Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-394/2023 04.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçilər Ərizəçi3, Ərizəçi5, Ərizəçi1, Ərizəçi6 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi4, Ərizəçi7, Ərizəçi5, Ərizəçi1, Ərizəçi6 və Ərizəçi2 maraqlı orqan AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma faktının müəyyən edilməsi» tələbinə dаir işə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçilər Ərizəçi3, Ərizəçi4, Ərizəçi7, Ərizəçi5, Ərizəçi1, Ərizəçi6 və Ərizəçi2 maraqlı orqan AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu Abad kəndi ərazisində 2.90 hektar kənd təsərrüfatı təyinatlı sahəsinin X4, Ərizəçi3, Ərizəçi4, Ərizəçi7, Ərizəçi5, X7, X10 və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-341 kod 90300028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X4, Ərizəçi3, Ərizəçi4, Ərizəçi7, Ərizəçi5, Ərizəçi1, X10 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 24 nömrəli qərarı ilə Ağdaş rayonu Abad kəndi ərazisindən X4, Ərizəçi3, Ərizəçi4, Ərizəçi7, Ərizəçi5, Ərizəçi1, X10 və Ərizəçi2 ümumu birgə mülkiyyətinə 2.90 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına 5 iyun 1999-cu il tarixdə Dövlət aktı qeydiyyat kitabından 10951 nömrə ilə qeydiyyata alınmış JN-341, kod 90300028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Həmin dövlət aktında texniki səhvə yol verilərək mülkiyyətçilərdən Ərizəçi1 soyadı adı və ata adı X3 qeyd edilmişdir. Onların ailəsində X7 adlı şəxs olmamışdır. Mülkiyyətçilərdən Ərizəçi4 10 may 2019-cu il tarixdə Ağdaş rayonun Abad kəndində vəfat etmişdir. Ərizəçi X10 xx.xx.2015-ci il tarixdə X8 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Nikah bağlandıqdan sonra “Məhərrəmova” soyadını qəbul etmişdir. Onlar mərhum Ərizəçi4 ölümündən sonra vərəsəliyin açılması ilə əlaqədar tələb olunan sənədləri Ağdaş rayon notariat ofisinə təqdim edən zaman dövlət aktında Ərizəçi1 soyadı adı və ata adı X3 yazıldığından vərəsəlik işi açdıra bilməmişdirlər. Düzəlişin edilməsi ilə əlaqədar AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Maraqlı orqan dövlət aktı başqa icra orqanı tərəfindən verildiyindən düzəlişin edilməsi İdarənnin səlahiyyətinə adi deyil. Bütün bunlar məhkəməyə təqdim etdiyi sənədlərlə təsdiq olunur və eləcə də məhkəməyə dəvət edəcəyi şahid ifadələri ilə təsdiq oluna bilər. Odur ki, Ağdaş rayonu Abad kəndi ərazisində 2.90 hektar kənd təsərrüfatı təyinatlı sahəsinin X4, Ərizəçi3, Ərizəçi4, Ərizəçi7, Ərizəçi5, X7, X10 və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-341 kod 90300028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X4, Ərizəçi3, Ərizəçi4, Ərizəçi7, Ərizəçi5, Ərizəçi1, X10 və Ərizəçi2 məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Ərizəçi1 məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər Ərizəçi3, Ərizəçi5, Ərizəçi6 və X5 məhkəmə iclasında Ərizəçi1 izahatına uyğun izahat verərək məhkəmədən ərizənin təmin edlməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı orqan AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı orqan məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə maraqlı orqan nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE******** sayı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1981-ci il tarixində Ağdaş rayon Abad kəndində anadan olmuşdur. Ağdaş rayon Abad kəndində yaşayır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Abad kənd soveti tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli Vİİİ-ЖГ 274641 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1981-ci il tarixdə Ağdaş rayon Abad kəndində anadan olmuşdur. X2, anası Ərizəçi3dır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Abad kənd İƏV-üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ 480728 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi1 ilə X11 xx.xx.2009-cu il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Abad kənd İƏV-üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİ 088106 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X9 ilə X10 xx.xx.2015-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Abad kənd İƏD–si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ 879745 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********37 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu Abad kəndində yerləşən 2.90 ha torpaq sahəsinə verilmiş JN-341 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən hüquq subyektinin şəxsiyyət vəsiqəsinə uyğun verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır. Ərizənizlə bağlı ərazi idarəsinin arxiv materilları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-341 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən “X7” ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi1” arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Abad kənd İƏD–si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 12 saylı arayışdan məlum olur ki, Ərizəçi1 ailəsinə verilmiş JN-341 kod 90300028 saylı (DT və XKsi Ağdaş rayon şöbəsindən verilmiş xx.xx.1999) “Torpağa mülkiyyət hüququna dair Dövlət aktının adlı siyahısında texniki səhvlərə yol verilmişdir. X1 əvəzinə olmalıdır Ərizəçi1. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən 24 noyabr 1998-cı il tarixli 20 saylı “Torpağa mülkiyyət hüququna dair” JN:341 saylı (kod ********) dövlət aktın əsasən X4, Ərizəçi3, Ərizəçi4, Ərizəçi7, Ərizəçi5, X7, X10 və Ərizəçi2 Ağdaş rayon Abad kəndində 2.90 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Abad kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli XX-ЖГ 286733 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X6 xx.xx.1996ci il tarixdə Ağdaş rayon Abad kəndində anadan olmuşdur. Atası Ərizəçi4, anası Ərizəçi2dır. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərar ilə “Torpağa mülkiyyət hüququna dair” JN:341 saylı (kod ********) dövlət aktına əsasən X4, Ərizəçi3, Ərizəçi4, Ərizəçi7, Ərizəçi5, X7, X10 və Ərizəçi2 Ağdaş rayon Abad kəndində 2.90 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında səhvə yol verilərək Ərizəçi1 əvəzinə səhvən X7 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4, Ərizəçi3, Ərizəçi4, Ərizəçi7, Ərizəçi5, X7, X10 və Ərizəçi2 mülkiyyətinə verilmiş Ağdaş rayon Abad kəndində yerləşən 2.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN:341 saylı KOD 90300028 saylı dövlət aktının X4, Ərizəçi3, Ərizəçi4, Ərizəçi7, Ərizəçi5, Ərizəçi1, X10 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-394/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-394/2023
04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver