Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-410/2025 08.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Quliyeva Aidə Binyamin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi, Maraqlı şəxs3 və Maraqlı şəxs2 qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi, Maraqlı şəxs3 və Maraqlı şəxs2 qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 nömrəli qərarı ilə X23, X14, X17, Maraqlı şəxs2 və Maraqlı şəxs3 adına verilmiş JN-124, KOD 90308028 saylı torpağa mülkiyyət hüququna dair dövlət X1na, X8, Ərizəçi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 nömrəli qərarı ilə X18, X8, Ərizəçi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 Ağdaş rayonu Bulaqotağı kəndində JN-124 KOD 90308028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 1.54 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onun tərəfindən əkilib-becərilir. Belə ki, torpağın əkilibbecərilməsinə dair dövlətdən subsidiya almaq istəyən zaman ona məlum oldu ki, dövlət aktının adlı siyahısında Ərizəçi adı səhv yazılmaqla X3 qeyd edilmişdir. Belə ki, həmin yanlışlıqların düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət düzəliş edilməsindən imtina edilmişdir. Hesab edir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən yanlışlığa düzəliş edilməlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Ağdaş rayonu Bulaqotağı kəndində JN-124 KOD 90308028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 1.54 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. X34 onun adı səhvən X2 qeyd edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəmə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, Ərizəçi və onun atası Mürsəl dayı, anası Şamama xalanı tanıyır. Şəmsinin Şamil adında qardaşı olmamışdır. Ümumiyyətlə onun ailəsinə məxsus torpaq sahəsində Şamil sözü səhvən yazılmışdır. Əslində həmin torpaq aktı Şəmsiyə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadə verərək bildirdi ki, ərizəçi onun atasıdır. Mürsəl Hacıyev babası, Şamama Hacıyeva nənəsidir. 3 əmisi və 5 bibisi vardır. Şamil adlı əmisi olmamışdır. Məhkəmə proses iştirakçısının izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli, 3-21-3-35/2-H-0090-8/2024 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən torpaq sahəsinə verilmiş JN-124 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə DTXK-nın Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmişdir. Dövlət aktı tərtib edilən zaman hüquq subyektlərinin ümumbirgə mülkiyyətinə verilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq başqa-başqa subyektlərin mülkiyyətində olan sənddə hər hansı bir düzəlişin və ya hər hansı hüquq sahibinin ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan 13 iyul 1976-cı il tarixdə Ermənistan SSR Vardenis rayonu Zod kənd soveti tərəfindən verilmiş İİ-143331 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 1 iyul 1976-cı il tarixdə Vardenis rayonu Zərkənd kəndində doğulmuş, atası X23, anası isə X11r. İşin materiallarında olan 04 sentyabr 2001-ci il tarixdə Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş Vİİ-№ 323938 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X5 arasında 4 sentyabr 2001-ci il tarixdə 140 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İşin materiallarında olan 27 fevral 1979-cu il tarixdə Ermənistan SSR Vardenis rayonu Zod kənd soveti tərəfindən verilmiş İİ-СЛ 447113 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxxxx 1979-cu il tarixdə Vardenis rayonu Zərkənd kəndində doğulmuş, atası X23, anası isə X11r. İşin materiallarında olan 12 iyul 2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 Mursal oğlu ilə X15 arasındakı nikah 26 dekabr 2022-ci il tarixdə pozulmuşdur. İşin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-124 nömrəli KOD 90308028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X24, X14, X19, Maraqlı şəxs2 Mursəl oğlu və Maraqlı şəxs3 Mursəl qızının mülkiyyətinə Ağdaş rayonu, Bulaqotağı kəndi ərazisində 1.54 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan 31 yanvar 2025-ci il tarixli 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs3 xx xxxx 1982-ci il tarixdə Basarkeçər rayon, Zərkənd kəndində anadan olmuş, atası X23, anası X9r. İşin materiallarında olan Ağdaş rayon İHB-nın Qəsil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli 5-32-12/2-91/2025 saylı arayışdan görünür ki, Ərizəçi hal-hazırda Ağdaş rayon Bulaqotağı kəndində yaşayır və təsərrüfatbaşına kitabda qeydiyyatdadır.
1. Həyat yoldaşı: X12 xx.xx.1987
2. Oğlu: X22 xx.xx.2001
3. Oğlu: X13 xx.xx.2003 İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli 32 saylı arxiv arayışından görünür ki, Ağdaş Rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qəsil kənd Nümayəndəliyinin Bulaqotağı kəndinə aid olan 2001-2002-2003-2004-2005-ci illərin 05saylı təsərrüfatbaşına kitabının 416 saylı təsərrüfatı X16j adına olmaqla təsərrüfatında
1. X23 (ailə başçısı)-üstündən xətt çəkilib xx.xx.1998-ci il tarixdə vəfat etməsi göstərilmişdir.
2. X14 (h.yoldaşı)
3. Ərizəçi-üstündən xətt çəkilib ayrı təsərrüfata keçməsi göstərilmişdir.
4. Maraqlı şəxs2 (oğlu)
5. Maraqlı şəxs3 (qızı)-(köçüb)
6. X12 (gəlini_-üstündən xətt çəkilib ayrı təsərrüfata keçməsi göstərilmişdir.
7. X22 (nəvəsi)-üstündən xətt çəklib ayrı təsərrüfata keçməsi göstərilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli 33 saylı arxiv arayışından görünür ki, Ağdaş Rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qəsil kənd Nümayəndəliyinin Bulaqotağı kəndinə aid olan 2016-2017-2018-2019-2020-ci illərin 06 saylı təsərrüfatbaşına kitabının 412 saylı təsərrüfatı X6 adına olmaqla təsərrüfatında
1. X14 (ailə başçısı)-üstündən xətt çəkilib xx.xx.2017-ci il tarixdə vəfat etməsi göstərilmişdir.
2. Maraqlı şəxs2 (oğlu) İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli 3-16-5/8-13-108/2025 saylı məktubdan görünür ki, “X4” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilə qədər axtarış edilmiş və X23 ilə X6 ailə üzvləri barədə məlumatlar aşkar edilmişdir.
1. Qızı: Maraqlı şəxs3-xx.xx.1982-ci il təvəllüdlü. İşin materiallarında olan Ağdaş RİHB-nın Qəsil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 5-32-12/2-100/2025 saylı məktubdan görünür ki, yaranmış zərurətlə əlaqədar olaraq məktubda adları qeyd olunan Ağdaş rayonu Bulaqotağı kənd sakini olan Ərizəçi atası, X23 və anası X6 qeydiyyatda olduqları Bulaqotağı kəndi üzrə nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabı Ağdaş rayonu, Dövlət Arxivinə təhvil verilmişdir. Odur ki, məktubda adları qeyd olunan şəslərin ailə tərkibi barədə arayışlarını əldə etmək üçün Ağdaş rayonu Dövlət Arxivinə müraciət etməyi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 nömrəli qərarı ilə X18, X8, Ərizəçi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 Ağdaş rayonu Bulaqotağı kəndində JN-124 KOD 90308028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 1.54 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. X34 Ərizəçi adı səhvən “X17” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adları, atalarının adları, soyadları və ya cinsləri onların şəxsiyyətlərini təsdiq edən sənəddə göstərilən adları, atalarının adları, soyadları və ya cinsləri ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi, Maraqlı şəxs3 və Maraqlı şəxs2 qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 nömrəli qərarı ilə X23, X14, X17, Maraqlı şəxs2 və Maraqlı şəxs3 adına Ağdaş rayonu Bulaqotağı kəndində JN-124 KOD 90308028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1, X14, X17, Maraqlı şəxs2 və Maraqlı şəxs3 aid hissədə ona məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi, Maraqlı şəxs3 və Maraqlı şəxs2 qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 nömrəli qərarı ilə X23, X14, X17, Maraqlı şəxs2 və Maraqlı şəxs3 adına Ağdaş rayonu Bulaqotağı kəndində JN-124 KOD 90308028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1, X14, X17, Maraqlı şəxs2 və Maraqlı şəxs3 aid hissədə ona məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Mürsəlova