Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-310/2024 18.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “4147,20 manat borcun və 61,48 manat dövlət rüsununun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçınun ilkin iddia üzrə Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş rayonu, Maşad kəndində yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh İB-nın X5 İstismar İdarəsinin əməkdaşları bir müddət sonra yaşayış evi üçün quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və o, evdə olmaya-olmaya onun ünvanına gələrək sayğacını açıb götürmüş və yerinə başqa sayğac qoymuşlar. Bundan sonra sayğacın dövlət yoxlamasından keçməsi üçün növbədənkənar olaraq İTRİ-nin Qazservisinformatika departamentinə göndərilmiş və sayğaca tərəfindən müdaxilə (tamamilə doğru deyil) olunduğu üçün sayğacın dəyərinin (4147,20) manat ödənilməsi tələb edilmişdir. Yaşadığı ünvanda təbii olaraq təbii qazdan istifadə edir və qurlaşdırılmış sayğaca əsasən sərf etdiyi təbii qazın dəyərini ödəyir. Aylıq sərf etdiyi təbii qaza görə ödənişlərini gecikdirmir. Hesab edir ki, Cavabdeh İB-nın X5 İstismar İdarəsinin ******* saylı təqdim etdiyi akt və onun adına hesablanmış 4147,20 manat borc qanunsuzdur. Göründüyü kimi cavabdeh orqan Cavabdeh İB-nın X5 İstismar İdarəsinin əməkdaşları onlara verilmiş hüquqlardan suiistifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, bu da yolverilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hesab edir ki, həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh İB-nin X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 4147,20 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “4147,20 manat borcun və 61,48 manat dövlət rüsununun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınun iddia tələbi əsassız olduğundan ilkin iddia rədd edilməli və aşağıdakılara görə Cavabdeh qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, "Azəriqaz" İB-nin Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Maşad kəndində istehlakçı X2 məxsus mənzildə 4xx-xx-2019 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. İddiaçı X1 iddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə **********03500 saylı qaz hesabında 4147,20 manat həcmindəki borc onun yaşadığı ünvanda yerləşən mənzildə istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 14 fevral 2023-cü il tarixdə iddiaçı X1 yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 fevral 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan Zaqatala RQİİnin 17 fevral 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 34560 m3 (və ya 4147,20 manat) həcmində müəyyən edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, 2015-ci ilədək təbii qazdan və işiqdan istifadəyə görə pul vermirdilər. Lakin sonradan yaşadıqları mənzil qazdan istifadəyə görə sayğacla təmin olundu onlar təbii qazdan istifadəyə görə yarnamış borcu ödəyə bilmədikləri üçün odun peçindən istifadə etdilər. O, evdə olmadığı zaman Cavabdeh əməkdaşları gəlib sayğaca baxış keçirmişlər və sayğacı sayğaca baxış zamanı təbii qazdan qeyri qanuni istifadə edilməsinə dair kənar xətt aşkar etmişlər. Sözügedən sayğac isə evin divarında olmuşdur. O, Cavabdeh İB-nin əməkdaşlarına sayğacı açaraq evindən kənarda, yəni küçədə quraşdırılmasını bildirsə də, sayğacı çıxartmamışlar. Onun Cavabdeh İB-yə borcu yoxdur. Onun abonent koduna hesablanmış borc əsassız borcdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə qarşılıqlı iddiada göstərilənlərə uyğun izahat verərək bildirdi ki, İddiaçı yaşadığı ünvan təbii qazdan istifadəyə görə sayğacla təmin edilmişdir. 14 fevral 2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxı keçirilmiş və baxış zamanı təbii qazdan qeyri-qanuni istifadə edilməsi üçün kənar xətt aşkar edilmiş və buna görə də 14 fevral 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Təbii qazdan qeyri qanuni istifadəyə görə abonentə 4147,20manat məbləğində borc hesablanmışdır. Odur ki, qeyd olunanları nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia tələbi qismən edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 14 fevral 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni edilməsi aşkar edilmişdir. İşin materiallarında olan Cavabdeh 17 fevral 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş şəhəri, Maşad küçəsində yerləşən istehlakçı İddiaçı yaşadığı mənzilə 14 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq ümumilikdə 34560 m3 borc hesablanmışdır. İşin materiallarında olan 06 dekabr 2023-cü il tarixli, **********03500 saylı abonentin saldosundan görünür ki, abonent İddiaçı abonent koduna 2023-cü ilin fevral ayına qədər qalıq və aktar üzrə 4147,20 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İB-nin Zaqatala RQİİnin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 2023-cü ilin fevral ayında İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış zamanı qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunmuş və aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 fevral 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Bu qərar istənilən şəxs tərəfindən yerinə yetirilmədikdə müvafiq icra hakimiyyəti orqanı onun vəsaiti hesabına qərarın və ya müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndlərinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və 14 fevral 2023-cü il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 360 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən akt əsasında dəymiş zərərin 360 gün üçün hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur Məhkəmə hesab edir ki, müvafiq yoxlamanı Cavabdeh İB hər ay keçirməli olduğundan dəymiş zərərin məbləği 30 gün üçün hesablanmalı idi. Buna görə də akt əsasında hesablanmış məbləğ 30 gün üçün əsaslı olmaqla, qalan hissədə əsassız hesablanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, akt əsasında İddiaçınun **********03500 nömrəli abonent koduna yazılmış borc şişirdilmişdir, belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddəti hər bir akt üzrə ayrı ayrılıqda 360 gün nəzərdə tutularaq tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə mütənasib deyildir. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh İB-nin X5 İstismar İdarəsi tərəfindən 14 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı **********03500 saylı abonent koduna yazılmış 3801,60 (üç min səkkiz yüz bir manat, altmış qəpik) manat borc silinməli, ilkin iddia üzrə iddiaçının ödəməkdən azad edildiyi 58,02 (əlli səkkiz manat, iki qəpik) manat dövlət rüsumu ilkin iddia tələbi üzrə Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamandan məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 345,60 (üç yüz qırx beş manat altmış qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh İB-nin X5 İstismar İdarəsi tərəfindən 14 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı **********03500 saylı abonent koduna yazılmış 3801,60 (üç min səkkiz yüz bir manat, altmış qəpik) manat borc silinsin. İlkin iddia üzrə iddiaçının ödəməkdən azad edildiyi 58,02 (əlli səkkiz manat, iki qəpik) manat dövlət rüsumu ilkin iddia tələbi üzrə Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 345,60 (üç yüz qırx beş manat altmış qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-310/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-310/2024
18.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver