Məhkəmə qərarları › İş №2(014)-41/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-41/2022

04.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-41/2022 04.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işıq dirəyinin sökülməsi və s. tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işıq dirəyinin sökülməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı bildirdi ki, ekspertiza təyin edildikdən sonra rəyin verilməsi ilə əlaqədar smetanın dəyərini ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddianın predmeti işıq dirəyinin sökülməsi və s. olduğundan, Azərişıq” ASCyə məxsus elektrik dirəyinin İddiaçı mülkiyyətində olan Ağdaş şəhəri, M.Əsədov küçəsində yerləşən 0,051 hektar torpaq sahəsində yerləşib-yerləşməməsini, həmçinin İddiaçı mülkiyyətində olan Ağdaş şəhəri, M.Əsədov küçəsində yerləşən 0,051 hektar torpaq sahəsinin üzərindən "xxxx" ASC-yə məxsus elektrik xətlərinin keçib-keçməməsini müəyyən etmək üçün ekspertiza təyin edilmiş, bundan sonra ekspertiza keçirilmiş və rəyin alınması üçün smetanın dəyərinin ödənilməsi tələb olunmuşdur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq smetanın dəyərini ödəməyə imkanı olmadığını bildirmişdir. Belə olan halda isə iddia ərizəsinə əlavə edilmiş sənədlər kifayət etmədiyindən və rəyin alınması mümkün olmadığından işə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Buna görə də iddia tələblərinə mahiyyəti üzrə hüquqi münasibət bildirmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1 - 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işıq dirəyinin sökülməsi və s. tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar