Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-445/2024 20.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdaş şəhərində yerləşən fərdi yaşayış evində hazırda ailəsi ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evinin enerji təchizatı üçün "xxxx" ASC-nin X7 müraciət etdikdən sonra nəzarət ölçü cihazı quraşdırılmış və aylıq istehlak etdiyi enerjinin həcmi həmin sayğac vasitəsilə həyata keçirilir. Hər ay da aidiyyatı sahə nəzarətçisinin təqdim etdiyi hesab bildiriş üzrə tərəfindən ödənişlər edilmişdir. 2023cü ilin avqus ayı üçün bildiriş verilərkən məlum oldu ki, onun hesabına aylıq sərfıyyatdan əlavə 1139.07 manat həcmində mənbəyi məlum olmyana borc gəlmişdir. Bununla əlaqədar olaraq yerli X4muş və ona guya mənzildə sayğacdan kənar xətlə uçotsuz elektrik enerjisindən istifadə etdiyi bildirilmişdir. Lakin tərəfin bildirdiyi fikirlər tamamilə yalandır və belə bir hal mövcud olmamışdır. Dəfələrlə həmin müəssisəyə gedərək məsələnin araşdırılmasını təkid etsə də buna heç bir məhəl qoyulmamışdır. Sonda ona hazırda məhkəməyə təqdim etdiyi aktın surətini vermişlər. Təqdim edilən və birtərəfli qaydada tərtib edilmiş 18 avqust 2023-cü il tarixli akt göstərilmişdir ki. abonent giriş xəttini zədələyərək çıxış xəttə qoşaraq kənar xətdən istifadə edir, lakin heç bir halda həmin aktda onun iştirakı təmin edilməmişdir. Abonent hesabından çıxarışdan məlum olmuşdur ki. cavabdeh təşkilat ona akt əsasında 0.13 qəpikdən hesablanmaqla 1139.07 manat cərimə tətbiq edilmişdir. Təqdim edilən hesabdan çıxarışdan göründüyü kimi hər ay ödənişləri olmuşdur. Bununla belə qanunsuz olaraq ona 1139.07 manat cərimə hesablandığı və ödəməli olduğu bildirilir. Belə bir vəziyyət o qənaətə gəlməyə əsas verir ki, ictimai yolda olan hər hansısa zədələnmə halı əgər mövcud olubsa onda həmin qanunsuz əməllərə elə həmin təşkilatın nümayəndələri yol vermişdir. Akt tərtib edilərkən onun və şahidlərin iştirakı təmin edilməmiş, sayğacda olan hər hansı nasazlıqdan məlumatı olmamışdır. Cavabdehin nümayəndələri tərəfindən onun yaşadığı ev üçün quraşdırılmış elektrik sayğacına ayda 2 dəfə baxış keçirilir, sərfıyyat barədə bildiriş ona təqdim edilir. Əgər cavabdehin iddia etdiyi kimi hər hansı bir qüsur olsaydı, bunun olmasını dərhal aşkar edərdi. İstifadə etdiyi enerjinin dəyərini göstəricilərə uyğun və tam şəkildə mütamadi olaraq tərəfindən ödənilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 18 avqust 2023-cü il tarixli akt əsasında əsassız hesablanmış 1139.07 manat borcun abonent kodundan silinməsi barədə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı Ağdaş şəhəri Yusif Nəbiyev küçəsi 25 ünvanında yaşayan X1 cavabdeh Azərişıq” ASC-yə qarşı “xx.xx.2023-cü il tarixdə tərtib edilmiş NDM serialı 033463 saylı Akta əsasərt hesablanmış 1139,97 manat cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək iddianın təmin olunması barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 iddiasını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı X2 elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Proqram bazasında” **********03934 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Ağdaş şəhəri Yusif Nəbiyev küçəsi 25 ünvanında yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2020-ci il tarixdən bu günə kimi yaşayış evinə quraşdırılmış ÜĞ6803V10 tipli, zavod nömrəsi №66814129M olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət idarəsinin əməkdaşları R.Musayev və E.Cavadov tərəfindən “EEİQ”nın tələblərinə uyğun olaraq iddiaçı Ç.A.Cəbrayilovun Ağdaş şəhəri Yusif Nəbiyev küçəsi 25 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik hesablama sayğacının giriş xəttinin zədələyərək çıxış xəttə qoşaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. “Kənar xətt”dən keçən yük ölçüldükdə yükün 6,5 amper olması müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar iddiaçı Ç.A.Cəbrayilov barəsində “EEİQ”nın tələblərinə uyğun olaraq Akt NDM № 033463 saylı akt tərtib edilmişdir. Aktın tələb hissəsində “kənar xətt” ləğv edilsin və uçot dəsti bərpa olunsun qeydiyyatı aparılmışdır. İddiaçı Ç.A.Cəbrayilov ona məxsus elektrik hesablama sayğacına baxış keçirilməsində və pozuntu faktı ilə əlaqədar Akt tərtib edilməsində iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Bu barədə aktin müvafiq hissəsində enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə müvafiq qeydiyyat aparılmışdır. Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Akta əsasən “Mərkəzi Aran” RETSİ də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 365 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 1139,97 manat təşkil edən 8769 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır. 1,43 kvt x 24 saat x 0.7 x 365gün = 8769 kvt, 8769 kvt x 0.13 = 1139,97 man, Cəmi = 1139,97 manat. Bildirirəm ki iddiaçı Ç.A.Cəbrayilov barəsində Akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Akt və akt əsasında hesabat “Qaydalar”-ın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. İddiaçı Ağdaş şəhəri Yusif Nəbiyev küçəsi 25 ünvanında yaşayan X2 cavabdeh Azərişıq” ASC-yə qarşı xx.xx.2023-cü il tarixdə tərtib edilmiş NDM serialı 033463 saylı akta əsasən qanunsuz yazılmış 1139,97 manat borcun silinməsi tələbinə dair iddiası əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə ünvanlayaraq, iddia ərizəsi üzrə xx.xx.2024-cü il tarixə, saat 10:00-a təyin edilmiş baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini, cavabdeh tərəfin etiraz ərizəsində göstərdiklərini qəbul etmədiyini və heç bir hüquqi əsası olmadığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan "xxxx" ASC-nin 18 avqust 2023-cü il tarixli, NDM serialı 033463 saylı aktdan görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə verilən elektrik enerjisinin sayğacına baxış keçirilən zaman akt tərtib edilmiş, həmin aktı hər 2-i "xxxx" ASC-nin əməkdaşı olmaqla cəmi 2 nəfər imzalamışdır. Həmin aktda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət idarəsinin əməkdaşları R.Musayev və E.Cavadov tərəfindən “EEİQ”nın tələblərinə uyğun olaraq iddiaçı Ç.A.Cəbrayilovun Ağdaş şəhəri Yusif Nəbiyev küçəsi 25 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik hesablama sayğacının giriş xəttinin zədələyərək çıxış xəttə qoşaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. “Kənar xətt”dən keçən yük ölçüldükdə yükün 6,5 amper olması müəyyən edilmişdir. İşin materiallarında olan İddiaçı adına olan cavabdeh təşkilat tərəfindən verilmiş **********03934 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, iddiaçının Ağdaş şəhəri Yusif Nəbiyev küçəsi 25 ünvanında elektrik sayğac sonuncu dəfə xx.xx.2020-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. Abonentin akta əsasən borcu 1139,97 manat təşkil edir. Həmçinin, **********03934 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, 18 avqust 2023-cü il tarixdə sayğaca baxış keçirilərək borc hesablanmışdır. İşin materiallarında olan “Mərkəzi Aran” RETSİ də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, 18 avqust 2023-cü il tarixli, NDM serialı 033463 saylı akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 365 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 1139,97 manat təşkil edən 8769 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat üzrə borc 1,43 kvt x 24 saat x 0.7 x 365gün = 8769 kvt, 8769 kvt x 0.13 = 1139,97 man, Cəmi = 1139,97 manat aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının elektrik enerjisinin ölkədaxili tariflərinə dair 16 oktyabr 2021-ci il tarixli, 14 nömrəli Qərarının 4.1-ci bəndinə əsasən elektrik enerjisinin əhali üçün tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9 qəpik və aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13 qəpik müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının yaşadığı Ağdaş şəhəri Yusif Nəbiyev küçəsi 25 ünvanında elektrik sayğacı quraşdırılmış, həmin sayğaca 18 avqust 2023-cü il tarixdə baxış keçirilən zaman sayğaca abonent tərəfindən müdaxilə olunduğu aşkar edilmişdir. Bundan sonra ona 365 gün nəzərə alınmaqla borc hesablanmışdır. Halbuki, **********03934 saylı kod üzrə abunə haqqı barədə məlumatdan görünür ki, abonentin sayğacına bu fakt müəyyən edildikdən 8 gün əvvəl, yəni 10 avqust 2023-cü il tarixdə baxış keçirilmiş və həmin tarixdə sayğaca müdaxilə və s. nöqsan olmamışdır. Belə olan halda isə abonentə nöqsanın aşkar olunduğu tarixdən üç ay əvvələ borc hesablanması qanunsuz olmuş və yalnız sonuncu baxışdan faktın aşkar olunduğu tarixədək cərimə hesablana bilərdi. Belə ki, Qaydaların 8.15-ci bəndində də hesablaşmanın 90 gün üçün aparılması deyil, üç aydan çox olmayan müddətdə yenidən hesablanması nəzərə tutulmuşdur. Həmçinin, hesablaşma aparılarkən "xxxx" ASC nəzərə almalı idi ki, Qaydaların 8.2ci bəndinə əsasən hesablaşma dövrü 1 ay qəbul olunduğundan, onların əməkdaşları bir vəzifə olaraq hər ay sayğaca baxış keçirməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən abonentə 1139,07 manat borc hesablanmasına baxmayaraq, abonentin üzərində yalnız son 1 (bir) ay borcu saxlanılmalı, qalan borc əsassız olduğundan silinməlidir. Cavabdeh orqanın etirazında istinad etdiyi düstur əsasında hesablanmaqla (365 gün üçün 8769 kvts olduğundan, 1 (bir) ay üçün 720,73 kvts olmalı, iddiaçıya 1 (bir) ay üçün hesablanmalı olan məbləğ isə 93,62 manat təşkil edir. Göründüyü kimi akt üzrə hesablanmış borc 93,62 manat hissədə əsaslı olmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı **********03934 saylı abonent koduna hesablanmış 1045,45 (min qırx beş manat qırx beş qəpik) manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı **********03934 saylı abonent hesabına 18 avqust 2023-cü il tarixli, NDM serialı 033463 saylı akt əsasında hesablanmış 1045,45 (min qırx beş manat qırx beş qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-445/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-445/2024
20.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver