Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-50/2022 06.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçılar İddiaçı4, İddiaçı3, Cavabdehlər Cavabdeh4, Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı4 və qeyrilərinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı4 və qeyriləri cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Torpağın Mülkiyyət Hüququna dair JN-0143 (kod ********) saylı Dövlət aktına əsasən onlara, Cavabdeh7 Əlhəsən oğluna, X9 və X1 təsərrüfatı malları istehsalı üçün 3,02 hektar ölçüdə torpaq sahəsi verilmişdir. X15 və X10 vəfat etmişlər. Cavabdeh7 Əlhəsən oğlunun isə payı naturada ayrılmışdır. Hazırda onlar da paylarının naturada ayrılmasını istəyirlər və bu barədə məhkəmə qətnaməsi də mövcuddur. Lakin cavabdehlər həmin torpağı zəbt edib orada tikililər tikdirdiyindən qətnamənin icrası mümkünsüzdür. Cavabdehlər özləri onların torpağından könüllü olaraq çıxmırlar. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 ailə həyatı qurduqdan sonra soyadlarını dəyişmişlər, əvvəlki soyadları Məmmədova olmuşdur. Göstərilənlərə əsasən cavabdehlərin JN-0143 kod 90317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Ağdaş rayonunun Xosrov kəndi ərazisində onların mülkiyyətinə verilmiş 3,02 hektar özbaşına tutduqları (zəbt etdiyi) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılmasına və həmin torpağın üzərində qanunsuz inşa etdikləri tikililərin (ev, yağmurluq, hasar və s.) cavabdehlərin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı4 və qeyriləri məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizələrlə müraciət edərək, iddia ərizəsində səhv olaraq Cavabdeh7 ata adı Zakir əvəzinə Zəkir kimi, Cavabdeh1 ata adı Xanoğlan əvəzinə Muğdət kimi yazıldığını bildirərək, nəzərə alınmasını və Cavabdeh2 barəsində ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəklərini bildirərək, hazırda onun cavabdehlər siyahısından çıxarılmasını, eyni zamanda cavabdehlər Cavabdeh1, X27, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 JN-0143 kod 90317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Ağdaş rayonunun Xosrov kəndi ərazisində onların mülkiyyətinə verilmiş özbaşına tutduqları (zəbt etdiyi) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və həmin torpağın üzərində qanunsuz inşa etdikləri tikililərin (ev, yağmurluq, hasar və s.) cavabdehlərin öz hesabına sökülməsi, iş üzrə 315,10 (üç yüz on beş manat on qəpik) manat ekspertiza tədqiqatının dəyərinin və 10,40 (on manat qırx qəpik) manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı4 və İddiaçı3 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4 və Cavabdeh1 iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2 və digər cavabdehlər İsayev Pünhan, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər iddiaçılar İddiaçı5, Vəliyevə Əmanət, İddiaçı2 və digər cavabdehlər İsayev Pünhan, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab etmiş və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştiraklarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0143 nömrəli (kod ********) olan torpağa mülkiyyət huququna dair Dövlət Aktından görünür ki, X10, Cavabdeh7 Əlhəsən oğlu, İddiaçı5, İddiaçı4, X11, X12 və İddiaçı3 Ağdaş rayonu, Xosrov kəndindən 3,02 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 12 iyun 2013-cü il tarixli, 2(014)-439/2013 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli, 21 saylı qərarı və torpağa mülkiyyət hüququna dair JN:0143 saylı dövlət aktı (kod ********) ilə Ağdaş rayonunun Xosrov kəndi ərazisində X6, X2, İddiaçı5, Cavabdeh7 Əlhəsən oğlunun, İddiaçı4, X3, X4 və İddiaçı3 mülkiyyətinə verilmiş 3,02 hektar pay torpaq sahəsində və JN-197F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Ağdaş rayonunun Xosrov kəndi ərazisində X6, X2, İddiaçı5, X7, İddiaçı4, X3, X4 və İddiaçı3 mülkiyyətinə verilmiş 0,34 hektar pay torpaq sahəsində hər birinin payı 1/8 hissədə, yəni pay torpaq sahəsində hər birinin payı 0,3775 hektar, həyətyanı torpaq sahəsində isə hər birinin payı 0,0425 hektar müəyyən edilmiş, İddiaçı4, maraqlı şəxslər X3, X4 və İddiaçı3 payına düşən həyətyanı və pay torpaq sahələri azyaşlı uşaq İddiaçı3 İddiaçı4 himayəsində olduğu nəzərə alınmaqla müvafiq olaraq 0,34 hektar həyətyanı və 3,02 hektar pay torpaq torpaq sahələrinə gedişgəliş və su yolu nəzərə alınmaqla ardıcıl olaraq naturada ayrılıb verilməsi və onların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak kimi qeydə alınsması, qətnamənin icrası ilə əlaqədar əməliyyat aparılması üçün surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinə göndərilməsi qət edilmişdir. İşin materiallarında olan İmişli rayonu Qızılkənd kəndi tərəfindən verilmiş 09 oktyabr 2013-cü il tarixli, AZ-İ seriyalı, № 856121 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X11 09 oktyabr 2013-cü il tarixdə 14 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir. İşin materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 fevral 2017-ci il tarixli, AZ-İİ seriyalı, № 169260 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X12 21 fevral 2017-ci il tarixdə 54 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Mustafazadə soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-224 nömrəli (kod ********) olan torpağa mülkiyyət huququna dair Dövlət Aktının surətindən görünür ki, Cavabdeh7, X16 və X17 Ağdaş rayonu, Xosrov kəndindən 0,55 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-226F nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 Ağdaş rayonu, Xosrov kəndindən 0,24 ha fərdi yaşayış evi, həyətyanı sahə üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-227F nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X28, X18, X19, X20 və X8 Ağdaş rayonu, Xosrov kəndindən 0,19 ha fərdi yaşayış evi, həyətyanı sahə üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli, № 163 saylı aktın surətindən görünür ki, Cavabdeh4 Ağdaş rayon Xosrov kəndinin Bələdiyyə ərazisindən 0,17 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İşin materiallarında olan torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli, № 204 saylı aktın surətindən görünür ki, Cavabdeh1 Ağdaş rayon Xosrov kəndinin Bələdiyyə ərazisindən 0,05 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1389 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin Mingəçevir Layihə-Tədqiqat İdarəsinin mühəndisi Pərviz Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, planalma zamanı naturada göstərilən, mübahisəli torpaq sahəsinin 1,41 ha olduğu müəyyən edilmişdir. Ağdaş rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 01 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə JN-0143 (kod ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə verilmiş 3,02 ha torpaq sahəsinin 1,2128 ha hissəsinin elektron bazada təqdim edilən “Ağdaş rayonu Xosrov kəndi M.P.Vaqif adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi”ndə yerləşən koordinatları, cavabdehlərin naturada göstərdiyi 1,41 ha torpaq sahəsinin 1,2128 ha hissəsi ilə cavabdehlərin naturada göstərdikləri, faktiki istifadə etdikləri torpaq sahələri ilə üst-üstə düşür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin Mingəçevir Layihə-Tədqiqat İdarəsinin mühəndisi Pərviz Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahələrinin üzərində yerləşən tikililər tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsi ilə cavabdehlərin naturada göstərdikləri, faktiki istifadə etdikləri torpaq sahələrinin həndəsi ölçüləri, konfiqurasiya fərqi və məkan göstəriciləri arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin uzunluq istiqamətləri həm bucaq altında dəyişmiş həm də islahat aparılmış ərazidən kənara çıxmalar müşahidə edilmişdir. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların elektron kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş yerquruluşu planı əlavə olunur. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materilliarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçılar ekspertiza tədqiqatının dəyəri olan 315,10 (üç yüz on beş manat on qəpik) manat ekspertiza xərcini ödəmiş və bunun üçün 1 (bir) manat bank xidmət haqqı tutulmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçılar Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 10,40 (on manat qırx qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən iddiaçılara Ağdaş rayon Xosrov kənd ərazisindən 3,02 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Ağdaş Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçıların payları naturada ayrılıb verilməsi qət edilmişdir. Hazırda iddiaçılar cavabdehlərin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Ağdaş rayonunun Xosrov kəndi ərazisindən onların mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılmalarını və həmin torpağın üzərində qanunsuz inşa etdikləri tikililərin (ev, yağmurluq, hasar və s.) cavabdehlərin öz hesabına sökülməsini tələb edirlər. Cavabdehlər Ağdaş rayon Xosrov kəndinin Bələdiyyə ərazisində onlara torpaq sahəsinin verilməsi haqqında sənədlərin surətini təqdim edərək, iddiaçılara məxsus torpaq sahəsini zəbt etdiklərini bildirsələr də, ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, cavabdehlərin faktiki istifadə etdikləri sahə hüquqmüəyyənedici sənədlər əsasında iddiaçılara məxsus yerin koordinatları ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, X27, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 JN-0143 kod 90317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Ağdaş rayonunun Xosrov kəndi ərazisində İddiaçı5, İddiaçı4, X11, X12 və İddiaçı3 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılmalı, həmin torpağın üzərində qanunsuz inşa etdikləri tikililər (ev, yağmurluq, hasar və s.) cavabdehlərin öz hesabına sökülməli, iş üzrə 315,10 (üç yüz on beş manat on qəpik) manat ekspertiza tədqiqatının dəyəri və 10,40 (on manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı4 və qeyrilərinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, X27, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 JN-0143 kod 90317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Ağdaş rayonunun Xosrov kəndi ərazisində İddiaçı5, İddiaçı4, X11, X12 və İddiaçı3 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılsınlar. Həmin torpağın üzərində qanunsuz inşa etdikləri tikililər (ev, yağmurluq, hasar və s.) cavabdehlərin öz hesabına sökülsün. İş üzrə 315,10 (üç yüz on beş manat on qəpik) manat ekspertiza tədqiqatının dəyəri və 10,40 (on manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-50/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-50/2022
06.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver