Məhkəmə qərarları › İş №2(014)-323/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-323/2022

30.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-323/2022 30.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümmət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Ağdaş Rayon Notariat Ofisi, Cavabdeh2 və 3-cü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı vərəsəlik payının müəyyən edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Ağdaş Rayon Notariat Ofisi, Cavabdeh2 və 3-cü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı vərəsəlik payının müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, qardaşı X7 28.01.2014-cü il tarixdə ünvan 2ində vəfat etmişdir. Ondan miras əmlak olaraq torpaq sahələri, avtomobil və s. qalmışdır. Mərhum qardaşından miras qalmış əmlakı faktiki olaraq özü qəbul edərək həmin əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmişdir. Qardaşı vəfat etdiyi vaxt birinci növbə sayılacaq vərəsələri atası, anası, arvadı, uşaqları olmadığından o, və X1 onun qanun üzrə birinci növbə vərəsələri olmuşlar. X1 isə 08.01.2021-ci il tarixdə öz vərəsəlik hüququnu rəsmiləşdirməmiş vəfat etmiş və yeganə vərəsə özü qalmışdır. Bacısının vəfatından sonra vərəsəlik hüququnu həyata keçirmək istiqamətində iddiası əsasında Ağdaş Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli 2(014)-1780/2021 saylı qətnaməsi ilə mirasın qəbulu müddətinin uzadılması qət edilmişdir. Bundan sonra ərizə ilə cavabdeh notariat ofisinə müraciət etmiş, Ağdaş Rayon Notariat Ofisində 29.10.2021-ci il tarixdə rəsmiləşdirilmiş 2V-485 və 2V-486 reyestr nömrəli vərəsəlik şəhadətnamələri ilə qardaşı X4 adına olan ünvan 2ində yerləşən 0.4653 hektar kənd təsərrüfatı təyinatlı və 0.117 hektar həyətyanı torpaq sahələri üzərində vərəsəlik hüququ tanınmış, lakin qanun üzrə vərəsəlik hüququ haqqında həmin şəhadətnamələrdə miras əmlakdakı pay nisbəti göstərilməmişdir. Ona görə də mərhum qardaşından qalan mirası faktiki qəbul etdiyindən, Cavabdeh2 mirası qəbul etmədiyindən o, cavabdeh Notariat Ofisinə müraciət edərək sözügedən qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə düzəliş edilərək pay nisbətinin göstərilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan Ağdaş Rayon Notariat Ofisi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26.07.2021-ci il tarixli Qərarına əsaslanaraq özünün 782 nömrəli, 29 dekabr 2021-ci il tarixli məktubu ilə şəhadətnamədə pay nisbətini göstərməkdən imtina etmişdir. Belə ki, cavabdeh Notariat ofisi qanun üzrə vərəsəlik hüquq haqqında həmin şəhadətnamələrdə miras əmlakdakı pay nisbətinin göstərilməməsini onunla əsaslandırmışdır ki, guya X1 qardaşından qalan mirası faktiki olaraq qəbul etdiyi, onun vəfatından sonra isə bacısının qızı Cavabdeh2 bacısından mirası qəbul etdiyi üçün sonuncu irsi transmissiya üzrə miras əmlakdan pay alımalıdır. Onun mirasın nisbəti ilə razılaşmamağı səbəbindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26.07.2021-ci il tarixli Qərarının “Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verilməlidir” müddəasına əsasən miras əmlakdakı pay nisbəti göstərilməmişdir. Halbuki, nə bacısı H.Cəmiyeva, nə də onun ölümündən sonra qızı olan Cavabdeh2 qardaşı C.Cəmiyev vəfat etdiyi 28.01.2014-cü il tarixdən qanunla müəyyənləşdirilmiş 6 ay müddətində mirası qəbul etməmiş, ümumiyyətlə bu barədə notariat ofisinə müraciət etməmiş, həmçinin miras əmlak üzərində sahiblik və istifadəni həyata keçirməmişdir. Cavabdeh orqan Ağdaş Rayon Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə miras əmlakdakı pay nisbəti göstərilmədiyinə görə üçüncü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində miras əmlakı xüsusi mülkiyyət hüququ əsasında adına qeydə almaq mümkün olmamışdır. Bununla da onun qarunla qorunan vərəsəlik hüququ pozulmuşdur. Odur ki, Ağdaş Rayon Notariat Ofisində 29.10.2021-ci il tarixdə rəsmiləşdirilmiş 2V-485 və 2V-486 reyestr nömrəli vərəsəlik şəhadətnamələri ilə qardaşı X4 adına olan ünvan 2ində yerləşən 0.4653 ha və 0.117 ha torpaq sahələri üzərində tanınmış pay hüququnun nisbətinin tam hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəməyə daxil olmuş yazılı məlumatdan görünür ki, iş üzrə Cavabdeh2 qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iş üzrə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdeh Ağdaş Rayon Notariat Ofisinin nümayəndəsinin və 3-cü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Notariat Ofisi tərəfindən verilmiş 29.12.2021-ci il tarixli 782 saylı imtina məktubundan görünür ki, 29.10.2021-ci il tarixdə rəsmiləşdirilmiş 2V-485 və 2V-486 reyestr nömrəli vərəsəlik şəhadətnamələri ilə İddiaçı qardaşı X4 adına olan ünvan 2ində yerləşən 0.4653 hektar kənd təsərrüfatı təyinatlı və 0.117 hektar həyətyanı torpaq sahələri üzərində vərəsəlik hüququ tanınmış, lakin qanun üzrə vərəsəlik hüququ haqqında həmin şəhadətnamələrdə miras əmlakdakı pay nisbəti göstərilmədiyi bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi Tərəfindən verilmiş 05.06.2021-ci il tarixli 64581-1221 saylı məktubun surətindən görünür ki, ünvan 2ində qeydiyyatda olan X4 adında 09.04.1998-ci il tarixdən “VAZ-21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 13.10.2021-ci il tarixli 2984 saylı Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Rusiya Federasiyanın vətəndaşı 04.02.1941-ci il tarixdə Dağıstan Respublikası, Axtı rayonunda anadan olmuş ünvan 2ində vəfat etmiş X4 ailə üzvləri bacısıları İddiaçı və X2 (ölüb) ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli 2(014)-1780/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Ağdaş Rayon Notariat Ofisinə qarşı müddətin bərpa edilməsi tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı 28.01.2014-cü il tarixdə vəfat etmiş qardaşı X3 qalan miras əmlakların qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 29.10.2021-ci il tarixdə rəsmiləşdirilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-486 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 vərəsəsi bacısı İddiaçıdır və o, miras əmlakdan irs almalıdır. Vərəsə İddiaçı miras əmlakdakı pay nisbəti müəyyən edilməmişdir. Şəhadətnamə verilən miras əmlak “Elektron notariat” informasiya sistemindən real vaxt recmində əldə edilmiş ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən 18.07.2018-ci il tarixdə verilmiş **********62 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.117 ha olan torpaq sahəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 29.10.2021-ci il tarixdə rəsmiləşdirilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-485 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 vərəsəsi bacısı İddiaçıdır və o, miras əmlakdan irs almalıdır. Vərəsə İddiaçı miras əmlakdakı pay nisbəti müəyyən edilməmişdir. Şəhadətnamə verilən miras əmlak “Elektron notariat” informasiya sistemindən real vaxt recmində əldə edilmiş ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən 27.12.2019-cu il tarixdə verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.117 ha olan torpaq sahəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 28.01.2014-cü il tarixdə ünvan 2ində vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları, arvad(ər), valideynləri(övladlığa götürənlər) birinci növbə vərəsədir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar) Əvvəlki Mülki Məcəllə mirası əldə etməyi vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Məcəllə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsini nəzərdə tuturdu (552-ci maddə). Məcəllənin 553-cü maddəsinə müvafiq olaraq isə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilərdi. Mirası qəbul etmiş bütün vərəsələrin razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilərdi. Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur. Məhkəmə iclasında araşdırılmış sübutlar, iddiaçının izahatı nəticəsində məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı qardaşı mərhum X7 28.01.2014-cü ildə vəfat etmiş, Cəmi Cəmiyevin ailə üzvləri bacıları İddiaçı qızından və mərhum X2 ibarətdir. X1 vəfat etdiyindən və onun birinci növbədə vərəsəsi olan qızı Cavabdeh2 mirası qəbul etmədiyi, qanunla müəyyənləşdirilmiş müddətdə və qaydada notariat orqanına mürəcat etmədiyi üçün tək varis İddiaçı olduğu üçün iddia təmin edilməli, mübahisə predmet olan ünvan 2ində yerləşən 0.4653 ha və 0.117 ha torpaq sahəlri üzərində tanınmış pay hüququnun nisbətinin tam hissədə müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayon Notariat ofisində 29.10.2021-ci il tarixdə rəsmiləşdirilmiş 2V-485 və 2V- 486 reyestr nömrəli vərəsəlik şəhadətnamələri ilə İddiaçı qardaşı X4 adına olan ünvan 2ində yerləşən 0.4653 ha və 0.117 ha torpaq sahələri üzərində İddiaçı tanınmış pay hüququnun nisbəti tam hissədə müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar