Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-468/2021 28.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Qarayev Orxan Sərxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh və Ağdaş rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 sentyabr 2007-ci ildə vəfat etmiş X11 vəfatından sonra ondan miras qalmış əmlakın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması, X11 vəfatından sonra ondan miras olaraq qalmış Ağdaş Şəhəri, H.Əliyev pr. ev 178 A, mənzil 2-də yerləşən ümumi sahəsi 17,3 kvadratmetr olan mənzilin X3 tərəfindən miras əmlak kimi qəbul olunmasının müəyyən edilməsinə, Ağdaş şəhəri, H.Əliyev pr. ev 178 A, mənzil 2-də yerləşən ümumi sahəsi 17,3 kvadratmetr olan mənzilin X3 tərəfindən miras əmlak kimi qəbul olunması nəzərə alınaraq onun anasının birinci növbə vərəsəsi kimi anası tərəfindən qəbul olunmuş miras əmlakın anasının ölümündən sonra onun tərəfindən qəbul olunmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1970-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. X2 və X15 olmuşdur. Məhkəməyə bu iddia tələbi ilə müraciət etməyinin səbəbi anasının xalası X8 miras əmlak kimi qalmış Ağdaş şəhəri, H.Əliyev pr.ev 178 A, mənzil 2-də yerləşən ümumi sahəsi 17,3 kvadratmetr olan mənzildir. Anasının xalası X11 doğum akt qeyd aşkar edilməmişdir. X17 ailə qurmamışdır. Odur ki, onun nikah akt qeydi də aşkar edilməmişdir. X17 21 sentyabr 2007-ci ildə beyninə qansızma nəticəsində Ağdaş şəhərində vəfat etmişdir. X11 vəfatından sonra ondaş Ağdaş şəhəri, H.Əliyev pr.ev 178 A, mənzil 2-də yerləşən ümumi sahəsi 17,3 kvadratmetr olan mənzilə dair hər hansı vəsiyyətnamə qoyulmamışdır. X11 vəfatından sonra qanun üzrə vərəsə kimi yalnız mərhumun ikinci növbə vərəsəsi olan X3 qalmışdır. X3 xalası X8 miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş və idarə etməyə başlamışdır. Laki müvafiq sənədləşmələrlə bağlı anası miras qalmış əmlakı adına keçirə bilməmişdir. Anası məhkəmə yolu ilə xalası X17 ilə qohumluq faktını müəyyən etdirmişdir. Bu barədə Ağdaş Rayon Məhkəməsinin 03 iyul 2008-ci il tarixli qətnaməsi mövcuddur. Daha sonra anası miras əmlakla bağlı müvafiq sənədləşmə işlərini həyata keçirmək istəsə də, sənədlərlə bağlı çatışmazlıqlar olduğu üçün tam həyata keçirə bilməmişdir. X3 26 dekabr 2017-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra onun birinci növbə vərəsəsi olaraq o və bacısı Cavabdeh qalmışdır. Anasının valideynləri və atası vəfat etmişdir. Qanun mirasın qəbulunun 2 formasını müəyyən etmişdir: 1) vərəsənin notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da miras qəbul etdiyini şəksiz nümayiş etdirməsi. Anası xalası X8 miras qalmış əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Anası ilə xalası X17 arasında qohumluq faktının müəyyən edilməsi barədə Ağdaş Rayon Məhkəməsinin 03 iyul 2008-ci il tarixli qətnaməsindən də aydın görünür ki, anası xalasından miras qalmış mənzili faktik olaraq miras kimi qəbul etmiş və üzərində sahiblik etmişdir. Lakin mənzilə dair sənədləşmələri həyata keçirə bilməmişdir. Hətta miras qoyan X17 ölməmişdən öncə 2004-cü ildə mülkiyyətində olan mənzilə dair sənədləşməni həyata keçirmək istəmiş, lakin bu mümkün olmamışdır. Anasının vəfatından sonra onun birinci növbə vərəsələri o və bacısı olan cavabdeh qalmışdır. Lakin anasının xalasının ölümündən sonra qalmış miras qalmış və anası tərəfindən sağlığında faktiki qəbul edilmiş Ağdaş şəhəri, H.Əliyev pr.ev 178 A, mənzil 2-də yerləşən ümumi sahəsi 17,3 kvadratmetr olan mənzili anasının vəfatından sonra da o faktik olaraq miras kimi qəbul etmiş və üzərində sahiblik etmişdir. Lakin özü də müvafiq sənədləşmə işləri ilə əlaqədar notariat orqanına vaxtında müraciət edə bilməmişdir. Hesab edir ki, tərəfindən mirasın qəbulu ilə bağlı müəyyənləşdirilmiş müddət üzürlü səbəbdən ötürülmüşdür. Ona görə də hesab edir ki, mirasın qəbulu ilə bağlı müddət üzürlü səbəbdən buraxılmış hesab edilərək uzadılmalı, X11 vəfatından sonra ondan miras qalmış Ağdaş şəhəri, H.Əliyev pr. Ev 178 A, mənzil 2də yerləşən ümumi sahəsi 17.3 kvadratmetr olan mənzilin X3 tərəfindən miras əmlak kimi qəbul olunması müəyyən edilməli, daha sonra isə Ağdaş şəhəri, H.Əliyev pr. Ev 178 A, mənzil 2-də yerləşən ümumi sahəsi 17,3 kvadratmetr olan həmin mənzilin X3 tərəfindən miras əmlakı kimi qəbul olunması nəzərə alınaraq onun anasının birinci növbə vərəsəsi kimi anası tərəfindən qəbul olunmuş miras əmlakın anasının ölümündən sonra onun tərəfindən qəbul olunması müəyyən edilməlidir. Cavabdeh qanunla müəyyən edilmiş müddətə mirası qəbul etməmiş və bu barədə hər hansı iddia tələbi ilə çıxış etməmişdir. İddiaçı məhkəmə icalsında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qabaqcadan lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Cavabdeh əvvəl keçirilən məhkəmə iclası zamanı məhkəməyə ərizə təqdim edərək iddiaçının iddiasını qəbul etdiyini göstərərək, 21 sentyabr 2007-ci ildə Ağdaş şəhərində vəfat etmiş X11 vəfatından sonra ondan miras qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 178A, mənzil 2-də yerləşən mənzilin qardaşı olan İddiaçı adına miras əmlak kimi qeydə alınmasına etiraz etməmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyərək, onların izahat və ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində X26 ifadə verərək bildirdi ki, mərhum X17 qonşusu olmuşdur. Mərhum ailəli olmamışdır və övladı olmadığına görə bacısının nəvəsi İddiaçı faktiki övladlığa götürərək o böyütmüşdür. Məlik mərhumun evində yaşayıb. Mədinə Cəliuilova vəfat edəndə yas mərasimini Məlik vermişdir. Onun dəfnində mən də iştirak etmişəm. Mədinə Cəlilovanın ölümündən sonra Məlik tez-tez həmin evə gəlib gedirdi. Sonradan həmin evi kirayəyə vermişdir. Faktiki olaraq həmin mənzili iddiaçı qəbul edərək idarə və istifadə edir. Məhkəmə iclasında şahid qismində X21 şahid Sahib Məlikovun ifadəsinə uyğun ifadə verərək bildirdi ki, İddiaçı mərhum X11 bacısı nəvəsidir. Onun yas mərasimini Məlik vermişdir və onun ölümündən sonra ondan qalmış mənzili faktiki olaraq Məlik qəbul edərək idarə və istifadə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 2363 saylı 20 noyabr 2019-cu il tarixli doğum haqqında akt qeydi barədə arayış və AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1970-ci ildə anadan olmuşdur. X4, anası X6r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 4296 saylı 24 oktyabr 2019-cu il tarixli arayışdan məlum olur ki, İddiaçı Ağdaş şəhəri, H.Əliyev prospekti 79/18 saylı evdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 2362 saylı 20 noyabr 2019-cu il tarixli doğum haqqında akt qeydi barədə arayışdan məlum olur ki, X9 xx xxxx 1970-ci ildə anadan olmuşdur. X4, anası X6r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 2367 saylı 20 noyabr 2019-cu il tarixli nikah haqqında akt qeydi barədə arayışdan məlum olur ki, X1 Elçin Fikrət oğlu ilə 18 oktyabr 1990-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və nikah bağlandıqdan sonra Əfəndiyeva soyadını qəbul etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 2571 və 2572 saylı, 31 oktyabr 2020-ci il tarixli arayışlardan məlum olur ki, Ağdaş rayon Qeydiyyat şöbəsində Ağdaş rayon sakini X11 doğum və nikah haqqında akt qeydləri avtomatlaşdırılmış sistem üzrə yoxlama aparılmış və Ağdaş rayon Qeydiyyat şöbəsinin arxivində aşkar omamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 2709 saylı 26 noyabr 2020-ci il tarixli ölüm haqqında akt qeydi barədə arayışdan məlum olur ki, X12 10 may 2010-cu ildə Ağdaş rayonunda ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 2365 saylı, 20 noyabr 2019-cu il tarixli və 2710 saylı 26 noyabr 2020-ci il tarixli doğum və ölüm haqqında akt qeydi barədə arayışlardan məlum olur ki, X15 14 iyun 1949-cu ildə Ağdaş rayonunun Kükəl kəndində anadan olmuş, 23 dekabr 2017-ci ildə Ağdaş rayonunda ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 2355 saylı 19 noyabr 2019-cu il tarixli nikah haqqında akt qeydi barədə arayışdan məlum olur ki, X16 ilə X15 02 sentyabr 1968-ci ildə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 2366 saylı 20 noyabr 2019-cu il tarixli ölüm haqqında akt qeydi barədə arayışdan məlum olur ki, X16 17 noyabr 1999-cu ildə Ağdaş rayonunda ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 2364 saylı 20 noyabr 2019-cu il tarixli ölüm haqqında akt qeydi barədə arayışdan məlum olur ki, X17 13 sentyabr 2007-ci ildə Ağdaş rayonunda ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 169 saylı 02 aprel 2021ci il tarixli arayışdan məlum olur ki, X5 şəhəri, H.Əliyev prospekti, ev 178A, mənzil 2 (keçmiş H.Əliyev prospekti 162) saylı ünvanda yaşamışdır və 13 sentyabr 2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 2180 saylı, 24 oktyabr 2019-cu il tarixli arayışdan məlum olur ki, 01 yanvar 1920-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri Ağdaş şəhəri, SU-18 qeyd olunmuş mərhumə X11 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 24 oktyabr 2019-cu ilədək aparılmış və bacısı qızı X15-vəfat edib, bacısı nəvəsi İddiaçı və bacısı nəvəsi Cavabdeh barədə məlumatlar aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 396 saylı, 12 avqust 2020-ci il tarixli və 02 noyabr 2020-ci il tarixli arayışlardan məlum olur ki, ünvan 2 ünvanda yaşamış mərhumə X17 13 sentyabr 2007-ci il tarixdə ölmüşdür. Mərhumənin bacısı nəvəsi İddiaçı və bacısı nəvəsi Cavabdeh ibarət vərəsələri qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 2(014)-194/2008 saylı, 03 iyul 2008-ci il tarixli qətnaməsindən məlum olur ki, X10 13 sentyabr 2007-ci ildə ölmüş X11 bacısı qızıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin 18 fevral 2014-cü il tarixli **********95 saylı X13 adına ünvanlanmış məktubundan və məktuba əlavə olunmuş ********** qeydiyyat nömrəli, 07 oktyabr 2020-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun surətlərindən məlum olur ki, Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 178A, mənzil 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X11 adına qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon Notariat ofisinin 273 saylı, 19 aprel 2021-ci il tarixli məktubundan və ona əlavə olunmuş sənədlərin surətlərindən məlum olur ki, İddiaçı 20 oktyabr 2020-ci il tarixdə 23 dekabr 2017-ci il tarixdə Ağdaş şəhərində ölmüş X3nın 13 sentyabr 2007-ci il tarixdə Ağdaş şəhərində ölmüş xalası X11 ölümündən sonra Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 178A, mənzil 2 ünvanında ondan miras qalmış mənzilin tərəfindən faktiki qəbul edilməsini göstərərək həmin miras əmlaka vərəsəliyin açılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon Notariat Ofisinin 604 saylı 23 oktyabr 2020ci il tarixli məktubundan məlum olur ki, İddiaçı ərizə ilə notariat ofisinə müraciət edərək mübahisəli mirasa dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin o vərəsəlik haqqında şəhadətnamənin verilməsi ərizəsinə miras qoyanın növbəlik üzrə digər vərəsələrinin olub-olmamasını təsdiq edən, həmçinin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa əsas ola biləcək sübut təqdim etməmişdir. Ona görə miras əmlaka vərəsəlik işin açılması mümkün olmamış və ona müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Həmin Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə tərəflərin miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı ərizəçinin izahatından, şahid ifadələrindən, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X17 iddiaçının mərhum X3nın xalasıdır. Miras qoyan 13 sentyabr 2007-ci il tarixdə, iddiaçının X3 isə 23 dekabr 2017-ci ildə Ağdaş şəhərində ölmüşdür. X11 ölümündən sonra ondan ünvan 3as qalmışdır. O ölən günə vəziyyətnamə qoymamışlar. Miras qoyanın mərhum bacısı qızı X10 övladları olan İddiaçı və Cavabdeh başqa qanun üzrə vərəsələri olmamışdır. Məhkəmə hesab edir ki, miras qoyan şəxs X17 13 sentyabr 2007-ci ildə vəfat vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək Məlik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları qanun üzrə ikinci növbə vərəsələr bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X17 13 sentyabr 2007-ci il tarixdə vəfat etdiyindən həmin günlər mirasın açıldığı vaxt sayılır. Miras qoyan Ağdaş şəhərində daimi yaşadığından və daşınmaz əmlak Ağdaş şəhəri ərazisində yerləşdiyindən mirasın açıldığı yer Ağdaş şəhəridir. Miras əmlaka X17 öldüyü məqamadək malik olduğu Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 178A ünvanında 2 saylı mənzil daxildir. Məhkəmə araşdırması zamanı miras qoyanların vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlak, yəni Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 178A ünvanında 2 saylı mənzil ünvan 3asqoyan X11 xüsusi mülkiyyətində olmuşdur və onun adına rəsmiləşdirilmişdir. Mirasqoyanın ölümündən sonra miras qalmış mənzili onun bacısı qızı X15 formal və faktiki olaraq qəbul etmiş, vərəsəlik işinin açılması ilə bağlı Notariat ofisinə müraciət etmiş, sonradan vərəsəlik işini yekunlaşdırmamış, vəfat etdiyindən onun oğlu birinci növbə vərəsəsi İddiaçı qeyd edilən mənzili faktiki qəbul edib, miras əmlaka sahiblik etməyə və onu idarə etməyə başlayaraq, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Lakin iddiaçı mirasın açılması ilə əlaqədar aidiyyati üzrə Ağdaş rayon Notariat ofisinə müraciət etsə də, mirasqoyanın növbəlik üzrə digər vərəsələrinin olub-olmamasını dəqiq müəyyən etmək mümükün olmadığına görə vərəsəlik işinin açılması qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermək mükün olmamış və mirasın qəbul edilməsinin müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Digər qanun üzrə vərəsə olan Cavabdeh iddianı qəbul edərək miras əmlakın iddiaçı tərəfindən qəbul edildiyindən iddianın təmin edilməsini xahiş etmişdir. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar). Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qanuni əsası olduğundan təmin edilməli, 21 sentyabr 2007-ci ildə vəfat etmiş X11 vəfatından sonra ondan miras qalmış əmlakın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət üzürlü səbəbdən buraxıldığından həmin müddət uzadılmalı, X11 vəfatından sonra ondan miras olaraq qalmış Ağdaş Şəhəri, H.Əliyev pr. ev 178 A, mənzil 2-də yerləşən ümumi sahəsi 17,3 kvadratmetr olan mənzilin iddiaçının X3 tərəfindən miras əmlak kimi qəbul olunması müəyyən edilməli, Ağdaş şəhəri, H.Əliyev pr. ev 178 A, mənzil 2-də yerləşən ümumi sahəsi 17,3 kvadratmetr olan mənzilin iddiaçının X3 tərəfindən miras əmlak kimi qəbul olunması nəzərə alınaraq onun anasının birinci növbə vərəsəsi kimi anası tərəfindən qəbul olunmuş miras əmlakın anasının ölümündən sonra onun tərəfindən qəbul olunması müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 21 sentyabr 2007-ci ildə vəfat etmiş X11 vəfatından sonra ondan miras qalmış əmlakın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət üzürlü səbəbdən buraxıldığından həmin müddət uzadılsın. X11 vəfatından sonra ondan miras olaraq qalmış Ağdaş Şəhəri, H.Əliyev pr. ev 178 A, mənzil 2-də yerləşən ümumi sahəsi 17,3 kvadratmetr olan mənzilin iddiaçının X3 tərəfindən miras əmlak kimi qəbul olunması müəyyən edilsin. Ağdaş şəhəri, H.Əliyev pr. ev 178 A, mənzil 2-də yerləşən ümumi sahəsi 17,3 kvadratmetr olan mənzilin iddiaçının X3 tərəfindən miras əmlak kimi qəbul olunması nəzərə alınaraq iddiaçının anasının birinci növbə vərəsəsi kimi anası tərəfindən qəbul olunmuş miras əmlakın anasının ölümündən sonra iddiaçı tərəfindən qəbul olunması müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya аid еdilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-468/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-468/2021
28.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver