Məhkəmə qərarları › İş №2(014)-421/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-421/2022

07.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-421/2022 07.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs1 və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarına əsasən 1.46 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-271 KOD 90317038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. X3 04 avqust 2014-cü ildə beyinə qansızma səbəbindən vəfat etmişdir. X8, Maraqlı şəxs1 Əleysa qızı, Ərizəçi adına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarına əsasən 1.46 hektar kənd təsərrüfatı məhsulları üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-271 KOD 90317038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. Həmin JN-271 KOD 90317038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında onun adı Ərizəçi olduğu halda səhvən “X4” kimi qeyd edilmişdir. Hazırda həmin JN-271 KOD 90317038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında buraxılmış yalnışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, Ağdaş rayonu, Aral Bir kəndi ərazisində yerləşən 1.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X8, Maraqlı şəxs1 Əleysa qızı, X2 mülkiyyətinə verilməsinə dair JN-271 KOD 90317038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının X8, Maraqlı şəxs1 Əleysa qızı, Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını, iddianı qəbul etdiyini və iddianın təmin edilməsini xahiş etmişdir, məhkəmə Maraqlı şəxs1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi X8 ilə həmkəndlidir. X11 Ərizəçi, Səlimov Kamil, Səlimov Kamran, Səlimova Mahizər və Maraqlı şəxs1 adlı beş övladı olmuş, lakin X4 adlı övladı olmamışdır. İş üzrə şahid X10 məhkəmə iclasında ifadə verərək bildirdi ki, X8 ilə həmkəndlidir. Əleysa Səlimovun 3 oğlu və 2 qızı var, Sevinc adlı qızı olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs1 atası X6r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi X3dur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan JN-271 KOD 90317038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə 1.46 hektar torpaq sahəsi X8 və ailə üzvləri olan Maraqlı şəxs1, X2 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 04.08.2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən iş üzrə maraqlı şəxs X1 ünvanlanmış 25 noyabr 2021-ci il tarixli **********91 №-li məktubdan görünür ki, JN-271 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Birinci Aral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 67 nömrəli 10.03.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X8nun ailəsində X4 adlı şəxs olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayonu, Aral Bir kəndi ərazisində yerləşən 1.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X8, Maraqlı şəxs1 Əleysa qızı, X2 mülkiyyətinə verilməsinə dair JN-271 KOD 90317038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının X8, Maraqlı şəxs1 Əleysa qızı, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar