Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-501/2024 25.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İbadov X1 rayonu, Şurtan kəndi ünvanında qeydiyyatda olsa da ailə üzvüləri ilə birlikdə Ağdaş rayonu, Ləki qəsəbəsi, Hərbi şəhərcikdə yaşayır. Həmin ünvanda ona məxsus fərdi yaşayış evi var. Həmin ev Cavabdeh tərəfindən küçədə quraşdırılmış sayğac vasitəsilə məişət qazı ilə təmin edilir. Hamı kimi yandırdığı qazın pulunu hər ay verir. İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə “Azəriqaz" İstehsalat Birliyi ondan 4147,20 manat borcun ödənilməsi tələb edilmişdir. Təbii qazdan istifadə edirəm və qaz paylayıcısı ona verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablanma barədə məlumat (hesab) təqdim edir. Həmin məlumat əsasında sərf etdiyi təbii qazın dəyərini ödəyir. Aylıq sərf etdiyi təbii qaza görə ödənişlərinin bir hissəsini gecikdirsə də, növbəti ayın ödənişində artıq ödəməklə həmin borcu ödəyir. Cavabdeh İB-nin X3 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış 4147,20 manat borc qanunsuz və əsassızdır. Belə ki, aktda sayğacdan kənar xətt olduğu qeyd edilir. Necə ola bilər ki, hər ayda ən azı bir dəfə olmaqla (qış aylarında 2-dəfə) sayğaca baxış keçrildiyi halda həmin xəttin onun tərəfindən 360 gün istifadə edildiyi qeyd edilir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 №-li qərardada qeyd edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Bundan başqa qanunda istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, sutkanın on iki saatı nəzərə alınmaqla hesablanmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış zamanı aşkarlanan, qeyri qanuni qoşulmaq əsassız olaraq 360 gün və sutkanın 24 saatı götrülmüşdür. Halbuki, həmin müddət qəsdən şişirdilmişdir. Belə çıxır ki, Cavabdeh İB-nin X3 İstismar İdarəsinin əməkdaşları 360 gündür onun həyətinə gələrək qaz sayğacına baxış keçirmirlər. Halbuki, sonuncu dəfə, 2023-cü ilin fevral ayının 10-na kimi baxış keçirilmiş və ona sərf etdiyi qazın həcmi barədə bildiriş verilmiş, bundan 1 həftə belə keçməmiş, yenidən baxış keçirilmişdir. Buna baxmayaraq Cavabdeh İB-nin X3 İstismar İdarəsinin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobud surətdə pozmuşlar ki, bu da yolverilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətlər etmişdir. Hesab edir ki, ondan tələb etdikləri borc əsassızdır. Əksinə Cavabdeh İB tərəfindən tələb etdikləri borc silinməlidir. Qeyd olunanlara əsasən İddiaçı məxsus **********01180 nömrəli abonent koduna Cavabdeh İB tərəfindən akta əsasən əsassız hesablanmış 4147,20 manat borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirirək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilərək Cavabdeh İB-nin tərəfindən onun abonent koduna hesablanmış 4147,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbində göstərilən mübahisə predmeti üzrə, Cavabdeh İB tərəfindən Ağdaş Rayon Məhkəməsində iddia qaldırılmış və Ağdaş Rayon Məhkəməsi tərəfindən həmin mübahisə predmeti üzrə xx.xx.2024-cü il tarixli, e-2(014)-108/2024 saylı qətnamə çıxarılmışdır. Qeyd olunanların nəzərə alınaraq məhkəmə iclasına iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 15 fevral 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilmişdir. İşin materiallarında olan Cavabdeh 16 fevral 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Pirəyir kəndində yerləşən istehlakçı İddiaçı yaşadığı mənzilə 15 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 34560 m3 borc hesablanmışdır. İş materiallarında olan qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında 27 oktyabr 2016-cı il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Ağdaş QİS-dən İddiaçı qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İşin materiallarında olan 31 oktyabr 2023-cü il tarixli, **********01180 saylı abonentin saldosundan görünür ki, abonent İddiaçı 2023-cü ilin oktyabr ayına qədər təbii qazdan istifadəyə görə 4147,20 manat borc hesablanmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin e-2(014)-108/2024 saylı, 15 fevral 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 2335,57 (iki min üç yüz otuz beş manat, əlli yeddi qəpik) manat borc, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın bərpası üçün 15 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən aparılmış hesabata görə 345,60 (üç yüz qırx beş manat, altmış qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzinin tutularaq iddiaçı Cavabdehnə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı iddia tələbində Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 15 fevral 2023-cü il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, **********584 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı İddiaçı həyətində olan yaşayış evində qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmuşdur. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15 fevral 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmış, akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirmilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 16 fevral 2023cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 34560 m3 (və ya 4147,20 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh İB-nin X3 İstismar İdarəsi tərəfindən 15 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı **********01180 saylı abonent koduna yazılmış borcun 3801 manatı silinərək, 345,60 (üç yüz qırx beş manat, altmış qəpik) manat borc saxlanılmalı, iş üzrə 30 (otuz) dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İB-nin X3 İstismar İdarəsi tərəfindən 15 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı **********01180 saylı abonent koduna yazılmış borcun 3801 manatı silinərək, 345,60 (üç yüz qırx beş manat, altmış qəpik) manat borc saxlanılmalıdır. İş üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-501/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-501/2024
25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver