Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-446/2021 26.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh “xxxx” ASC-in nümayəndəsi M.Məmmədovun iştirakı ilə İddiaçı “xxxx” ASC-yə qarşı 191035 saylı,xx xxxxxxxx 2020-ci il tarixli AKT R ilə əlavə hesablanmış borcun silinməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı 191035 saylı,xx xxxxxxxx 2020-ci il tarixli AKT R ilə əlavə hesablanmış borcun silinməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqan “xxxx” ASC-nin 191035 saylı,xx xxxxxxxx 2020-ci il tarixli AKT R əsasən, yəni qanunsuz olmaqla hesablanaraq onun **********65 saylı abonent koduna vurulmuş 959 manat 40 qəpik pulun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Abad kəndində özünə məxsus evdə yaşayır. Yaşadığı evə quraşdırıbmış elektrik sayğacı ona məxsus həyətin divarının küçə hissəsində quraşdırılmışdır. Quraşdırılmış elektrik sayğacına həmin ərazinin nəzarətçisi tərəfindən mütəmadi baxış keçirilmiş, istifadə olunan elektrik enerjisinə görə bildirişi ona təqdim etmişdir və sayğacda hər hansı nasazlığın olması və ya kənar müdaxilə barədə ona bildirilməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə yaşayış evinə gələn elektrik naqilində qəflətən qısa qapanma baş vermişdir. O, rayon Elektrik şəbəkəsinin telefon nömrəsini və qaynar xəttini bilmədiyinə görə həmin elektrik xəttində baş vermiş qısa qapanmanın harada və hansı səbəblərdən baş verdiyini müəyyən edərək aradan qaldırılması üçün dərhal elektrik xəttini sayğacdan açar vasitəsi ilə ayrmışdır. Gecə qaranlıq olduğundan və işıq olmadan baş vermiş qəzanı aradan qaldırmaq mümkün olmadığına görə müvəqqəti olaraq sayğacın giriş hissəsindən xətt götürərək həyəti işıqlandıraraq xəttə baş vermiş qəzanı taparaq bərpa edəndən sonra cavabdeh Cəmiyyətin gecə reydində olan əməkdaşları onun sayğacına baxış keçirdilər. O, özü onlara hadisəni olduğu kimi danışdı və elə həmin gün axşam qoşduğu əlavə xətti kəsərkən onlar bu barədə akt tərtib etdilər və ondan həmin akta imza etməyi tələb etdilər. O, həmin xətti həmin gün onlar gəlməmişdən heç yarım saat olmazdı ki, baş vermiş qəzanın aradan qaldırılması üçün müvəqqəti çəkdiyini onlara bir daha xatırladaraq xəttə qəza olan hissəni onlara göstərməyini və onların baxmasını xahiş etsə də onlar bununla razılaşmadılar və heç həmin hissəyə baxış belə keçirmədilər. Ona görə də o, həmin aktı imzalamaqdan haqlı olaraq imtina etmişdir. Sonradan o, X3 ilə əlaqədar abunə haqqında saldonu və sərfiyyat barədə bildirişi əldə edəndə ona məlum olmuşdur ki, cavabdeh orqan tərəfindən ona yarımsaatlıq əlavə xəttə görə qanunsuz olaraq 959,44 manat borc yazılmış və onun **********65 saylı abonent koduna vurulmuşdur. Hamıya aydındır ki, fərdi yaşayış evində yarım saat ərzində heç kəs 959.44 manat dəyərində X3 edə bilməz. Göründüyü kimi, cavabdeh orqanın əməkdaşları yuxarıda qeyd etdiyi faktiki halları yerində tam və ətraflı araşdırmadan əlavə xətti aşkar etdiklərinə görə ona əsassız və ədalətsiz hesab etdiyi həddindən artıq şişirdilmiş cərimə yazmaqla onlara verilmiş hüquqlardan sui istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «X2ydaları»nın müddəalarını, eləcə də istehlakçı kimi mənim qanunla qorunan hüquqlarımı kobudcasına pozmuşdur ki, bu da yolverilməzdir. Bildirir ki, o, heç vaxt kənar xətt vasitəsi ilə X3 etməmiş və etsəydi belə bu nəzarətçi tərəfindən dərhal aşkar olunardı. Ona görə də hesab edir ki, həmin akt cavabdeh orqanın əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib edilmiş və həmin akta əsasən 959,44 manat itirilmiş enerjisinin dəyəri qanunsuz olaraq hesablanaraq onun abunə koduna vurulmuşdur ki, bu da istehlakçı kimi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, xx xxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin təsis etdiyi “Mərkəzi Aran RETSİ” struktur tərkibində fəaliyyət göstərən Ağdaş EŞ-nin əməkdaşları aparıcı mühəndis Sədi Şıxıyev, mühəndis Laçın Yusifov və nəzarətçi mühəndis Əli Abdullayev tərəfindən X4 xidməti ərazisinə daxil olan Abad kəndində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən elektrik X1 riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin kənar xətt vasitəsi ilə elektrik enerjisndən istifadə etməsi və enerji uçotunun pozulması faktı müəyyən edilmişdir. Kənar xətdən axan cərəyanın yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa ” ilə ölçüldükdə yükün 1,6 kvt təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Poroqram bazası”nda **********5 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X2ydaları”nın pozulması haqqında 178742 nömrəli Akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “Qüsur aradan qaldırılsın.Hesablanacaq məbləğ ödənilsin. Əks halda enerji verilişi dayandırılsın” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinir əməkdaşları tərəfindən imzalanmışdır.Aktın tərtibatında İddiaçı oğlı iştirak etmiş, lakin aktı imza etməkdən imtina etmişdir. Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən xx.xx.2020-ci i tarixli, AKT R N° 178742 saylı akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 30 gün gün müddətin? hesablama aparılaraq dəyəri 76,66 manat təşkil edən 806 kvt.saat miqdarında itirilmiş elektrik enerjis bərpa edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə xxxx” ASC-nin təsis etdiyi Ağdaş EŞ-nin Balans şöbəsini rəisi Äriz İbrahimov, aparıcı mühəndis Sədi Şıxıyev və nəzarərçi mühəndis Vüqar Əliyev tərəfindən abonent İddiaçı yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman “abonenetin sayğacı dövriyyədən çıxararaq kənar xətdən birbaşa istifadə etməklə oğurluq yolu ilə X3 etməsi’ faktı müəyyən edilmişdir. Kənar xətdən axan cərəyanın yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa ” ilə ölçüldükdə yükün 3,1 kvt təşkil etdiyi müəyyən edilmişdir. Pozuntu faktı ilə əlaqədar İddiaçı barəsində “X2ydaları”nın pozulması haqqında AKT R N° 191035 nömrəli Akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “Qüsur aradan qaldırılsın.Enerji verilişi dayandırılsın. Hesablanacaq məbləğ ödənilsin. Daha sonra enerji verilişi bərpa edilsin.” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları, eyni zamanda iki hal şahidi Sənan Həşimov və Mabud Kərimov tərəfindən imzalanmışdır. Məhkəmənin nəzərinə çatdırıram ki, İddiaçı yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış xx.xx.2020-ci il tarixdə səhər saat 0635 radələrində keçirilmişdir.İddiaçının baxışda iştirak etməsi üçün onun həyət darvazası enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən döyülməsinə baxmayaraq sonuncu çağırışa cavab verməyərək evdən çölə çıxmamışdır. Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Çəkilişdə enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən yaşayış evini elektrik enerjisi ilə təchiz edən “smart kart” tipli elektrik hesablama sayğacının giriş xətləri açılmasına baxmayaraq yaşayış evində işıq yandığı, iddiaçı əməkdaşlar tərəfindən çölə çıxması xahiş edilməsinə baxmayaraq onun çölə çıxmaması və çağırışdan sonra yaşayış evində işığın sönməsi müşahidə edilmişdir. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən ‘Aktlar üzrə Komissiya” tərəfindən xx.xx.2020-ci il tarixli, AKT R N° 191035 saylı akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 180 gün müddətinə hesablama aparılaraq dəyəri 959,14 manat təşkil edən 9374 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər-hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Belə ki, X2ydalarının 8.32-ci bəndinə əsasən “Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X3yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X3 edildiyi nəzərə alınmaqla hesabat aparılır". Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materialları ilə müəyyən olunur ki, xx xxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin təsis etdiyi “Mərkəzi Aran RETSİ” struktur tərkibində fəaliyyət göstərən Ağdaş EŞ-nin əməkdaşları aparıcı mühəndis Sədi Şıxıyev, mühəndis Laçın Yusifov və nəzarətçi mühəndis Əli Abdullayev tərəfindən X4 xidməti ərazisinə daxil olan Abad kəndində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən elektrik X1 riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin kənar xətt vasitəsi ilə elektrik enerjisndən istifadə etməsi və enerji uçotunun pozulması faktı müəyyən edilmişdir. Kənar xətdən axan cərəyanın yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa ” ilə ölçüldükdə yükün 1,6 kvt təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞnin “Poroqram bazası”nda **********5 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X2ydaları”nın pozulması haqqında 178742 nömrəli Akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “Qüsur aradan qaldırılsın.Hesablanacaq məbləğ ödənilsin. Əks halda enerji verilişi dayandırılsın” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinir əməkdaşları tərəfindən imzalanmışdır.Aktın tərtibatında İddiaçı oğlı iştirak etmiş, lakin aktı imza etməkdən imtina etmişdir. Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən xx.xx.2020-ci i tarixli, AKT R N° 178742 saylı akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 30 gün gün müddətin? hesablama aparılaraq dəyəri 76,66 manat təşkil edən 806 kvt.saat miqdarında itirilmiş elektrik enerjis bərpa edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə xxxx” ASC-nin təsis etdiyi Ağdaş EŞ-nin Balans şöbəsini rəisi Äriz İbrahimov, aparıcı mühəndis Sədi Şıxıyev və nəzarərçi mühəndis Vüqar Əliyev tərəfindən abonent İddiaçı yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman “abonenetin sayğacı dövriyyədən çıxararaq kənar xətdən birbaşa istifadə etməklə oğurluq yolu ilə X3 etməsi’ faktı müəyyən edilmişdir. Kənar xətdən axan cərəyanın yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa ” ilə ölçüldükdə yükün 3,1 kvt təşkil etdiyi müəyyən edilmişdir. Pozuntu faktı ilə əlaqədar İddiaçı barəsində “X2ydaları”nın pozulması haqqında AKT R N° 191035 nömrəli Akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “Qüsur aradan qaldırılsın.Enerji verilişi dayandırılsın. Hesablanacaq məbləğ ödənilsin. Daha sonra enerji verilişi bərpa edilsin.” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları, eyni zamanda iki hal şahidi Sənan Həşimov və Mabud Kərimov tərəfindən imzalanmışdır. Məhkəmənin nəzərinə çatdırıram ki, İddiaçı yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış xx.xx.2020-ci il tarixdə səhər saat 0635 radələrində keçirilmişdir.İddiaçının baxışda iştirak etməsi üçün onun həyət darvazası enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən döyülməsinə baxmayaraq sonuncu çağırışa cavab verməyərək evdən çölə çıxmamışdır. Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Çəkilişdə enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən yaşayış evini elektrik enerjisi ilə təchiz edən “smart kart” tipli elektrik hesablama sayğacının giriş xətləri açılmasına baxmayaraq yaşayış evində işıq yandığı, iddiaçı əməkdaşlar tərəfindən çölə çıxması xahiş edilməsinə baxmayaraq onun çölə çıxmaması və çağırışdan sonra yaşayış evində işığın sönməsi müşahidə edilmişdir. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən ‘Aktlar üzrə Komissiya” tərəfindən xx.xx.2020-ci il tarixli, AKT R N° 191035 saylı akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 180 gün müddətinə hesablama aparılaraq dəyəri 959,14 manat təşkil edən 9374 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2ydaları”nın 8.32-ci bəndinə əsasən Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X3yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X3 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə iclasında müəyyən olundu ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən Ağdaş rayonunun Abad kəndində yaşayan elektrik enerjisi istehlakçıları tərəfindən elektrik X1 riayət edilməsi vəziyyəti yoxlanılarkən iddiaçının yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilən zaman İddiaçı yaşadığı evdə abonenetin sayğacı dövriyyədən çıxararaq kənar xətdən birbaşa istifadə etməklə oğurluq yolu ilə X3 etməsi aşkar edilmişdir. Kənar elektrik xəttinin iddiaçı tərəfindən istifadəsi nəticəsində 9374 kvt.saat miqdarında itirilmiş elektrik enerjisinin olduğu müəyyən edilmiş və buna əsasən iddiaçıya 959,14 manat borc yazılmışdır. İddiaçı aşkar edilmiş kənar xətdən cəmi bir gün istifadə etdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı 191035 saylı,xx xxxxxxxx 2020-ci il tarixli AKT R ilə əlavə hesablanmış borcun silinməsi tələbi haqqında iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-446/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-446/2021
26.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver