Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-394/2021 29.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı “X1” MMC-nin nümayəndəsi və vəkili R.Məmmədzadənin Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi A.İbrahimovanın iştirakı ilə İddiaçı “X1” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbi haqqında iddiasına dair mülki iş üzrə verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” MMC cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC Ağdaş EŞ tərəfindən “X1” MMCyə 2020-ci ilin oktyabr ayı üzrə elektrik enerjisindən istifadəyə görə əlavə olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılan zaman cavabdeh “xxxx” ASC-nin nümayəndəsi A.İbrahimova məhkəməyə vəsatətlə müraciət edərək işin məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.İddiaçı “X1” MMC-nin nümayəndəsi və vəkili R.Məmmədzadə vəsatətin təmin edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-cı maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-cı maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli Qərarının 3-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli Qərarının 24-cü bəndində qeyd edilir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, “xxxx” ASC, “xxxx” ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır Qeyd olunanlar əsasında müəyyən olunur ki, hazırkı mübahisə təbii inhisar subyekti olmaqla fəaliyyəti həm də sahibkarlıq elementlərini ehtiva edən “xxxx” ASC kimi enerji qurumu ilə sahibkarlıq subyekti olan “X1” MMC arasında öz fəaliyyətinin həyata keçirilməsi üçün elektrik enerjisindən istifadədən irəli gələn mübahisə olduğundan, mülki işə məhkəmə icraatı qaydasında kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Bu səbəbdən vəsatət təmin edilərək hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan RespublikAsı Mülki Prosessual Məcəlləsinin 24,25,26,32, 263-264 və 269-cu, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. “X1” MMC-nin “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbi haqqında iddiasına dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə qəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən: Famil Nəsibov. AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ünvan: Ağdaş şəhəri, M.İsayev küçəsi, 17 AZ-0300 FAks:***-***-**-**, Telefonlar: ***-***-**-**,***-***-**-**, ***-***-**-** № 2(014)-261/2016 xx xxxx 2016-cı il Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi sədri cənab Usaməddin Osmanova Hörmətli Usaməddin müəllim! İddiaçı “xxxx” ASC-nin cavabdeh X4 qarşı müqavilələrin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul məbləğinin tələbi hAqqındA iddiAsınA dAir 2(014)- 261/2016 saylı mülki iş məhkəmə Aidiyyəti üzrə Şəki İnzibAti-İqtisAdi Məhkəməsində baxılması üçün Sizə göndərilir. Qoşma: Mülki iş___ vərəqə, qərardadın surəti ___ vərəqə. Hörmətlə, Məhkəmənin sədri: Famil Nəsibov. AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ünvan: Ağdaş şəhəri, M.İsayev küçəsi 17 AZ-0300 FAks:***-***-**-**, Telefonlar: ***-***-**-**,***-***-**-**, ***-***-**-** № 2(014)-261/2015 xx xxxx 2016-cı il İddiaçı: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 12-də yerləşən “xxxx”ASC-yə Cavabdeh: Ağdaş rayonu, Ərəbocaq kəndində yaşayan X4 İddiaçı “xxxx” ASC-nin cavabdeh X4 qarşı müqavilələrin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul məbləğinin tələbi hAqqındA iddiAsınA dAir 2(014)- 261/2016 saylı mülki iş məhkəmə Aidiyyəti üzrə baxılması üçün Şəki İnzibAti-İqtisAdi Məhkəməsinə göndərilir. Hakim: Famil Nəsibov. İş № 2(014)-261/2016 Birinci İnstansiya Məhkəməsində məhkəmə baxışı iclasının PROTOKOLU xx xxxx 2016-cı il Ağdaş şəhəri. Ağdaş Rayon Məhkəməsi Hakim Nəsibov Famil Hümbət oğlunun sədrliyi Kərimova Firuzə Şahin qızının katibliyi İddiaçı “xxxx”ASC-nin nümayəndəsi X2 Cavabdeh X3 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin cavabdeh X4 qarşı müqavilələrin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul məbləğinin tələbi hAqqındA iddiasına dair mülki işə açıq məhkəmə baxış iclasında baxılır. Məhkəmə baxış iclası saat 11:30-da başlandı. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən məhkəmə baxış iclasını açır və baxılası işi elan edir. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək göstərdi ki, tərəflər məhkəmə iclasına gəlmişlər. Sədrlik edən tərəflərin şəxsiyyətlərini müəyyən edir. İddiaçının nümayəndəsi: X5, - xx xxxxxx 1953-cü ildə Ucar rayonu,Lək kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır,evlidir, alitəhsillidir,“xxxx”ASCnin hüquqşünasıdır ünvan 1 ünvanında yaşayır. Cavabdeh: X6, - xx xxxxx 1972-ci ildə Ağdaş rayonu, Ərəbocaq kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, evlidir, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, Ağdaş rayonu, Ərəbocaq kəndində yaşayır. Sədrlik edən məhkəmənin tərkibini və məhkəmə iclas katibini elan edir. Sədrlik edən: Nəsibov Famil Hümbət oğlu, Katib: Kərimova Firuzə Şahin qızıdır. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 182-ci maddəsinə əsasən tərəflərin elan olunmuş tərkibə, katibə etiraz etmək hüququnu, bunun üçün qanunla nəzərdə tutulmuş əsasları və qaydasını izah edir. Etiraz daxil olmur. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 183-cü maddəsinə əsasən tərəflərin prosessual hüquq və vəzifələrini elan edir. Tərəflər hüquq və vəzifələrinin onlara aydın olduğunu bildirirlər. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184-cü maddəsinə əsasən tərəflərdən əlavə və vəsatətlərinin olub-olmamasını soruşur. İddiaçının nümayəndəsi X5 vəsatətinin olmadığını bildirir. Cavabdeh X6 məhkəməyə vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməni və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 1218 nömrəli şəhadətnaməsini məhkəməyə təqdim edib, şifahi vəsatətlə müraciət edərək iş üzrə qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğunu, iddiaçı ilə aralarında mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yarandığı üçün mübAhisəyə Şəki İnzibAti-İqtisAdi Məhkəməsində bAxılmAlı olduğunu bildirdi, mülki işin məhkəmə Aidiyyəti üzrə Şəki İnzibAti-İqtisAdi Məhkəməsinə göndərilməsini xAhiş etdi. Sədrlik edən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsindən şifahi vəsatətə münasibətini soruşur. İddiaçı “xxxx”ASC-nin nümayəndəsi X5 vəsatətin təmin edilməsinə, yəni mülki işin üzrə mülki işin məhkəmə Aidiyyəti üzrə Şəki İnzibAti-İqtisAdi Məhkəməsinə göndərilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə vəsatətlə bağlı qərar qəbul edilməsi üçün müşavirə otağına getdi. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən mülki işin məhkəmə Aidiyyəti üzrə Şəki İnzibAti-İqtisAdi Məhkəməsinə göndərilməsi barədə qərardadı elan etdi. Sədrlik edən məhkəmə iclasını bağlı elan etdi. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №2(014)-394/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-394/2021
29.01.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver