Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-316/2023 28.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçilər Ərizəçi1 və Nəcəfova (Hüseynova) Aynurə Müseyib qızının iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X11, Nəcəfova (Hüseynova) Aynurə Müseyib qızı, Ərizəçi4, Nəcəfova (Əzizova) Günay Müseyib qızı, Nəcəfova (Ələskərova) Aysel Müseyib qızı və Ərizəçi6 maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dаir işə 28 fevral 2023-cü il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X11, Nəcəfova (Hüseynova) Aynurə Müseyib qızı, Ərizəçi4, Nəcəfova (Əzizova) Günay Müseyib qızı, Nəcəfova (Ələskərova) Aysel Müseyib qızı və Ərizəçi6 maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə X12, Nəsibova İradə qızı qızı, X13, X23, X24, X25, X26 və X9 adına verilmiş Ağdaş rayonu Qəribli kəndində yerləşən 1.52 ha torpaq sahəsinə aid JN-193, KOD 90300038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə X12, X50, X13, X23, X24, X25, X26 və X9 adına verilmiş Ağdaş rayonu Qəribli kəndində yerləşən 0.26 ha torpaq sahəsinə aid JN-100F, KOD 90303038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənın və Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə X12, X50, X13, X23, X24, X25, X26 və X9 adına verilmiş Ağdaş rayonu Qəribli kəndində yerləşən 0.30 ha torpaq sahəsinə aid JN-100A, KOD 90303038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənın Ərizəçi1, Ərizəçi2, X11, Nəcəfova (Hüseynova) Aynurə Müseyib qızı, Ərizəçi4, Nəcəfova (Əzizova) Günay Müseyib qızı, Nəcəfova (Ələskərova) Aysel Müseyib qızı və Ərizəçi6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə Ağdaş rayonunun Qəribli kəndində JN-118 KOD 90303028 torpağa mülkiyyət hüququna dair “ Dövlət Aktı”na əsasən 1.52 ha torpaq sahəsi verilmişdir. Həmin “Dövlət Aktı” əsasında AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək çıxarış almaq istəyən zaman məlum oldu ki, Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının adlı siyahısında Ərizəçi1 soy adı səhvən X12, Ərizəçi2 soy adı və adı səhvən Nəsibova İradə qızı qızı, X1 səhvən X13, X2 və adı səhvən X23, Ərizəçi4 soyadı və adı səhvən X24, X3 səhvən X25, X4 səhvən X26 və Ərizəçi6 soyadı səhvən X36 qeyd edilmişdir. Bundan başqa Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə Ağdaş rayonunun Qəribli kəndində JN-100F KOD 90303028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.26 ha torpaq sahəsi verilmişdir. Həmin məsələləri AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək çıxarış almaq istəyən zaman məlum oldu ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin adlı siyahısında Ərizəçi1 soy adı səhvən X12, Ərizəçi2 soy adı və adı səhvən X50, X1 səhvən X13, X2 və adı səhvən X23, Ərizəçi4 soyadı və adı səhvən X24, X3 səhvən X25, X4 səhvən X26 və Ərizəçi6 soyadı səhvən X36 qeyd edilmişdir. Bundan başqa Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə Ağdaş rayonunun Qəribli kəndində JN-100A KOD 90303028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.30 ha torpaq sahəsi verilmişdir. Həmin məsələləri AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək çıxarış almaq istəyən zaman məlum oldu ki, Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin adlı siyahısında Ərizəçi1 soy adı səhvən X12, Ərizəçi2 soy adı və adı səhvən X50, X1 səhvən X13, X2 və adı səhvən X23, Ərizəçi4 soyadı və adı səhvən X24, X3 səhvən X25, X4 səhvən X26 və Ərizəçi6 soyadı səhvən X36 qeyd edilmişdir. Belə ki, AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə JN-118 KOD 90303028 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına, JN-100F KOD 90303028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə və JN-100A KOD 90303028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə düzəliş edilməsindən ötrü müraciət etsə də, bundan imtina edilmişdir. Hesab edir ki, “Dövlət Aktı”nda və “Şəhadətnamə”də qeyd edilən yanlışlıqlara düzəliş edilməlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi Nəcəfova (Hüseynova) Aynurə Müseyib qızı Ərizəçi1 izahatına uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı orqan AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinə və ərizəçilər Ərizəçi2, X11, Ərizəçi4, Nəcəfova (Əzizova) Günay Müseyib qızı, Nəcəfova (Ələskərova) Aysel Müseyib qızı və Ərizəçi6 məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı orqan və ərizəçilər məhkəmə iclаsınа gəlməmiş, gəlməmələrinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnların iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdirlər. Məhkəmə maraqlı orqan nümayəndəsinin və ərizəçilərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş Nemətabad kənd soveti tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli V-ЖГ ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X14 xx.xx.1978-ci il tarixdə Ağdaş rayon Qəribli kəndində anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA******* seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1946-cı ildə anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ bürosu tərəfindən verilmiş A3 ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1946-ci il tarixdə Ağdaş rayon Qəribli kəndində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi2 XX.XX.1953-ci il tarixdə Ağdaş rayon Qəribli kəndində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Nemətabad kənd soveti tərəfindən verilmiş 08 yanvar 1975-ci il tarixli A3 218896 saylı evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi1 ilə Ərizəçi2 arasında 8 yanvar 1975-ci il tarixdə evlənmişlər. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi3 xx.xx.1978-cı ildə anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİ 182541 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X27 ilə X15 nikahlarını xx.xx.2017-ci il tarixdə bağlamışlar. Nikahdan sonra ərə Hüseynov arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Səyyar ASAN9 tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli AZE 15763749 seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, X16 xx.xx.1981-ci il tarixdə Ağdaş rayon Qəribli kəndində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİ 282105 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X16 ilə X17 nikahlarını xx.xx.2018-ci il tarixdə bağlamışlar. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi4 xx.xx.1984-cı ildə anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş Nemətabad kənd soveti tərəfindən verilmiş X-ЖГ 234430 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi4 Museyib qızı xx.xx.1984-ci il tarixdə Ağdaş rayon Qəribli kəndində anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA4492655 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X37 xx.xx.1987-cı ildə anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş Nemətabad kənd soveti tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli Xİİ-ЖГ 295803 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X28 xx.xx.1987-ci il tarixdə Ağdaş rayon Qəribli kəndində anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qəribli kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İ 389029 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X51 ilə X29 nikahlarını xx.xx.2008-ci il tarixdə bağlamışlar. Nikahdan sonra ərə Əzizov, arvada Əzizova soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA******* seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi5 xx.xx.1990-cı ildə anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Nemətabad kənd XDS icraiyyə komitəsi tərəfindən verilmiş xx.xx.1990-ci il tarixli XV-ЖГ 275973 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X30 xx.xx.1990-ci il tarixdə Ağdaş rayon Qəribli kəndində anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Mingəçevir regional “ASAN dixmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ- İİ 418450 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X38 ilə X31 nikahlarını xx.xx.2021-ci il tarixdə bağlamışlar. Nikahdan sonra ərə Ələskərov, arvada Ələskərova soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli AZ-İ 435939 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi6 xx.xx.1996-ci il tarixdə Ağdaş rayon Qəribli kəndində anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qəribli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli 187 saylı arayışdan məlum olur ki, Ərizəçi1 JN 118 KOD 90303028 nömrəli dövlət aktında ad, soyad yazılışında texniki səhv vardır. Şəxsiyyət vəsiqəsinə əsasən X18 olmalıdır Ərizəçi1. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ 490073 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi6 ilə X39 nikahlarını xx.xx.2022-ci il tarixdə bağlamışlar. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********79 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu Qəribli kəndində yerləşən 1.52 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-118 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına, 0.3 ha və 0.26 ha həyətyanı torpaq sahələrinə daiir JN-100A və JN-100F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə düzəlişin olunmasına köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş Ağdaş rayonu Qəribli kəndində yerləşən 1.52 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-118 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına, 0.3 ha və 0.26 ha həyətyanı torpaq sahələrinə daiir JN-100A və JN-100F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə hər hansı bir düzəliş edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən 28 fevral 1998-cı il tarixli 05 saylı torpağa mülkiyyət hüququna dair JN:118 saylı (kod ********) dövlət aktına əsasən X18, Nəsibova İradə qızı qızı, X19, X32, X33, X34, X35 və X20 Ağdaş rayon Qəribli kəndində 1.52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən 28 fevral 1998-cı il tarixli 05 saylı torpağın mülkiyyətə verilməsinə dair JN:100A saylı (kod ********) şəhadətnaməyə əsasən X12, X50, X13, X23, X24, X25, X26 və X21 Ağdaş rayon Qəribli kəndində 0.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən 28 fevral 1998-cı il tarixli 05 saylı torpağın mülkiyyətə verilməsinə dair JN:100F saylı (kod ********) şəhadətnaməyə əsasən X12, X50, X13, X23, X24, X25, X26 və X21 Ağdaş rayon Qəribli kəndində 0.26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1998-cı il tarixli 05 saylı qərar ilə “Torpağa mülkiyyət hüququna dair” JN:118 saylı (kod ********) dövlət aktına əsasən X18, Nəsibova İradə qızı qızı, X19, X32, X33, X34, X35 və X20 Ağdaş rayon Qəribli kəndində 1.52 hektar həyətyanı torpaq sahəsi, --Ağdaş rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1998-cı il tarixli 05 saylı qərar ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN:100A saylı (kod ********) şəhadətnaməyə əsasən X12, X50, X13, X23, X24, X25, X26 və X21 Ağdaş rayon Qəribli kəndində 0.30 hektar həyətyanı torpaq sahəsi və Ağdaş rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1998-cı il tarixli 05 saylı qərar ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN:100F saylı (kod ********) şəhadətnaməyə əsasən X12, X50, X13, X23, X24, X25, X26 və X21 Ağdaş rayon Qəribli kəndində 0.26 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında və şəhadətnamələrdə səhvə yol verilərək X22 əvəzinə səhvən X12, Ərizəçi2 əvəzinə səhvən X50, X11 əvəzinə səhvən X13, Nəcəfova (Hüseynova) Aynurə Müseyib qızı əvəzinə səhvən X23, Ərizəçi4 əvəzinə səhvən X24, Nəcəfova (Əzizova) Günay Müseyib qızı əvəzinə səhvən X25, Nəcəfova (Ələskərova) Aysel Müseyib qızı əvəzinə səhvən X26 və Ərizəçi6 əvəzinə səhvən X36 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X18, Nəsibova İradə qızı qızı, X19, X32, X33, X34, X35 və X10 mülkiyyətinə verilmiş Ağdaş rayon Qəribli kəndində yerləşən 1.52 ha həyətyanı torpaq sahəsinə dair JN:118 saylı KOD 90303028 saylı dövlət aktının, X12, X50, X13, X23, X24, X25, X26 və X9 mülkiyyətinə verilmiş Ağdaş rayon Qəribli kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinə dair JN:100F saylı KOD 90303028 saylı şəhadətnamənin, X12, X50, X13, X23, X24, X25, X26 və X9 mülkiyyətinə verilmiş Ağdaş rayon Qəribli kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsinə dair JN:100A saylı KOD 90303028 saylı şəhadətnamənin, Ərizəçi1, Ərizəçi2, X16, Nəcəfova (Hüseynova) Aynurə Müseyib qızı, Ərizəçi4, Nəcəfova (Əzizova) Günay Müseyib qızı, Nəcəfova (Ələskərova) Aysel Müseyib qızı və Ərizəçi6 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-316/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-316/2023
28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver