üçün özünün, digər ailə üzvlərinin və qohumların adına müxtəlif banklardan götürdüyü kreditləri vaxtlı-vaxtında qaytara bilmir. ünvan 3 ünvanda onunla qonşuluqda yaşayan, orta məktəbi birlikdə oxuduqları cavabdeh İsmayılov Ceyhun Rza oğlu onun və ailəsinin düşdüyü ağır maddi vəziyyəti öyrənəndən sonra ona həmin vəziyyətdən çıxmağa kömək edəcəyini bildirmişdir. Bir-birilərini yaxından tanıdıqlarından, ailəliklə bir birilərini evinə gedib gəldiklərindən onun səmimiyyətinə inanaraq ondan 2015-ci il ərzində müxtəlif vaxtlarda cəmi 13500 manat borc pul götürmüşdür. O hər dəfə ona pul verəndə deyirdi ki, “hələlik ona pul lazım deyil, problemlərini həll et, borcunu sonra qaytararsan, ancaq mənim sənə pul verməyimi arvadım bilməsin. O bilsə sənə pul verməyə imkan verməyəcək”. 2016-cı ildə yenə ona pul lazım olduğundan qarşılıqlı iddia üzrə cavabdehə müraciət edəndə ona dedi ki, borc verməyini arvadı bilib. Bir müddət onlara kömək edə bilməyəcəkdir. Bir müddət sonra cavabdeh ona zəng edərək ondan uşaqlıqdan xoşlandığını bildirməklə onunla yaxın münasibətdə olmasını söylədi. Bundan sonra o iddiaçının ona borc pul verməkdə məqsədini anlamış və ona qəti olaraq bildirmişdir ki, onlar hər ikisi ailəlidir və ona olan borcunu yaxın bir neçə ilə qaytaracaqdır. O cavabdehə olan borcunun ödənilməsinə zəmanət kimi özünə məxsus olan 0.05 hektar torpaq sahəsini girov qoymaq istədiyini bildirmişdir. O həmin torpağı öz adına DƏDRX-dən qeydiyyatdan keçirərək cavabdehlə Ağdaş rayon Notariat Kontoruna getmişdir. Orada cavabdeh ona olan borcunu pərdələmək məqsədi ilə onunla formal olaraq aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Onunla şərtləri belə olmuşdur ki, ona borcunu qaytarandan sonra alqı-satqı yolu ilə torpağı ona qaytaracaq. Lakin alqı-satqı müqaviləsindən dərhal sonra cavabdeh ona qəti şəkildə bildirdi ki, ya onun şərtini qəbul etməli, ya da torpaq sahəsindən çıxmalıdır. O qarşılıqlı iddia üzrə cavabdehin alçaq niyyətindən sonra həmin alqı-satqı müqaviləsini müqavilə başqa əqdi pərdələmək üçün formal bağlandığından ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 saylı ünvanda yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh ilə İsmayılov Ceyhun Rza oğlu arasında bağlanılaraq 30 mart 2016-cı il tarixdə Ağdaş rayon notariat kontorunda rəsmiləşdirilmiş AN-İ, ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etbarsız hesab edilsi, Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX- nin 17 saylı Ərazi idarəsi tərəfindən İsmayılov Ceyhun Rza oğlunun adma verilmiş 29 iyun 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi, İsmayılov Ceyhun Rza oğlunun Cavabdeh qızına 13500 manat məbləğində borc verməsi barədə aralarında borc müqaviləsi bağlanması, borc müqaviləsinin təminatı kimi İsmayılov Ceyhun Rza oğlu ilə Cavabdeh arasında 30 mart 2016-cı il tarixdə Cavabdeh mülkiyyətində olan Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14-də yerləşən 0.05 hektar torpaq sahəsinin İsmayılov Ceyhun Rza oğlunun xeyrinə yüklü edilməsi barədə ipoteka müqaviləsi bağlanmış hesab edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyati üzrə icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qətnamənin icrası mərhələsində Ağdaş rayon İcra və Probasiya şöbəsinin 3/16 saylı, 09.01.2018-ci il tarixli sifarişi əsasında "xxxx" MMC tərəfindən 15.05.2018-ci il tarixli əmlakın qiymətini müəyyən etmək üçün hesabat tərtib olunmuş, həmin hesabata əsasən torpaq sahəsinin həmin günə ilkin qiyməti 18000 manat müəyyən edilmiş və həmin torpaq sahəsinə baxış zamanı torpaq sahəsinin üzərində fərdi yaşayış evinin aşkar olunduğu, qiymətləndirmə zamanı yalnız torpaq sahəsinin qiymətləndirilməsi qeyd edilmişdir və həmin fərdi yaşayış evinin bir neçə tərəfdən fotoşəkli çəkilərək hesabata əlavə olunmuşdur. Bildirir ki, həmin 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisi və həyətin dörd bir tərəfinin hasara alınması, həyətə giriş-çıxış üçün darvaza tərəfindən həyata keçirilmişdir və torpaq sahəsi mülkiyyətində olmuşdur. Göründüyü kimi həmin yaşayış evi ona məxsus olduğuna görə həmin evə onun mülkiyyət hüququ gözlənilən mülkiyyət hüquqdur və bütün bunları qarşılıqlı iddia üzrə cavabdeh əvvəlcədən yaxşı bilirdi. Cavabdeh ona qarşı öz məkrli məqsədinin baş tutmayacağını biləndən sonra həmin torpağı ona qaytarmayacağını bildirmiş, həmin torpaq sahəsində ailəliklə tikdirdikləri yaşayış evini də öz adına qeydə aldıracağı ilə təhdid etmişdir. Yuxarıda göstərdiyi işin həqiqi hallarından görünür ki, ilk iddia üzrə iddiaçı iddia ərizəsində mübahisələndirdiyi tikili, yəni 4 otaqdan ibarət fərdi yaşayış evim qanunsuz və ya özbaşına tikili deyil və həmin yaşayış evi evin yerləşdiyi 0.05 hektar torpaq sahəsi hələ xüsusi mülkiyyətində olduğu dövrdə tikilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qarşılıqlı iddia üzrə cavabdehin adına qeydə alınan zaman həmin tikili artıq mövcud olduğundan yaşayış evinin altındakı torpaq sahəsi də ona məxsusdur. Qarşılıqlı iddiaçı İsmayılov Ceyhun Rza oğlu ondan 5000 manata yalnız 0.05 hektar həyətyanı torpaq sahəsini almışdır, yaşayış evi yuxanda göstərdiyi kimi xüsusi mülkiyyətində olmuş torpaq sahəsində tərəfindən tikildiyindən qanunsuz tikili hesab olunmur. Onun və biri yaşlı və xəstə olmaqla ailə üzvləri ilə birlikdə başqa yerdə yaşamağa evləri yoxdur. Cavabdeh yaxşı bilir ki, həmin fərdi yaşayış evi öz vəsaiti hesabına tərəfindən tikilmişdir. O, sadəcə olaraq onun və ailə üzvlərinin düşdüyü çıxılmaz vəziyyətindən sui istifadə edərək ona qarşı ilk iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Fərdi yaşayış evi həyət darvazasından təqribən 2 metr məsafədə tikilmişdir. Həmin yaşayış evi əvvəllər xüsusi mülkiyyətində olan 0.05 hektar həyətyanı torpaq sahəsində inşa edildiyindən və təsərrüfatın yalnız həyətyanı torpaq sahəsi qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətinə keçdiyindən yaşayış evi və altındakı torpaq sahəsi ona məxsusdur və o ailə üzvləri ilə birlikdə həmin yaşayış evində yaşamaqla ondan istifadə etmək hüquqları var. Həmin yaşayış evi həyət darvazasından 3-4 metr məsafədə tikildiyindən onun və digər ailə üzvlərinin həmin yaşayış evinə sərbəst gedib gəlməkləri üçün qanunla müəyyən olunmuş ölçüdə, yəni uzunluğu 4 metr, eni isə 4.5 metr olan yol yeri ayrılıb verilməlidir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh İsmayılov Ceyhun Rza oğlu onun və ailə üzvlərinin başqa yerdə yaşamağa eviləri olmadığını, həmin yaşayış evinin qanuni əsaslarla tikildiyini bildiyi halda, yaşayış evinə çəkilmiş 55000 manat xərci ona ödəmək istəməmiş, buna görə də tam əsassız hesab etdiyi ona qarşı hazırki ilk iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İsmayılov Ceyhun Rza oğlunun ona qarşı “Özbaşına tikilinin sökülməsi tələbinə dair” iddiası əsassız olduğundan rədd edilməli, onun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İsmayılov Ceyhun Rza oğluna qarşı qarşılıqlı iddiası isə təmin edilməlidir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X6 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq məhkəməyə bildirdi ki, İddiaçı Cavabdeh və X9 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia rəizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində tikdiyi özbaşına tikilinin sökülməsinə dair qətnamə qəbul edərək iddianın təmin edilməsini xahiş etmişdir. Həmin iddia tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı cavabdehlər Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsinə, qarşılıqlı iddianın isə təmin edilərək qarşılıqlı iddia üzrə cavabdeh Ağdaş rayon Qaroğlan kəndində yaşayan İddiaçı verilmiş həyətyanı torpaq sahəsi üzərində tikdirdiyi bir mərtəbəli 4 otaqdan və yardımçı sahələrdən ibarət yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, evi 4.5 metr ölçüdə yolun ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, Cavabdeh xüsusi mülkiyyətində olmuş həmin torpaq sahəsində o 2004-cü ildən birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evi tikdirmişdir. İş üzrə İddiaçı həmin torpaq sahəsini hərrac yolu ilə əldə edəndə həmin torpaq sahəsinin başqasına məxsus yəni, ona məxsus əmlakla fərdi yaşayış evi ilə yüklü olduğunu bilirdi. Bu iş üzrə keçirilmiş məhkəmə ekspertizası üzrə ekspert rəyində də qeyd edilmişdir. Lakin bunlara baxmayaraq İddiaçı üzərində ona məxsus yaşayış evi olan həmin torpaq sahəsini öz adına qeydə aldırmışdır. Göründüyü kimi qeyd edilən qanunvericiliyə görə mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətində olsa da, Cavabdeh məxsus olub həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evinə servitut hüququ saxlanılmalıdır. Göründüyü kimi o qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını əsas göstərməklə qarşılıqlı iddianı qəbul etmir. Məhkəmə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 06 sentyabr 2017-ci il tarixli 2(014)-2201/2017 saylı qətnaməsinin surətindən məlum olur ki, iddia təmin edilmiş, Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 saylı ünvanda yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh ilə İsmayılov Ceyhun Rza oğlu arasında bağlanılaraq 30 mart 2016-cı il tarixdə Ağdaş rayon notariat kontorunda rəsmiləşdirilmiş AN-İ, ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etbarsız hesab edilsi, Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX- nin 17 saylı Ərazi idarəsi tərəfindən İsmayılov Ceyhun Rza oğlunun adma verilmiş 29 iyun 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi, İsmayılov Ceyhun Rza oğlunun Cavabdeh qızma 13500 manat məbləğində borc verməsi barədə aralarında borc müqaviləsi bağlanması, borc müqaviləsinin təminatı kimi İsmayılov Ceyhun Rza oğlu ilə Cavabdeh arasında 30 mart 2016-cı il tarixdə Cavabdeh mülkiyyətində olan Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14-də yerləşən 0.05 hektar torpaq sahəsinin İsmayılov Ceyhun Rza oğlunun xeyrinə yüklü edilməsi barədə ipoteka müqaviləsi bağlanmış hesab edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən verilmiş 26.09.2019-cu il tarixli 2(005)-3712/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, iddiaçı Cavabdehlər "xxxx" MMC Respublika Xammal və X12 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Ağdaş rayon İcra və Probasiya şöbəsinə və üçüncü şəxs İsmayılov Ceyhun Rza oğlu cəlb edilməklə əmlakın qiymətləndirilməsi haqqında hərracın nəticələri haqqından protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.06.2020-ci il tarixli 2(102)-2937/2020 saylı qərarının surətindən məlum olur ki, İsmayılov Ceyhun Rza oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli qətnaməsi “Daşınar və Daşınmaz Əmlakın satışı üzrə Hərrac Mərkəzi MMc-in “açıq hərracın nəticələri haqqında 63/04 saylı 22.10.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 23.09.2020-ci il tarixli 2(103)- 6821/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(005)- 3712/2019 saylı qətnaməsi mübahisələndirilən-"xxxx" MMC-nin “açıq hərracın nəticələri haqqında” 63/4 saylı, 22.10.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Ali Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(102)-1702/2021 saylı qərarı ilə Bakı Apellyaisya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6821/2020 nömrəli iş üzrə 23.09.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsi dair 03/1042 saylı arayışdan məlum olur ki, İddiaçı 02.05.2019-cu il tarixli ********** №-li ərizəsinə və və 02.05.2019-cu il tarixli ********** saylı müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən, mülkiyyətində olan torpaq sahəsi üçün qiymətləndirilmə işi aparılmışdır. Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 ünvanında yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinin 20 may 2019-cu il tarixinə bazar dəyəri 6000 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi, İccra vərəqəsi tərəfindən İddiaçı Dövlət torpaq kadastrı kitabında qeydə alınmış 21.05.2019-cu il tarixli seriya A 388278 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənərək verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh Dövlət torpaq kadastrı kitabında qeydə alınmış 04.03.2011-ci il tarixli seriya 3/1301 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənərək verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27.12.2017-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli ******* seriyalı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışdan məlum olur ki, ünvan 5-də yerləşən 0.05 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu X5 05 iyun 2006-cı il tarixli 214 saylı qərarına əsasən, Ağdaş rayon Pirəzə kənd sakinəsi Cavabdeh və Ağdaş şəhəri XDS İK-nın 3 sentyabr 1990-cı il tarixli 12 saylı qərarı ilə şəhərin 42-ci məhəlləsində (Ləki arxı ilə Bakı-Qazax avtomaşın yolu şimalında) həyətyanı torpaq sahəsi ayrılmış X2 torpaqda heç bir tikinti işi apara bilmədiyi, torpaqdan istifadə edə bilmədiyi, həmçinin razılığı haqda ərizəsi nəzərə alınaraq həmin 20.0 m x 25.0m=500.0 kv metr ölçüdə (135 saylı yer) torpaq sahəsi ev tikintisi üçün Cavabdeh adına qeydiyyata alınması və tapşırılsın vətəndaş Cavabdeh müvafiq vergi qanunverciliyinə, torpağın sxematik planına, akt tələblərinə əməl etməklə fəaliyyət göstərməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X7 S.S.Paşayev tərəfindən verilmiş 2006-cı il tarixli aktdan məlum olur ki, Ağdaş rayonu Pirəzə kənd sakinəsi Cavabdeh ərizəsi əsasında yaradılmış komissiya vasitəsilə torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmudur ki, Torpaq sahəsi Ağdaş şəhər XDS İK-nın 3 sentyabr 1990-cı il tarixli 12 saylı qərarı ilə şəhərin 42-ci məhəlləsindən X4 ayrılmış həyətyanl torpaq ərazisidir. M.İslamovun həmin torpaqda heç bir tikinti işi apara bilmədiyi, həmçinin razılığı haqda ərizəsi nəzərə alınaraq həmin 20.0m x25.0 ölçüdə (135 saylı yer) torpaq sahəsinin ev tikintisi üçün Cavabdeh adına qeydiyyata alınması məqsədəuyğun hesab edilir. Torpaqdan istifadə edərkən qonşu torpaq mülkiyyətçilərinin mənafeyi nəzərə alınmaqla ekologiya və ətraf mühitin mühafizəsi təmin olunmalıdır. Tapşırılsın vətəndaş Cavabdeh torpağın sxematik planına, akt, rəy tələblərinə və aidiyyatı rayon təşkilatlarının, o cümlədən Ağdaş RİH başçısının Tikinti və Memarlıq şöbəsinin qanuni tələblərinə əməl etməklə tikinti işinə başlansın. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş 27.08.2021-ci il tarixli 202 saylı məktubdan məlum olur ki, X8 şəhəri üzrə vətəndaşlarının əmlak və torpaq vergilərinin 33 nömərli şəxsi hesab kitabının 5166-cı səhifəsində ünvan 4 ünvanda 03.07.2006-cı il tarixdən Cavabdeh adına 0.05 (500 kv) ha həyətyanı torpaq sahəsi, 2015-ci ildən isə Bələdiyyənin təşkil etdiyi komissiya tərəfindən həmin həyətə baxış keçirilib həyətdə Cavabdeh həyətində 115 kv (bir yüz pon beş) yaşadığı fərdi yaşayış evi Bələdiyyədə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən Bələdiyyədə 2006-cı ildən qeydiyyatda alınmış 500 kv metr həyətyanı torpaq sahəsi 2015-ci il tarixdən həmin torpaq sahəsində tikilmiş 115 kv (bir yüz on beş) əmlak pulunu Ağdaş Bələdiyyəsinin hesabına vergi pullarını Cavabdeh tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli 2(014)-1256/2021 saylı qərardadan məlum olur, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi” tələbi ilə bağlı qarşılıqlı iddiasına dair mülki işin düzgün və obyektiv həll edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli 10/6070 saylı ekspert rəyindən məlum olur ki, Torpaq sahəsinin konfiqurasiyası, tiklinin torpaq sahəsində yerləşmə vəziyyətini və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinə əsasən İddiaçı məxsus həyətyanı torpaq sahəsi üzərində tikilmiş yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, evi 4.5 metr ölçüdə yolun texniki cəhətdən ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. İddiaçı məxsus həyətyanı torpaq sahəsi üzərində tikilmiş yaşayış evinə gedoş-gəliş üçün uzunluğu 2 metr, evi 4.5 metr ölçüdə yolun texniki cəhətdən ayrılmasının mümkün olacağı təqdirdə torpaq sahəsindən istifadədə hansı maneələrin yaradıb-yaratmaması subyektiv faktorlardan asılı olmaqla hüquqi xarakteri olduğu üçün bu sual üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1.-ci madəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4.–ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238-ci maddəsinə əsasən Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin məcəllənin 240-ci maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Beləliklə məhkəmədə aydın oldu ki, ilkin iddia üzrə Cavabdeh tərəfindən ilkin İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində tikdirdiyi ev özbaşına tikilidir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi, ilkin iddia tələbi təmin edildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara yuxarıda sadalan hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 5 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində tikdirdiyi ev özbaşına tikili olduğundan sökülməlidir. Qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tələb olunmadığına görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213,216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən ünvan 5 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində tikdirdiyi özbaşına tikili sökülsün. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci ilkin iddia üzrə Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar