Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-417/2023 27.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X15 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X15 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 01 avqust 1998-ci il tarixli 15 saylı qərarına əsasən 1,58 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-132 KOD 90308028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. Ərizəçi X4 ilə 09 yanvar 2006-ci ildə evlənərək ailə həyatı qurmuşdur. 2006-ci ildən nikah bağlandıqdan sonra ər soyadını yəni Paşayeva soyadını götürmüşdür. Bacısı X1 Fərasət Fəxrəddin oğlu ilə 10 noyabr 2014-cu ildə evlənərək ailə həyatı qurmuşdur. 2014-ci idən nikah bağlandıqdan sonra ər soyadını yəni Qocayevə götürmüşdür. Lakin həmin dövlət aktında texniki səhvə yol verilərək onlara məxsus dövlət aktında adı X22 kimi yazılıbdır. Hazırda həmin torpaq sahəsini DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində tam mülkiyyət hüququ əsasında adına qeydə aldıraraq müəyyən etmək məqsədi ilə həmin idarəyə müraciət etmişdir. Lakin dövlət aktının adlar siyahısında qeyd edilən səhv olduğundan torpağı qeydə aldıra bilməmişdir. Belə ki, maraqlı orqan həmin buraxılmış yanlışlıqların düzəldilməsi sənəd onlara qədər başqa müvafiq icra orqanı tərəfindən verildiyindən onların səlahiyyətlərinə aid olmadığını bildirmiş, ona görə də mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində yerləşən 1,58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X19, Maraqlı şəxs1, Maraqlı şəxs2, X8 və X5 adına ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-132 KOD 90308028 torpağa mülkiyyət hüququna dair dövlət aktının Maraqlı şəxs1, Maraqlı şəxs2, X15 və Ərizəçi məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Ona görədə hazırkı ərizə ilə məhkəməyə müraciət edirlər. Ərizəçi məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, o, sənədin məxsus olma faktının müəyyən edilməsinə dair ərizə ilə Ağdaş Rayon Məhkəməsinə müraciyyət etmişdir. Lakin iddia ərizəsində xahiş edirəm hissəsində məhrum atası X11 göstərməmişdir. Ərizənin xahiş edirəm hissəsində birgə mülkiyyətinə verilməsinə dair JN-132 KOD 90308028 torpağa mülkiyyət hüququna dair dövlət aktının Maraqlı şəxs1, Maraqlı şəxs2, X19, X15 və Ərizəçi məxsus olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 izahat verərək ərizənin təmin olunmasına etiraz etmədilər. Maraqlı şəxs X15 məhkəməyə ərizə ünvanlayaraq, ərizənin təmin edilməsinə etirazının olmadığını bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə digər maraqlı şəxslərın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçi və onun ailə üzvlərinin adına dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçinin adı və soyadı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 da özündən əvvəl ifadə vermiş şahid X16 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-132 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, X19, Maraqlı şəxs1, Maraqlı şəxs2, X8, X6 Ağdaş rayonunun Bulaqotağı kəndindən 1,58 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21-3-35/2-P-0001-8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 oktyabr 2008-ci il tarixli, AZ-İ № 325338 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X19 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qəsil kənd icra nümayəndəliyi tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli, AZ-T № 215304 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 xx xxxxxx 1980-ci il tarixdə Ağdaş rayonunun Bulaqotağı kəndində anadan olmuş, atası X19, anası isə Maraqlı şəxs1dır. İşin materiallarında olan Ağdaş rayon Qəsil kənd soveti tərəfindən verilmiş 24 aprel 1984-cü il tarixli, X-JQ № 254292 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 xx xxxx 1984-cü il tarixdə Ağdaş rayonunun Bulaqotağı kəndində anadan olmuş, atası X19, anası isə Maraqlı şəxs1dır. İşin materiallarında olan Ağdaş rayon Qəsil kənd XDS tərəfindən verilmiş 12 oktyabr 1978-ci il tarixli, V-JQ № 456186 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxxxx 1978-ci il tarixdə Ağdaş rayonunun Bulaqotağı kəndində anadan olmuş, atası X19, anası isə Maraqlı şəxs1dır. İşin materiallarında olan Ağdaş rayon Qəsil kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş 09 yanvar 2006-cı il tarixli, AZ-İ № 213512 saylı nikahın haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 ilə X10 09 yanvar 2006-cı il tarixdə 01 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Paşayeva soyadı verilmişdir. İşin materiallarında olan Qəbələ rayon Kürd kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 10 noyabr 2014-cü il tarixli, AZ-İ № 998055 saylı nikahın haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 ilə X12 10 noyabr 2014-cü il tarixdə 16 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Qocayeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Ağdaş rayonunun Bulaqotağı kəndində anadan olmaqla, Ağdaş rayonunun Bulaqotağı kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1943-cü il tarixdə Ağdaş rayonunun Qəsil kəndində anadan olmaqla, Ağdaş rayonunun Bulaqotağı kəndində qeydiyyatdadır. İşin materiallarında olan Səyyar ASAN9 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1978-ci il tarixdə Ağdaş rayonunun Bulaqotağı kəndində anadan olmaqla, Ağdaş rayonunun Bulaqotağı kəndində qeydiyyatdadır. İşin materiallarında olan ASAN Qəbələ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1984-cü il tarixdə Ağdaş rayonunun Bulaqotağı kəndində anadan olmaqla, Ağdaş rayonunun Bulaqotağı kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında Ərizəçi izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi adı və soyadı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 01 avqust 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair JN-132 nömrəli (kod ********) Dövlət aktında texniki səhv olaraq “Ərizəçi” əvəzinə “X8” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 15 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı və soyadı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli, 15 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-132 nömrəli (kod ********) Dövlət aktının Maraqlı şəxs1, Maraqlı şəxs2, X19, X15 və Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X15 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli, 15 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-132 nömrəli (kod ********) Dövlət aktının Maraqlı şəxs1, Maraqlı şəxs2, X19, X15 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-417/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-417/2023
27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver