Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-344/2023 22.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxs Ərizəçi3 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Ərizəçi3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Ərizəçi3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ailələrinə Ağdaş rayonu, Dəhnəxəlil kəndindən torpaq islahatları aparılan zamanı 1,03 ha torpaq sahəsi verilmiş, həmin torpağa JN-315 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı işlənmişdır. Qeyd edilən 1,03 ha (sənəddə 1,0292 ha yazılmışdır) torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Lakin həmin Reyestrdən çıxarışda onların adları texniki səhv nəticəsində səhv yazılmışdır. Belə ki, Ərizəçi1 texniki səhv olaraq “X12” kimi, Ərizəçi2 isə “X28” kimi qeyd edilmişdir. Onlar qeyd edilən Reyestrdən çıxarışı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə təqdim edərək Reyestrdən çıxarışa düzəlməsini xahiş etmişlər. Həmin orqan onlara 20 oktyabr 2022-ci il tarixli **********80 saylı məktubla bildirmişlər ki, sözügedən Reyestrdən çıxarışda göstərilən səhvlərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməlidirlər. Onlar da məhkəməyə müraciət etməli olmuşlar. Belə ki, həqiqətən də Ərizəçi1 Müğdət qızı ilə Ərizəçi2 məxsus şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrində və digər hüquqi sənədlərdə göstərilən ad, soyad və ata adlarında fərqlilik vardır. Ərizədə qeyd edilənlər Ağdaş rayon Dəhnəxəlil kənd bələdiyyəsindən verilən Arayışda, Ağdaş rayon Dövlət Arxivindən verilən arayışda və Ağdaş Rayon İHB-nin Dəhnəxəlil kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilən arayışda öz əksini tapmaqdadır. Onlar da bu yalnışlığın düzəldilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahatlar verərək ərizədə göstərilənləri təsdiq etdilər və ərizənin təmin olunmasını məhkəmədən xahş etdilər. Məhkəmə iclasında maraqlı şəxs Ərizəçi3 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin və maraqlı şəxs Ərizəçi3 izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X29 ifadə verərək göstərdi ki, Ərizəçi1 onun gəlinidir, Ərizəçi3 isə bibisidir. Ərizəçi1 və Ərizəçi2 adına dövlət tərəfindən verilmiş torpaq sahəsinə dair sənəddə onların adları və ata adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ərizəçilərin və maraqlı şəxs Ərizəçi3 qonşusu olduğunu bildirərək ərizəçilərin ailələrində Şəfa və Pərvanə adlı şəxslərin olmadığını bildirmişdir. Eyni zamanda, Ərizəçi1 və Ərizəçi2 adına dövlət tərəfindən verilmiş torpaq sahəsinə dair sənəddə onların adları və ata adları səhv yazılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 315 nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, X13 və ailə üzvlərinə Ağdaş rayonu, Dəhnəxəlil kəndindən 1,03 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 33 saylı (AA №559222) torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 22 sentyabr 1998-ci il tarixli 17 nömrəli qərarı ilə Ərizəçi3 Ağdaş rayonu, Dəhnəxəlil kəndindən 1,0292 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli **********80 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayonu Dəhnəxəlil kənd icra nümayəndəliyi tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli, AZ-İV № 753341 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 09 may 1980-ci ildə Ağdaş rayonu, Dəhnə kəndində anadan olmuş, atası X22, anası X5r. İşin materiallarında olan Ağdaş rayonu Qolqəti kəndi Soveti tərəfindən verilmiş 20 yanvar 1984-cü il tarixli, Vİİİ-ЖГ № 316798 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X18 xx xxxx 1981-ci ildə Ağdaş rayonu, Dəhnə kəndində anadan olmuş, atası X22, anası X5r. İşin materiallarında olan Ağdaş rayonu Qolqəti kəndi Soveti tərəfindən verilmiş 20 yanvar 1984-cü il tarixli, X-ЖГ № 323458 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X23 xx xxxxxx 1984-cü ildə Ağdaş rayonu, Dəhnə kəndində anadan olmuş, atası X22, anası X4r. İşin materiallarında olan Ağdaş rayon İHB-nin Dəhnəxəlil kənd icra nümayəndəliyi tərəfindən verilmiş 02 yanvar 2006-cı il tarixli, AZ-İ № 205892 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 İnarə Muğdət qızı arasında 02 yanvar 2006-cı ildə rəsmi nikah bağlanmış, X15 “Məmmədova” soyadı verilmişdir. İşin materiallarında olan Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 dekabr 2000-ci il tarixli, Vİİ-ЖГ № 401575 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 Pərvin Muğdət qızı arasında 22 dekabr 2000-ci ildə rəsmi nikah bağlanmış, X10 “Qədirova” soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayonu Dəhnəxəlil kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 may 1999-cu il tarixli, Vİ-ЖГ № 413111 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 Nurlanə Muqdət qızı arasında 20 may 1999-cu ildə rəsmi nikah bağlanmış, X6 “Rəfiyeva” soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayonu Dəhnəxəlil kənd icra nümayəndəliyi tərəfindən verilmiş 18-ci il tarixli, Vİİ-ЖГ № 401575 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 Pərvin Muğdət qızı arasında 22 dekabr 2000-ci ildə rəsmi nikah bağlanmış, X10 “Qədirova” soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Dəhnəxəlil kəndi icra nümayənədliyi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli, AZ-İİ № 295802 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X20 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Dəhnəxəlil kəndi icra nümayənədliyi tərəfindən verilmiş 22 oktyabr 2022-ci il tarixli, AZ-İİ № 295814 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X26 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1981-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində anadan olmaqla, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1984-cü il tarixdə Ağdaş rayonu, Dəhnə kəndində anadan olmaqla, Şuşa rayonu, İmamqulu kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında maraqlı şəxs Ərizəçi3 izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 və X11 adı və ata adı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 12 mart 1999-cu il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-315 saylı (kod ********) Dövlət Aktında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarışda və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 33 saylı (AA №559222) torpaq sahəsinin planı və ölçüsündə texniki səhv olaraq ərizəçilər Ərizəçi2 adı və ata adı “X24” əvəzinə “X28” kimi, Ərizəçi1 adı və ata adı “X19” əvəzinə “X12” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adları onların şəxsiyyətlərini təsdiq edən sənəddəki adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** saylı qeydiyyat nömrəli X8 Pərvin Muğdət qızı və Ərizəçi2 da məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Ərizəçi3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** saylı qeydiyyat nömrəli X8 Pərvin Muğdət qızı və Ərizəçi2 da məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-344/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-344/2023
22.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver