Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-463/2023 14.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dаir işə 14 mart 2023-cü il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Qaradeyin kəndində torpaq islahatları aparan zaman onlara verilmiş 0.15 hektar həyətyanı torpaq sahəsinin və həmin torpağa DTXK-nın Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN- 132A saylı Kod 90320028 ilə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması hüquqi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Qaradeyin kəndindən torpaq islahatları aparan zaman 0.15 hektar həyətyanı torpaq sahəsi verilmiş, həmin torpağa DTXK-nın Ağdaş rayon şöbəsi tərəfindən JN-132A saylı Kod 90320028 ilə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə onun adı Ərizəçi1 olduğu halda səhvən texniki səhv olaraq X1 qeyd edilmişdir. Onlar çıxarış almaq üçün AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, həmin orqan onlara sözügedən şəhadətnamədə göstərilən səhvlərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olduqlarını bildirmişdir. Belə ki, həqiqətən də onun yəni Ərizəçi1 şəxsiyyət vəsiqəsində, doğum şəhadətnaməsində və digər hüquqi sənədlərdə göstərilən ad, soyad və ata adları ilə sözügedən şəhadətnamədə göstərilən ad, soyad və ata adlarında fərqlilik vardır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər Ərizəçi3 və Ərizəçi2 məhkəmə iclasında Ərizəçi1 izahatına uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı orqan ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı orqan məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə maraqlı orqan nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçilərinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 oğlu xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi3 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli 05/Q-666/14 saylı doğum haqqında arayışdan məlum olur ki, Ərizəçi1 xx.xx.1995-ci ildə Ağdaş rayonu Qaradeyin kəndində anadan olmuşdur. Atası Ərizəçi3, anası Ərizəçi2dır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********40 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu Qaradeyin kəndində yerləşən 0.15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır. Ərizənizlə bağlı ərazi idarəsinin arxiv materillarına istinadən məlumat olaraq bildirir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş, DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-132A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin subyektlər siyahısında göstərilən “X5” adı ilə, şəxsiyyət vəsiqəsindəki “Ərizəçi1” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfidən verilmiş xx.xx.2021-ci il tarixli 434 saylı arayışdan məlum olur ki, Qaradeyin kəndində qeydiyyatda olan və hal-hazırda Ağdaş rayonu Bulaqotağı kəndində yaşayan xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi3 AR DT və XK-si tərəfindən ona verilmiş JN-132A KOD 90320028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin adlı siyahısında texniki səhvlərə yol verilmişdir. Belə ki, Ərizəçi3 əvəzinə olmalıdır Ərizəçi3, Ərizəçi2 əvəzinə olmalıdır Ərizəçi2, X5 əvəzinə olmalıdır Ərizəçi1. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən xx.xx.1998-cı il tarixli 19 saylı torpağın mülkiyyətə verilməsinə dair JN:132F saylı (kod ********) şəhadətnaməyə əsasən Ərizəçi3, Ərizəçi2 və X3 Ağdaş rayon Qaradeyin kəndində 0.15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ 404939 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi1 ilə X4 nikahlarını xx.xx.2021-ci il tarixdə bağlamışlar. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 19 saylı qərar ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN:132A saylı (kod ********) şəhadətnaməyə əsasən Ərizəçi3, Ərizəçi2 və X3 Ağdaş rayon Qaradeyin kəndində 0.15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə səhvə yol verilərək Ərizəçi1 əvəzinə səhvən X5 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi3, Ərizəçi2 və X2 mülkiyyətinə verilmiş Ağdaş rayon Qaradeyin kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinə dair JN:132A saylı KOD 90320028 saylı şəhadətnamənin Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-463/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-463/2023
14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver