Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-319/2023 20.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və İsmayılova (Səmədova) Gülnur Firidun qızının maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və İsmayılova (Səmədova) Gülnur Firidun qızı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 01 saylı qararı ilə Ağdaş rayonu Pirəyir kəndində təsərüfat başçısı Maraqlı şəxs2 və onun ailə üzvülərinə J№-119A, KOD 90313038 torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”yə əsasən 0,40 ha torpaq sahəsi verilmişdir. Həmin "Şəhadətnamə” əsasında Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət edərək çıxarış alımağı istəyən zaman onlara məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair "Şəhadətnamə"nin 3-cü adlı siyahısında Ərizəçi1 adı və ata adı səhvən X5 və 4-cü adlı siyahısında X6 adı səhvən X3 qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində digər sənədlərdə onların adları Ərizəçi1 və X3 qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair "Şəhadətnamə”yə düzəliş edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də həmin şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. J№- 119A, KOD 90313038 torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə"də qeyd edilən yanlışlıqlara düzəliş edilməlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət edir. Ərizəçilər Ərizəçi1 və İsmayılova (Səmədova) Gülnur Firidun qızı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişlər ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 01 saylı qərarı ilə J№-119A, KOD 90313038 saylı torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə"yə əsasən X9 və X7 adına verilmiş 0,40 ha torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”nin Ərizəçi1 və İsmayılova (Səmədova) Gülnur Firidun qızına məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Həmin iş üzrə J№-119A, KOD 90313038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin adlı siyahısında adları qeyd edilən ailə üzvülərinin işə cəlb edilməsini zərurəti yaranmışdır. Ataları Maraqlı şəxs2 və anaları İsmayılova (Cavadova) Məhluqə Məhəmmədiyyə qızının iş üzrə maraqlı şəxs kimi cəlb edilməsi xahiş edilmişdir. Ərizəçilər Ərizəçi1 və İsmayılova (Səmədova) Gülnur Firidun qızı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişlər ki, Ağdaş rayon Aqrar islahat Komissiyasının xx.xx.2001-ci il tarixli 01 saylı qərarı ilə Ağdaş rayonu Pirəyir kəndində təsərüfat başçısı Maraqlı şəxs2 və onun ailə üzvlərinə J№-119A, KOD 90313038 torpağın mülkiyyətə verilməsinə dair "Şəhadətnamə”yə əsasən 0,40 ha torpaq sahəsi verilmişdir. Həmin “Şəhadətnamə” əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət edərək çıxarış alımağı istəyən zaman onlara məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair "Şəhadətnamə”nın 3-cü adlı siyahısında Ərizəçi1 adı və ata adı səhvən X5 və 4-cü adlı siyahısında X6 adı səhvən X3 qeyd edilmişdir. Belə ki, doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində digər sənədlərdə onların adları Ərizəçi1 və X3 qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”yə düzəliş edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etsə də həmin şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. J№-119A, KOD 90313038 torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə"də qeyd edilən yanlışlıqlara düzəliş edilməlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət edir. Odur ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 01 saylı qərarı ilə J№- 119A, KOD 90313038 saylı torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”yə əsasən Maraqlı şəxs2, İsmayılova (Cavadova) Məhluqə Məhəmmədiyyə qızının, X9 və X7 adına verilmiş 40 ha torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”'nin Maraqlı şəxs2, İsmayılova (Cavadova) Məhluqə Məhəmmədiyyə qızına, Ərizəçi1 və İsmayılova (Səmədova) Gülnur Firidun qızına məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və İsmayılova (Səmədova) Gülnur Firidun qızı izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadə verərək göstərdi ki, ərizəçilər onun qonşusudur. Ərizəçilərin ailə üzvlərinin adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədində ərizəçilərin adları və ata adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X21 da özündən əvvəl ifadə vermiş şahid X20 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-119A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs2, X4, X14 və X8 Ağdaş rayonunun Pirəyir kəndindən 0,40 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və koorperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********88 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş 26 sentyabr 2001-ci il tarixli, AZ-İ № 213865 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1996-ci il tarixdə Ağdaş rayonunun Pirəyir kəndində anadan olmuş, atası X15, anası isə Maraqlı şəxs3dır. İşin materiallarında olan Ağdaş rayon İHB-nın Maşaq kənd ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 1998-ci il tarixli, XX-JQ № 413896 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 Firidun qızı xx.xx.1998ci il tarixdə Ağdaş rayonunun Pirəyir kəndində anadan olmuş, atası X15, anası isə X2r. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1996-cı il tarixdə Ağdaş rayonunun Pirəyir kəndində anadan olmaqla, Ağdaş rayonunun Pirəyir kəndində qeydiyyatdadır. İşin materiallarında olan Asan Mingəçevir tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.1998-ci il tarixdə Ağdaş rayonunun Pirəyir kəndində anadan olmaqla, Ağdaş rayonunun Pirəyir kəndində qeydiyyatdadır. İşin materiallarında olan Mingəçevir regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli, AZ-İİ № 455310 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X22 ilə X10 xx.xx.2021-ci il tarixdə 739 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Səmədova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və İsmayılova (Səmədova) Gülnur Firidun qızının izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 və İsmayılova (Səmədova) Gülnur Firidun qızının soyadı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-119A saylı (kod ********) şəhadətnamədə texniki səhv olaraq Ərizəçi1 adı və ata adı “Eşqin Firdun oğlu” əvəzinə “Elçin Firidun oğlu” kimi və İsmayılova (Səmədova) Gülnur Firidun qızının adı “Gülnur” əvəzinə “Gülmir” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən soyadı onların şəxsiyyətlərini təsdiq edən sənəddəki soyadı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 18 yanvar 2001-ci il tarixli, 01 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN- 119A saylı (kod ********) şəhadətnamənin Maraqlı şəxs2, İsmayılova (Cavadova) Məhluqə Məhəmmədiyyə qızı, Ərizəçi1 və İsmayılova (Səmədova) Gülnur Firidun qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və İsmayılova (Səmədova) Gülnur Firidun qızının maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 18 yanvar 2001-ci il tarixli, 01 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-119A saylı (kod ********) şəhadətnamənin Maraqlı şəxs2, İsmayılova (Cavadova) Məhluqə Məhəmmədiyyə qızı, Ərizəçi1 və İsmayılova (Səmədova) Gülnur Firidun qızına məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-319/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-319/2023
20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver