Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-323/2021 09.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Cavabdeh İB-in nümayəndəsi V.Heydərovun iştirakı ilə İddiaçı Cavabdeh İB-ə qarşı təbii qazdan istifadəyə,sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun ləğvi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ə qarşı təbii qazdan istifadəyə,sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun ləğvi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-in X2 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən əsassız hesablanaraq onun abonent koduna vurulmuş 1101,60 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, 2020-ci ilin əvvəllərində həm sayğac köhnə olduğu üçün, həm də evə görə uyğunsuz yerdə olduğu üçün X4 Sahəsinin əməkdaşlarına xahiş edərək sayğacın özünü və yerini dəyişdirməyi tələb edir. Bir müddət sonra təxminən 2020-ci ilin aprel ayında X4 Sahəsinin əməkdaşları gələrək həm sayğacın özünü yenisi ilə əvəzlədilər, həm də yerini dəyişərək evə daha münasib yerə qoydular. Amma buna baxmayaraq əvvəlki yerində olan turbadan çıxışı tam ləğv etmədilər. Bir neçə santimetr uzunluğunda çıxış saxladılar. Həmin çıxışdan tam blom edilmədiyi üçün təbii qaz axırdı, ziyan olurdu. O, buna görə dəfələrlə təkid edərək həm yazılı, həm də şifahi formada X4 Sahəsinə müraciətlər etmişdir. Lakin onun müraciətlərinə əhəmiyyət verilməmişdir. 2020-ci ilin iyun ayında o, evdə olmayan zaman, yəni evdə gəlii olan vaxtı X4 Sahəsinin əməkdaşları onlara gələrək, yəni yoldakı turbada olan çıxıntını aktlaşdıraraq sayğacdan kənar qanunsuz birləşmə kimi qeyd etmişlər. Halbuki həmin çıxıntı X4 Sahəsinin əməkdaşları tərəfindən sayğacın yeri dəyişdirilərkən saxlanılmış və onun dəfələrlə yazılı və şifahi müraciətlərinə baxmayaraq ləğv edilməmişdir. Onu da qeyd etmək istəyir ki, həmin çıxıntının olmasına baxmayaraq bu günə kimə oradan qanunsuz istifadə etməmişlər. Həmçinin həmin yer onun evinə uyğun yerdə olmadığına görə sayğacın yerini dəyişdirmişlər. Yəni həm uyğunsuz yerdən, həm də təbii qazdan qanunsuz istifadə etmək onların ailəsinə, şəhid ailəsinə heç yaraşmaz. X3 İstismar Sahəsinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edildikdən sonra 1101,60 manat borc hesablanmışdır. Hesab edir ki, Cavabdeh İB-nın əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt, həmçinin onun abonent koduna hesablanmış 1101,60 manat borc qanunsuzdur. Cavabdeh orqan Cavabdeh İBnın əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, bu da yolverilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki, həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddiaçı məhkəməyə teleqrama göndərərək işə iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İB-in nümayəndəsi V.Heydərov məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh İB-in X2 X1 Xidmət Sahəsinin əməkdaşları iddiaçıya məxsus həmin yerləşən fərdi yaşayış evindən kənarda yəni küçədə qurraşdırılmış hər hansı bir qoruyucu qutuda olmayan məişət qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qanunsuz xətt olmasını aşkar etmişlər. Bununla bağlı akt tərtib edilmişdir. Həmin Akta əsasən idiaçının (abonentin) mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Zaqatala RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Zaqatala RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Ağdaş XS-nin abonent bazasındakı **********00010 nömrəli abonent koduna 1101,60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş 1101,60 manat məbləğ sayğacdan kənar xətt nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Müdaxilə olunma ehtimalı ilə açılan qaz sayğacı ilə yerinə qurraşdırılmış yeni qaz sayğacı arasında təbii qaz sərfiyyatı arasındakı fərqə baxdıqda iddiaçının qaz sayğacına müdaxilədən xəbərdar olması aydın görünür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx xxxx 2020-ci il tarixli aktın surətindən məlum olur ki, İddiaçı yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən istehlakçının istifadəsində olan sayğacdan kənar qanunsuz xətdən istifadə aşkar edilmişdir, tələb isə itirilmiş qazın dəyərinin hesablanması, sayğacın dəyərinin abonent tərəfindən ödənilməsidir. İş materiallarına əlavə edilmiş İddiaçı adına olan abonentin saldosundan görünür ki, İddiaçı 2020-ci ilə görə qalıq və aktlar üzrə 1101,60 manat borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 3-cü bənində əsasən, sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda qazın verilməsi qeyd-şərtsiz dayandırılır, qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən təziqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı gün üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İB-in X2 X1 Xidmət Sahəsinin əməkdaşları tərəfindən təbii qaz istehlakçıları tərəfindən təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz ilə təchizatına baxış keçirilən zaman təbii qazdan istifadəyə dair sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. Təbii qazdan qanunsuz kənar xətt vasitəsi ilə istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri olaraq cavabdehə 1101,60 manat borc yazılmışdır. İddiaçı aşkar edilmiş kənar təbii qaz xəttinin ona məxsus olmadığını bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, aşkar edilmiş qanunsuz kənar xətt nəticəsində iddiaçıya hesablanmış borc şişirdilmişdir,belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddəti 90 gün nəzərdə tutularaq iddiaçıdan tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə münasib deyildir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək dəymiş ziyan hesablanarkən hesabat müddəti 30 günə vurulmalı,iddiaçıdan 1101,60 manat deyil, 367,20 manat qanunsuz kənar xətt nəticəsində iddiaçıya dəymiş ziyana görə pul tutulmalı,odur ki, iddiaçının abonent koduna vurulmuş 734,40 manat borc silinməlidir. Ödənilmiş tələbin məbləği nəzərə alınaraq Cavabdeh İB-dən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 223-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB-in X2 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx xxxx 2020-ci il tarixli akta əsasən əsassız hesablanaraq İddiaçı **********00010 saylı abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 734,40 manat (yeddi yüz otuz dörd manat qırx qəpik) borc silinsin. Cavabdeh İB-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-323/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-323/2021
09.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver