Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-39/2022 03.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakı ilə Ərizəçi Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X3 08 sentyabr 1994-cü ildə Ağdaş şəhərində anadan olmuşdur. O, hazırda Ağdaş şəhəri, K.Kərimov küçəsi, ev 40 ünvanında onunla yaşayır. Qızı Ərizəçi uşalıqdan psixi qüsur halları baş vermiş, onu mütəmadi müaynə və müalicə etdirməklərinə baxmayaraq onun xəstəliyi getdikcə ağırlaşmağa başlamışdır. Ərizəçi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxənası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Paranoid şizofreniya, psixi qüsur halı” dianozu ilə ruhi qeydiyyatdadır. Ərizəçi həmin diaqnozla Azərbaycan Respublikası Əmək Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə 2-ci dərəcəli əlillik qrupu verilmişdir. Rəna xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilməmək qabiliyyətindən məhrumdur. Odur ki, qızı Ərizəçi üzərində qəyyum təyin edilməyi ilə bağlı olaraq onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. 08 sentyabr 1994-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan onunla və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayan, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin poliklinika şöbəsində “Paranoid şizofreniya, psixi qüsur halı” diaqnozu ilə ruhi qeydiyyatda olan qızı Ərizəçi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılması xahiş edilir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 məhkəmə iclasında məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, X3 08 sentyabr 1994-cü ildə anadan olmuşdur, atası X4, anası Ərizəçidır. X2 RMX-in PHŞ-də “Paranoid şizofreniya, psixi qüsur halı” diaqnozu ilə ruhi qeydiyyatdadır. X1 müddətsiz İİ qrup əlildir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 02 fevral 2022-ci il tarixli 25 saylı rəyindən görünür ki, X3 uşaqlıqdan ağır dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloci) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08 sentyabr 1994-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-39/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-39/2022
03.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver