Məhkəmə qərarları › İş №2(014)-314/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-314/2023

02.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-314/2023 02.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Qarayev Orxan Sərxan oğlunun katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxslər X30 və X31 qarşı “mirasın qəbul edilməsi” tələbinə dair mülki işə 02 may 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxslər X30 və X31 qarşı “mirasın qəbul edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 may 2001ci ildə Ağdaş şəhərində ölmüş X2nın ölümündən sonra ünvan 2 (keçmiş ünvan 1 ünvanında miras qalmış iki otaqdan ibarət fərdi yaşayış evinin tam hissə, həmin evin yerləşdiyi 0.0172 hektar həyətyanı torpaq sahəsindən mərhuma çatası 1/3 hissə payının miras əmlak kimi tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum nənəsi X1, yəni 11 sentyabr 1997-ci il tarixdə Ağdaş rayon Notariat kontorunda reyestrdə 2V-01-195 nömrə ilə qeydiyyata alınmış və notariat qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə özünə məxsus olan Ağdaş şəhəri Azadlıq küçəsi mənzil 12, ev 25-də (Hazırda ünvan 2) yerləşən iki otaqlı evini, o cümlədən bütün əmlakını nəvəsi, yəni İddiaçı Cümçüd oğluna vəsiyyət etmişdir. Həmin fərdi yaşayış evi tam və yerləşdiyi 0.0172 hektar yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmış, bu barədə X2nın adına **********27-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mərhum nənəsinin mərhum X13, anası X30, X3 ibarət 3 nəfər övladları olmuşdur. Üçüncü şəxs olan anası X30 xx.xx.1973-cü ildə X32 ilə rəsmi nikah qeyd etdirərək evlənmişdir. Nikah bağlandıqdan sonra “Həmidova” soyadını qəbul etmişdir. Cavabdeh olan xalası Cavabdeh1 xx.xx.1975-ci ildə X5 ilə rəsmi nikah qeyd etdirərək evlənmişdir. Nikah bağlandıqdan sonra “Zaməddinova” soyadını qəbul etmişdir. Övladlığa götürmə haqqında şəhadətnaməyə əsasən vərəsələrdən Cavabdeh2 mərhum X2 tərəfindən övladlığa götürülmüşdür. X13 xx.xx.1996-cı il tarixdə Ağdaş şəhərində vəfat etmişdir. Onun ölümündən sonra arvadı X6 və oğlu X19 ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışdır. X2 25 may 2001-ci il tarixdə Ağdaş şəhərində vəfat etmişdir. O ölən günədək Ağdaş şəhəri H.Əliyev prospekti 12/29 nömrəli yaşayış evində dayısı arvadı X26 ilə birgə yaşamışdır. Onun ölən günə nəvəsi X19 (atası öldüyünə görə), anası X30, xalası Cavabdeh1 və oğlu Cavabdeh2 ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışdır. Nənəsi ölən gündən onun dəfn və yas mərasimini özü təşkil etmişdir. O ölən gündən ondan ünvan 2 ünvanında miras qalmış əmlakı, yəni iki otaqdan ibarət fərdi yaşayış evini tam, 0.0172 hektar həyətyanı torpaq sahəsindən mərhum nənəsinə çatası 1/3 hissəsini faktiki olaraq qəbul edərək həmin əmlakı idarə və istifadə etməyə başlamışdır. Üçüncü şəxslər X30 və X42 miras əmlakla maraqlanmamış, həmin miras əmlakdan vəsiyyətnamə olduğundan onlara çatası məcburi paylarından nənəsi ölən gündən onun xeyrinə imtina etmişlər. Digər vərəsələr olan cavabdehlər mirasın açılmasından sonra mirasdan pay istəmələri ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada və müddətdə notariat orqanına rəsmi ərizə ilə müraciət etməmiş, həmçinin ötən müddətdə ümumiyyətlə mirasla əlaqədar hər hansı iddiada olmamışlar. Bununla da onlar qanunla müəyyən edilmiş müddətdə mərhum nənəsindən miras qalmış, nənəsinin sağlığında əmlaklarını ona vəsiyyət etdiyindən onlara çatası məcburi paylarını qəbul etmək hüququndan istifadə etməmişlər.Üçüncü şəxslər miras əmlakın onun tərəfindən qəbul edildiyini etiraf və təsdiq edirlər. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və X20 mərhum nənəsinin ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə və qaydada vəsiyyətnamə nəzərə alınmaqla mərhum nənəsindən miras əmlakdan onlara çatası məcburi paylarını əldə etmək üçün aidiyyati üzrə müraciət etməməklə onlar həmin məcburi payı qəbul etmək hüququndan istifadə etməmişlər. O isə həmin mirası faktiki olaraq qəbul edərək, yəni həmin miras əmlaka faktiki olaraq sahiblik etmək və əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. O mərhum nənəsinin ölümündən sonra ondan miras qalmış yuxarıda qeyd etdiyi əmlakı həm vəsiyyətnamə, ən əsası isə həm də faktiki qəbul etdiyindən vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayon notariat ofisinə müraciət edərkən, cavabdehlər miras əmlakın qəbulu ilə əlaqədar mübahisə yaratdıqlarına görə notaiat ofisində vərəsəlik işinin açılması mümkün olmamışdır və ona mübahisəyə baxılması üçün müvafiq iddia ərizəsi ilə aidiyyati üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də o cavabdehlərə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə icalsında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, əvvəllər iddiaçı ilə razılaşmışdırlar, lakin sonradan iddiaçı onlara pay verməmişdir. Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X30 və X31 məhkəmənin yeri və vaxtı barədə qabaqcadan lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunsun. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli 03/0025 saylı arayışdan məlum olur ki, X4 xx.xx.2021-ci il tarixli ********** saylı ərizəsinə və xx.xx.2021-ci il tarixli ********** saylı müqaviləyə əsasən ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən, mülkiyyətində olan fərdi yaşayış evi üçün qiymətləndirmə işi aparılmışdır. Daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlərə əsasən ərizəçinin payına düşən hissəsinin (yaşayış evi (tam) ) xx.xx.2021-ci il tarixinə bazar dəyəri 6.600 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 822 saylı məktubdan məlum olur ki, mirasın bölgüsündə A.Qaqaşovanın məcburi pay almaq hüququ olan digər vərəsələri ilə aralarında mübahisə mövcuddur. Qeyd olunanlara əsasən mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyetsri kitabının 33 nömrəli vərəqində X17, X21 və X27 adına qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2370-1 saylı arayışdan məlum olur ki, X17 vəfat etdiyi günədək Ağdaş şəhər H.Əliyev prospekti 12/29 saylı evdə yaşamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2370-2 saylı arayışdan məlum olur ki, mərhum X26 qaynanası mərhum X17 ilə Ağdaş şəhər H.Əliyev pr 12/29 saylı evdə birgə yaşamışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1441 saylı arayışın surətindən məlum olur ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1918-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş X4 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sesitemində həmin şəxsə dair yoxlama xx.xx.2022-cilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. Oğlu:X41, qızı: X30, qızı: Cavabdeh1 və oğlu: Cavabdeh2. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2370-3 saylı arayışdan məlum olur ki, X18 anası X17 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Mərhumun aşağıdakı varisləri vardır. Oğlu:X41, qızı: X30, qızı: Cavabdeh1 və oğlu: Cavabdeh2. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 sentyabr 1997-ci il tarixli vəsiyatnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ağdaş şəhər Azadlıq küçəsi mənzil 12 ev 25-də yaşayan X17 öldüyü gün ona mxəsus olan Ağdaş şəhər Azadlıq küçəsi mənzil 12 ev 25-də yerləşən iki otaqlı evini, o cümlədən bütün əmlakını nəvəsi X28 vəsiyyət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1887 saylı arayışdan məlum olur ki, X33 xx.xx.1950-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. X7, anası X9r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Güvəkənd kənd soveti tərəfindən verilmiş 28 may 1975-ci il traixli A3 302318 saylı evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X5 ilə X22 nikahlarını xx.xx.1975-ci il tarixdə bağlamışlar. Nikahdan sonra ərə Zaməddinov, arvada Zaməddinova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 12 iyun 1972-ci il tarixli A3 218696 saylı evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X32 ilə X35 nikahlarını 12.iyun 1973-cü il tarixdə bağlamışlar. Nikahdan sonra ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 28 iyul 2001-ci il tarixli AZ-038746 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X17 25 may 2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 31 may 1979-cu il tarixli Vİ-ЖГ 376092 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı Çümşüd oğlu xx xxx 1979-cu il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X8, anası X23r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 27 fevral 1996-ci il tarixli İV- ЖГ 443630 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X43 13 fevral 1996-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Güvəkənd kənd İ/N tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-T 215259 saylı doğum haqqında şəhdadətnamənin surətindən məlum olur ki, Cavabdeh2 xx.xx.1982-ci il tarixdə Ağdaş rayonu, Dovudlu kəndində anadan olmuşdur. Atası X5, anası X10r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbsəi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ012415 saylı övladlığa götürmə haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh2 xx.xx.1982-ci il tarixdə Ağdaş rayon Dovudlu kəndində anadan olmuş və vətəndaş X17 onu övladlığa götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 50 saylı Cavabdeh2 ünvanlanmış məktubdan məlum olur ki, mirasın bölgüsündə vəsiyyət üzrə vərəsə İddiaçı ilə aranızda mübahisə mövcuddur. Buna əsasən mirasın bölüşdürlməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1506 saylı doğum haqqında şəhdadətnamənin surətindən məlum olur ki, X33 xx.xx.1950-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. X7, anası X11r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Güvəkənd kənd İ/N tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli XX-ЖГ 412993 saylı doğum haqqında şəhdadətnamənin surətindən məlum olur ki, Cavabdeh2 xx.xx.1982-ci il tarixdə Ağdaş rayonu, Dovudlu kəndində anadan olmuşdur. Atası X5, anası X10r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/09İS/009347-22 saylı arayışın surətindən məlum olur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X14 aid xx.xx.2022-ci il ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Əri: X43, oğlu: X42. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ 918774 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X24 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-T 042439 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X42 xx.xx.1994-cü ildə Ağdaş şəhərindən anadan olmuşdur. X16, anası X15r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Dövlət Notariat arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-5262/10 saylı məktubdan məlum olur ki, Ağdaş rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2001-2010-cu illərə dair vərəsəlik işlərnə baxış keçirilərkən X4 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Qeyd olunan vəsiyyatnamənin xx.xx.2022-ci ildək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh2 tərəfindən notariat ofisinə xx.xx.2023-cü il tarixdə verilmiş ərizənin surətindən məlum olur ki, xx.xx.2001-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev pr 12/29 ünvanında yaşayan anası X17 vəfat etmişdir. Miras əmlak olaraq-xx.xx.2021-ci il tarixli **********27 – 10301 reyetr nömrəli ********** qeydiyyat nömrəli, (kitab 32, vərəq 33) Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyetsrindən elektron çıxarışa əsasən xüsusi mülkiyyət üzrə anası X12 məxsus olan Ağdaş şəhəri Heydər Əliyev pr 12-ci dalan, ev 29 ünavnında yerləşən ümumi sahəsi 59.7 kv/m fərdi yaşayış evi qalmışdır.Ondan başqa vərəsələri vardır. X29 qızı, qızı- Cavabdeh1, oğlunun oğlu-X42, qızının oğlu-İddiaçı.Digər vərəsələrdən vəsiyyətnamə üzrə İddiaçı ilə aralarında əmlakın bölgüsün dair mübahisə mövcuddur. Göstərilən əmlakdaka daiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli 50 saylı məktubdan məlum olur ki, mirasın bölgüsündə vəsiyyət üzrə vərəsə İddiaçı ilə digərləri arasında mübahisə mövcuddur. Mirasın bölüşdürlməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Həmin Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə tərəflərin miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı ərizəçinin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X17 iddiaçının nənəsidir. Miras qoyan 25 may 2001-ci il tarixdə Ağdaş şəhərində ölmüşdür. X17 11 sentyabr 1997-ci il tarixdə Ağdaş rayon Notariat konturunda 2V-01-195 nömrə ilə qeydiyyata alınmış və votariat qaydada təsdiq edilmiş vəsiyyatnamə ilə ölümündən sonra ondan qalan ünvan 5 ünvanda yerləşən 2 otaqlı evi və bütün əmlakını nəvəsi-İddiaçıa miras qoymuşdur. Məhkəmə hesab edir ki, miras qoyan şəxs X17 25 may 2001-ci ildə vəfat vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək Məlik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları qanun üzrə ikinci növbə vərəsələr bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X17 25 may 2001-ci il tarixdə vəfat etdiyindən həmin günlər mirasın açıldığı vaxt sayılır. Miras qoyan Ağdaş şəhərində daimi yaşadığından və daşınmaz əmlak Ağdaş şəhəri ərazisində yerləşdiyindən mirasın açıldığı yer Ağdaş şəhəridir. Miras əmlaka X17 öldüyü məqamadək malik olduğu ünvan 2 saylı mənzil daxildir. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlak, yəni Ağdaş şəhəri H.Əliyev prospekti, 12-ci dalan, ev 29 saylı mənzil mirasqoyan X4 xüsusi mülkiyyətində olmuşdur və onun adına rəsmiləşdirilmişdir. Mirasqoyanın ölümündən sonra X19 (atası öldüyünə görə), X30, Cavabdeh1 və Cavabdeh2 ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışdır. Mirasqoyan ölən gündən ondan Ağdaş şəhəri, H.Əliyev prospekti, 12-ci dalan, ev 29 ünvanında miras qalmış əmlakı, yəni iki otaqdan ibarət fərdi yaşayış evini tam, 0.0172 hektar həyətyanı torpaq sahəsindən mərhum X12 çatası 1/3 hissəsini İddiaçı faktiki olaraq qəbul edərək həmin əmlakı idarə və istifadə etməyə başlamışdır. Lakin iddiaçı mirasın açılması ilə əlaqədar aidiyyati üzrə Ağdaş rayon Notariat ofisinə müraciət etsə də, mirasqoyanın növbəlik üzrə digər vərəsələri ilə aralarında mübahisə mövcud olduğundan, vərəsəlik işinin açılması qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermək mükün olmamış və mirasın qəbul edilməsinin müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar). Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qanuni əsası olduğundan təmin edilməli, 25 may 2001-ci ildə vəfat etmiş X4 vəfatından sonra ondan miras olaraq qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti, 12-ci dalan, ev 29 (keçmiş ünvan 6 ünvanında miras qalmış iki otaqdan ibarət fərdi yaşayış evinin tam hissə, həmin evin yerləşdiyi 0.0172 hektar həyətyanı torpaq sahəsindən mərhuma çatası 1/3 hissə payının miras əmlak onun tərəfindən qəbul olunması müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 25 may 2001-ci ildə vəfat etmiş X4 vəfatından sonra ondan miras olaraq qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti, 12-ci dalan, ev 29 (keçmiş ünvan 6 ünvanında miras qalmış iki otaqdan ibarət fərdi yaşayış evinin tam hissə, həmin evin yerləşdiyi 0.0172 hektar həyətyanı torpaq sahəsindən mərhuma çatası 1/3 hissə payının iddiaçı tərəfindən qəbul olunması müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya аid еdilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar