Məhkəmə qərarları › İş №2(014)-402/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-402/2022

10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-402/2022 10.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi Mamedova (Mirzalıyeva) İlahə Vidadi qızının iştirakı ilə, Ərizəçi Mamedova (Mirzalıyeva) İlahə Vidadi qızının maraqlı şəxlər Maraqlı şəxs4, Maraqlı şəxs3, X3 və Maraqlı şəxs1 və maraqlı orqan ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma faktının müəyyən edilməsi» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi Mamedova (Mirzalıyeva) İlahə Vidadi qızı maraqlı şəxlər Maraqlı şəxs4, Maraqlı şəxs3, X3 və Maraqlı şəxs1 və maraqlı orqan ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Xınaxlı kəndi ərazisində yerləşən 4.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, X4 və Maraqlı şəxs1 mülkiyyətinə verilməsinə dair JN-0066 KOD 90309028 torpağa mülkiyyət hüququna dair Dövlət aktının Maraqlı şəxs4, Maraqlı şəxs3, X3, Mirzalıyeva (Mamedova) İlahə Vidadi qızı və Mirzalıyeva (Mikayılova) Sahilə Vidadi qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarına əsasən 4.44 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN- 0066 kod 90309028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, X4 və Maraqlı şəxs1 adına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarına əsasən 4.44 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0066 KOD 90309028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. 06 sentyabr 2012-ci il tarixdə X13 ilə ailə həyatı qurmuş və Mamedova soyadını götürmüşdür. 17 sentyabr 2012-ci ildə ailə həyatı quraraq Mikayılova soyadı götürmüş və 25 iyul 2011-ci ildə ailə həyatı qurmuş və Mirzəliyeva soyadında da qalmışdır. Həmin JN-0066 KOD 90309028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında onun adı X8 olduğu halda səhvən “X4” kimi qeyd edilmişdir. Hazırda onun JN-0066 KOD 90309028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında buraxılmış yanlışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs4 məhkəmə iclasında ərizə verərək bildirdi ki, ərizəçi onun qızıdır. O, xx.xx.1992-ci il tarixində Ağdaş rayon Xınxalı kəndində anadan olmuşdur. Torpağa mülkiyyət hüququna dair dövlət aktında onun adı İlahə yox İlhamə olaraq qeyd edilmişdir. Qızının adının İlhamə yox İlahə olaraq qeyd edilməsini xahiş edir. Maraqlı şəxs3 məhkəmə iclasında ərizə verərək bildirdi ki, ərizəçi onun qızıdır. O, xx.xx.1992-ci il tarixində Ağdaş rayon Xınxalı kəndində anadan olmuşdur. Torpağa mülkiyyət hüququna dair dövlət aktında onun adı İlahə yox İlhamə olaraq qeyd edilmişdir. Qızının adının İlhamə yox İlahə olaraq qeyd edilməsini xahiş edir. Maraqlı şəxslər X3 və Maraqlı şəxs1 və maraqlı orqan DƏDRX-nın 17 saylı Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı şəxslər və DƏDRX-nın 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişlər və işə оnların iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə maraqlı şəxslər və maraqlı orqanın nümayəndəsinin, məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Kotavan Kənd İƏD-si üzrə nümayəndəliyinin 05 mart 2022-ci il tarixli, 42 saylı arayışından məlum olur ki, Maraqlı şəxs4 həqiqətən İlhamə adında qızı yoxdur, vətəndaşa məxsus JN-0066 nömrəli 12.10.1999-cu il tarixli Torpağa mülkiyyət Hüququna dair dövlət aktında səhvən X8 əvəzində X4 yazılmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Kotavan Kənd İƏD-si üzrə nümayəndəliyinin 05 mart 2022-ci il tarixli, 43 saylı arayışından məlum olur ki, Maraqlı şəxs4 xx xxxxxx 1966-cı ildə anadan olub hal hazırda təsərrüfatbaşına kitaba əsasən Ağdaş rayon Xınxalı kəndində qeydiyyatdadı və aşağıda göstərilən ailə üzvləri vardır: arvadı: Maraqlı şəxs3 (xx.xx.1969) akt, qızı: Mirzalıyeva (Mamedova) İlahə Vidadi qızı (xx.xx.1992) 16 oktyabr 2010-cu il tarixdən Kotavan kəndinə ərə gedib, qızı: X3 (xx.xx.1990) 09 oktyabr 2010-cu il tarixdən uçar rayon Şahlıq kəndinə ərə gedib, qızı: Mirzalıyeva (Mikayılova) Sahilə Vidadi qızı (xx.xx.1993) 08 iyun 2012-ci il tarixdən Göyçay rayon Xəlilli kəndinə ərə gedib. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Göyçay rayon İHB-nın Yeniarx kənd İnzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 17 sentyabr 2012-ci il tarixli AZ-İ 790375 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 ilə X5 arasında nikah 17 sentyabr 2012-ci il tarixdə 14 saylı akt ilə qeydə alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ucar rayon İHB-nın Əlikənd İnzibati ərazi dairəsi tərəfindən verilmiş 28 iyul 2011-ci il tarixli AZ-İ 666050 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X9 ilə Maraqlı şəxs2 arasında nikah 25 iyul 2011-ci il tarixdə 18 saylı akt ilə qeydə alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Kotavan kənd soveti tərəfindən verilmiş 06 iyul 1989-cu il tarixli İV- ЖГ 443812 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X6 ilə X7 arasında nikah 06 iyul 1989-cu il tarixdə 8 saylı akt ilə qeydə alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Kotavan kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2012-ci il tarixli AZ-İ 779062 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 ilə X8 arasında nikah 06 sentyabr 2012-ci il tarixdə 13 saylı akt ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Mamedov, arvada Mamedova soyadı verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Kotavan kənd soveti tərəfindən verilmiş 05 avqust 1992-ci il tarixli XVİ-ЖГ 404598 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X8 xx xxxx 1992-ci ildə Ağdaş rayon Xınxalı kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs4yev oğlu, anası Maraqlı şəxs3 İsaryıl qızıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Kotavan kənd soveti tərəfindən verilmiş 14 fevral 1990-cı il tarixli XİV-ЖГ 442995 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X3 xx xxxxxx 1990-cı ildə Ağdaş rayon Xınxalı kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs4yev oğlu, anası Maraqlı şəxs3 İsaryıl qızıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Kotavan kənd nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 1993-cü il tarixli XVİİ-ЖГ 269223 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X5 xx xxxxxx 1993-cü ildə Ağdaş rayon Xınxalı kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs4yev oğlu, anası Maraqlı şəxs3 İsaryıl qızıdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli **********07 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Xınaxlı kəndində yerləşən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0066 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda adda düzəlişin edilməsi ilə bağlı ərizəyə əsasən təqdim ediyiniz sənədlər, idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-0066 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən “X4” adı ilə şəxsiyyət vəsiqənizdəki “Ərizəçi” adı ilə arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səladiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanunun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərar ilə və Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:0066 saylı (kod ********) dövlət aktına əsasən Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, X4 və Maraqlı şəxs1 Ağdaş rayonun Xınaxlı kəndi ərazisində 4.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Kotavan Kənd İƏD-si üzrə nümayəndəliyinin 16 dekabr 2021-ci il tarixli, 286 saylı arayışından məlum olur ki, Ərizəçi xx xxxx 1992-ci ildə anadan olub hal-hazırda Ağdaş Rayon Kotavan kəndində yaşayır və təsərrüfatbaşına kitaba əsasən Ağdaş rayon Kotavan kəndində qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Kotavan Kənd İƏD-si üzrə nümayəndəliyinin 02 mart 2022-ci il tarixli, 38 saylı arayışından məlum olur ki, Maraqlı şəxs4 xx xxxxxx 1966-cı ildə anadan olub hal hazırda təsərrüfatbaşına kitaba əsasən Ağdaş rayon Xınxalı kəndində şəxsi hesab 319 saylı təsərrüfatda qeydiyyatdadır və onunla bərabər adları aşağıda göstərilən vətəndaşlarda həmin təsərrüfatda qeydiyyatdadılar. arvadı: Maraqlı şəxs3 (xx.xx.1969) akt, qardaşı: X10 (12.11.1971) AKT, qardaşı arvadı X12 (0701.1985) AKT, qardaşı oğlu: X15 (26.11.2004), qardaşı qızı: X11 (02.04.2018) azyazlı. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarı ilə Ağdaş rayonu, Xınaxlı kənd ərazisində yerləşən 4.44 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, X4 və X1 birgə mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN 0066 KOD 90309028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin aktda texniki səhvə yol verilərək ərizəçinin adı X2 əvəzinə səhvən X4 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, X4 və X1 birgə mülkiyyətinə verilmiş Ağdaş rayonu, Xınxalı kəndi ərazisində yerləşən 4.44 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair JN 0066 KOD 90309028 dövlət aktının Mamedova (Mirzalıyeva) İlahə Vidadi qızına məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamənin icrası ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar