Məhkəmə qərarları › İş №2(014)-317/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-317/2023

08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-317/2023 08.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, ailələrinə Ağdaş rayonu, Mürsəl kəndində JN-259, KOD 90319038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 5.82 ha torpaq sahəsi verilmişdir. Həmin akt əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Çıxarış almaq istəyərkən məlum olmuşdur ki, torpağa mülkiyyət hüququna dair Dövlət Aktının adlı siyahısında Ərizəçi1 soyadının son hərifi və cinsi səhvən X22, Ərizəçi4 soyadı və atasının adı səhvən X16, Ərizəçi5 soyadı və atasının adı səhvən X17, Ərizəçi2 soyadı səhvən X18 və Ərizəçi3 soyadı və cinsi səhvən X1 qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsələr də həmin torpağa mülkiyyət hüququna dair Dövlət Aktına düzəliş edilməsindən imtina edilmişdir. Hesab edirlər ki, torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən yalnışlıqlara düzəliş edilməlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişlər. Buna görə də Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə JN-259, KOD 90319038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının adlı siyahısında X6, X3, X4, X5 və X2 adına verilmiş 5.82 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin xx.xx.2014-cü il tarixdə ölmüş X19, Ərizəçi1, Ərizəçi4, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi3 məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İşdə materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə Ərizəçi1 ünvanlanmış 28 noyabr 2022-ci il tarixli **********56 №-li məktubdan görünür ki, hüququmüəyyənedici sənədlərdə olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan doğum haqqında olan şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx xxxxx 1982-ci ildə doğulmuş X7 və 27 iyul 1985-ci ildə doğulmuş Ərizəçi3 ataları X8, anaları X9r. xx xxxx 1956-cı ildə doğulmuş Ərizəçi4 atası X23, anası X20r. xx xxx 1980-ci ildə doğulmuş Ərizəçi2 atası X24, anası X10r. 24 may 1995-ci ildə doğulmuş Ərizəçi5 atası X12, anası X11r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X26 19 iyul 2014-cü ildə ölmüşdür. İş materiallarında olan JN-259, KOD 90319038 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə 5.82 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X14 və ailə üzvləri X21, X25, X15, X13, X22, X16, X18 və X4 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə JN-259, KOD 90319038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının adlı siyahısında X6, X3, X4, X5 və X2 adına verilmiş 5.82 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin xx.xx.2014-cü il tarixdə ölmüş X19, Ərizəçi1, Ərizəçi4, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar