Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-40/2024 22.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1, Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə2 iştirakları ilə Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X9 17 yanvar 1970-ci il tarixdə, Ərizəçi isə 23 avqust 1971-ci il tarixdə anadan olmuşlar. X9 anadan olandan ruhi əsəb xəstəsidir. Xəstəliyi ilə bağlı 1-ci qrup əlildir və Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyinin “Ağdaş rayon Mərkəzi Xəstəxanası” PHŞ-də oliqofreniya, kəskin imbesillik səviyyəsində- F72 diaqnozu ilə qeydiyyatdadır. Xroniki, davamlı psixi pozğunluq xəstəliyi ilə əlaqədar X9 davranışını düzgün təşkil edə, öz hərəkətlərini anlaya və idarə edə bilmir. X2 xəstəliyi ilə əlaqədar halsızlıq, yuxu pozğunluğu və əhval-ruhiyyəsinin tez-tez dəyişməsi halları müşahidə olunur ki, bu zamanda o qida və dərman vasitələrini qəbul etmək istəmir. Faktiki olaraq X4 Ərizəçi baxır və onun üzərində faktiki qəyyumluğu o həyata keçirir. X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının qərarına əsasən onun qəyyumu təyin edilər və onun yerinə bütün sənədlərə imza edə bilər. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 17 yanvar 1970-ci ildə Ağdaş rayonunda anadan olmuş X3 psixi (ruhi) xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə2 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 2 saylı X12 filialı Ağdaş rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli vəsiqədən görünür ki, X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon şöbəsi tərəfindən 1-ci (birinci) dərəcə əlilliyi müəyyən edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Mərkəzi X8 Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № PHŞ-6-22/2-1068/2023 saylı arayışından görünür ki, xx.xx.1970ci il təvəllüdlü X9 ondan ötrü ki, həqiqətən Ağdaş rayon mərkəzi X8 şəxsində 1991-ci ildən “Oliqofreniya, kəskin imbesillik səviyyəsində-F72” diaqnozu ilə dispanser qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RİHB-nın Şəmsabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli, № 5-32-12/2-359/2023 saylı arayışdan görünür ki, mərhum X5 vəfat etdiyi günə kimi oğlu X9 və qızı Ərizəçi ilə birgə yaşamış və vəfat etmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nın Şəmsabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü, azərbaycanlı, tam orta təhsilli, Ağdaş rayonunun Şəmsabad kəndində anadan olan, Ağdaş rayonu, Şəmsabad kəndində qeydiyyada olmaqla yaşayan Ərizəçi qız yaşadığı Ağdaş rayonu, Şəmsabad kəndində öz davranışı ilə kənd ağbirçəklərinin, yaşlı və ota nəslin nümayəndələrinin hörmətini qazanmış, kəndin daimi nümunəvi vətandaşlarından biri olmuş, Şəmsabad kənd inzibati ərazi vahidi üzrə nüməyəndəliyin və bələdiyyənin tədbirlərində iştirak etmişdir. X6 barəsində Şəmsabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinə şifahi və yazılı şikayət daxil olmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli, 803 saylı rəyindən görünür ki, Motivləşdirici hissə. Yuxanda göstərilənləri nəzərə alan ekspert psixiatr bu qənaətə gəlir ki, yoxlanılan şəxs X16 oglunda hal-hazirda ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F71.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Agda RMX PHŞ-dan verilmiş xx.xx.2023-cü il tarixli arayış), anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin bələdliyinin zəifləməsi, yaddaşın mexaniki tipli olması, təfəkküründə konkretlik aşkar edilməsi, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması va fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəif olması, adi məişət problemlərini belə sərbəst həll etmək qabiliyyətində olmamasiı emosiyalarında ifadə olunmuş davamsızlıq müşahidə edilməsi, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellektinin inkişafdan geri-qalması, şəxsiyyətində qüsur aşkar olunması, İQ=42 % və s.) sübut edir. Yekun hissəsi. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavalandırır: Sual 1. X9 anlaqlıdırmı, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarındadırmı? Cavab: X4 hər hansı cinayət əməli şamil edilmədiyindən onun anlaqlı olub-olmaması barəsində rəy vermək mümkün deyildir. X9 hazırki ekspertiza zamanı orta dərəcəli kəmağıllılıq, ifadə olunmuş davranış pozuntuları ilə XBT-10 (Psixi və davraniş pozuntularının beynəlxalq təsnifatı -10-cu baxş) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında deyildir. X15 oglu hal-hazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab olunmalıdır. Beləliklə, məhkəmədə iclasında müəyyən olundu ki, X9 uşaqlıqdan xəstə olmuş, birinci dərəcəli əlildir, Ağdaş rayon mərkəzi X8 şəxsində 1991-ci ildən “Oliqofreniya, kəskin imbesillik səviyyəsində-F72” diaqnozu ilə dispanser qeydiyyatdadır. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1970-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilsin. 17 yanvar 1970-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-40/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-40/2024
22.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver