Məhkəmə qərarları › İş №2(014)-502/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-502/2021

19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-502/2021 19.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı nümayəndəsi vəkili Nümayəndə Cavabdeh “xxxx” ASC-in nümayəndəsi M.Məmmədovun iştirakı ilə İddiaçı “xxxx” ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqan “xxxx” ASC-nin X1 qaydalarının pozulması haqqında aktına əsasən, qanunsuz olaraq hesablanaraq onun abonent koduna vurulmuş 594 manat pulun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, iddiaçı, ailə üzvləri ilə birlikdə Ağdaş rayonunun Nehrəxəlil kəndində özünə məxsus evdə yaşayır. Yaşayış evinin elektrik sayğacı həyətin küçə tərəfində quraşdırılmışdır. Yaşadığı evə quraşdırılımış elektrik sayğacı üzrə sərf etdiyi elektrik enerjisinə görə iddiaçı borcunu vaxtlı-vaxtında ödəmişdir. Quraşdırılmış elektrik sayğacına ayda bir dəfə həmin ərazinin nəzarətçisi tərəfindən mütəmadi baxış keçirilmiş, istifadə olunan elektrik enerjisinə görə hesabat-bildirişi iddiaçıya təqdim edilmişdir və sayğacda hər hansı nasazlığın olması barədə ona məlumat verilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə edilir. Ona görə də həmin sayğacdan kənar elektrik xəttini ləğv edərək uçot bərpa edilmişdir. Bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, xx xxxxxx 2020-ci il tarixli aktla iddiaçıya sayğaca müdaxilə nəticəsində 594 manat elektrik enerjisi itirildiyindən həmin məbləğ iddiaçının abunə koduna vurulmuşdur. İddiaçı, bütün bunlara aydılıq gətirmək məqsədi ilə cavabdeh orqanın Ağdaş Elektrik şəbəkəsində olarkən oradan iddiaçıya həmin aktın surətini və abunə haqqında saldonu verməklə kifayətlənmişlər. Bildirir ki, həmin elektrik sayğacına iddiaçı tərəfindən hər hansı formada müdaxilə olunmamışdır,həmçinin kənar xətt vasitəsi ilə X1 edilməmişdir. Bundan əlavə iddiaçının evinə quraşdırılmış elektrik sayğacı həyətinin divarından çöldə, yəni küçə tərəfdə quraşdırıldığından ona nəzarət etmək iqtidarında olmamışdır. Həmin sayğaca bildiyinə görə nəzarəti cavabdeh orqanın təyin etdiyi nəzarətçi həyata keçirməlidir. Ona görə də hesab edir ki, həmin akt cavabdeh orqanın əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib edilmiş və həmin akta əsasən 594 manat itirilmiş enerjisinin dəyəri qanunsuz olaraq hesablanaraq iddiaçının abunə koduna vurulmuşdur ki, bu da istehlakçı kimi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx” ASC-in nümayəndəsi M.Məmmədov məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayan İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “Qanunsuz hesablanmış 594 manat cərimənin silinməsi tələbinə dair” iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC-yə qarşı “Qanunsuz hesablanmış 594 manat cərimənin silinməsi tələbinə dair” iddiasını bu kimi səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Ağdaş EŞ-nin əməkdaşları Balans- uçot şöbəsinin rəisi İslam Hacıyev, nəzarətçi mühəndis Vüqar Qasımov və elektrik montyor Sahib Ağayev tərəfindən X2 xidməti ərazisinə daxil olan Nehrəxəlil kəndində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1 qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman yaşayış evini elektrik enerjisi ilə təchiz edən PAUD-MP 106 tipli zavod nömrəsi **********3 olan əvvəlcədən ödənişli “smart kart” elektrik hesablama sayğacının yaşayış evini əhatə edən divarın küçə tərəfində quraşdırıldığı, sayğacın enerji sərfiyyatı göstəricisinin 31,81 kvt olduğu, abonentin kənar xətt vasitəsi ilə birbaşa X1 etməsi faktı aşkar edilmişdir.Kənar xətdən axan cərəyanın yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa ’’ ilə ölçüldükdə yükün 2,0 kvt təşkil etdiyi müəyyən edilmişdir. Pozuntu faktının mobil telefon vasitəsi ilə çəkilişi aparılmışdır. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Poroqram bazası”nda **********00288 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində X1 qaydalarının tələblərinə uyğun olaraq AKT R Ne 200995 saylı Akt tərtib edilmişdir.Aktın “tələb hissəsində” hissəsində “Sayğacdan kənar elektrik xətti ləğv olunaraq uçot bərpa edilsin” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən aktlar üzrə komissiya tərəfindən İddiaçı barəsində tərtib edilmiş akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 180 gün müddətinə hesablama aparılaraq iddiaçı tərəfindən elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində dəyəri 593,28 manat təşkil edən 6048 kvt saat miqdarında qanunsuz istehlak edilmiş elektrik enerjisi bərpa edilmişdir.Bildirir ki, İddiaçı barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər-hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixinə 28 gün ərzində dəyəri 61.81 manat təşkil edən671 kvt saat xx.xx.2020-ci il tarixinə 31 gün ərzində dəyəri 72,59 manat təşkil edən 769 kvt saat miqdarında elektrik enerjisi istehlak edildiyi halda , xx.xx.2020-ci il tarixinə 32 gün ərzində dəyəri46,63 manat təşkil edən 532 kvt saat, xx.xx.2020-ci il tarixinə 30 gün ərzində dəyəri 28,37 manat təşkil edən 367 kvt saat miqdarında elektrik enejisi istehlak edilmişdir ki, bu da öz növbəsində iddiaçı tərəfindən elektrik enerjisindən mütəamadi olaraq kənar xətt vasitəsi ilə istifadə edilməsinə əyanı sübutdur. İddiaçı barəsində 20.11 2020-ci il tarixdə “EEİQ”-nın tələblərinə uyğun olaraq akt tərtib edilərək iddiaçının istifadə etdiyi “kənar xətt” ləğv edildikdən sonra iddiaçının sayğac göstəricilərinə əsasən xx.xx.2020-ci il tarixinə 34 gün ərzində dəyəri 93,05 manat təşkil edən 955 kvt saat və xx.xx.2021-ci il tarixinə 29 gün ərzində dəyəri 105,04 manat təşkil edən 1064 kvt saat miqdarında elektrik enerjisinin istehlak edilməsi bir daha eneji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən aşkar edilmiş pozuntu faktının mövcudluğunu və iddiaçı barəsində akt tərtib edilərək “Qaydalar”ın tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər hansı bir qanuna zidd və ya qərəzli hərəkətlərə yol verilmədiyini təsdiq edir. Odur ki, iddia əsasız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Ağdaş EŞ-nin əməkdaşları Balans- uçot şöbəsinin rəisi İslam Hacıyev, nəzarətçi mühəndis Vüqar Qasımov və elektrik montyor Sahib Ağayev tərəfindən X2 xidməti ərazisinə daxil olan Nehrəxəlil kəndində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1 qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman yaşayış evini elektrik enerjisi ilə təchiz edən PAUD-MP 106 tipli zavod nömrəsi **********3 olan əvvəlcədən ödənişli “smart kart” elektrik hesablama sayğacının yaşayış evini əhatə edən divarın küçə tərəfində quraşdırıldığı, sayğacın enerji sərfiyyatı göstəricisinin 31,81 kvt olduğu, abonentin kənar xətt vasitəsi ilə birbaşa X1 etməsi faktı aşkar edilmişdir.Kənar xətdən axan cərəyanın yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa ’’ ilə ölçüldükdə yükün 2,0 kvt təşkil etdiyi müəyyən edilmişdir. Pozuntu faktının mobil telefon vasitəsi ilə çəkilişi aparılmışdır. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Poroqram bazası”nda **********00288 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində X1 qaydalarının tələblərinə uyğun olaraq AKT R Ne 200995 saylı Akt tərtib edilmişdir.Aktın “tələb hissəsində” hissəsində “Sayğacdan kənar elektrik xətti ləğv olunaraq uçot bərpa edilsin” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən aktlar üzrə komissiya tərəfindən İddiaçı barəsində tərtib edilmiş akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 180 gün müddətinə hesablama aparılaraq iddiaçı tərəfindən elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində dəyəri 593,28 manat təşkil edən 6048 kvt saat miqdarında qanunsuz istehlak edilmiş elektrik enerjisi bərpa edilmişdir Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir və hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin Qanunun 18-ci maddəsinin 2-ci bəndinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın 8.33-cü bəndinin tələblərinə əsasən, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Enerji təchizatı müəssisəsinin qərarına məişət abonentinin etiraz ərizəsi verməsi onu qoyulmuş müddətdə ödəniş sənədi üzrə elektrik enerjisinin haqqını ödəməkdən azad etmir. Məişət abonenti on gün müddətində əlavə ödəniş sənədi üzrə elektrik enerjisi haqqını ödəmədikdə, enerji təchizatı müəssisəsi bu qaydaların 8.31-ci bəndinə uyğun olaraq onu elektrik şəbəkəsindən aça bilər. Tərəflər iddia ilə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “EEQ”-in 8.32-ci bəndinə əsasən “Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırılmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik saygacını zədələyərək onu sıradan çıxarılmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur.Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3, 560.3.1 və 560.3.5.2-ci maddələrinin tələbinə görə qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə iclasında müəyyən olundu ki, xxxx ASC-nin təsisi etdiyi “Mərkəzi Aran”RETSİ-in struktur tərkibində fəaliyyət göstərən X2 əməkdaşları tərəfindən elektrik istehlakçıları tərəfindən X1 qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən iddiaçının yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilən zaman X1yə dair sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. Təbii qazdan qanunsuz kənar xətt vasitəsi ilə istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri olaraq iddiaçıya 593,28 manat borc yazılmışdır. İddiaçı aşkar edilmiş kənar elektrik xəttinin ona məxsus olmadığını bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, aşkar edilmiş qanunsuz kənar xətt nəticəsində iddiaçıya hesablanmış borc şişirdilmişdir, belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddəti 180 gün nəzərdə tutularaq iddiaçıdan tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə münasib deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək dəymiş ziyan hesablanarkən hesabat müddəti 30 günə vurulmalı,belə olan halda cərimə məbləğinin 593,28 manat deyil, 98,88 manat olması nəzərə alınaraq, 494,40 manat cərimə məbləği silinməli, cavabdehdən 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən iddiaçılar istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar uzrə dövlət rüsumu ödəməkdən azad edilirlər. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. “Mərkəzi Aran”RETSİ-in struktur tərkibində fəaliyyət göstərən X2 əməkdaşları tərəfindən tərtib edilmiş X1 Qaydaları”nın tələblərinə uyğun olaraq xx xxxxxx 2020-ci il tarixli R200995 saylı akta əsasən əsassız hesablanaraq İddiaçı **********00288 saylı abonent koduna vurulmuş 494,40 manat (dörd yüz doxsan dörd manat qırx qəpik) borc silinsin. Cavabdeh “xxxx” ASC-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar