Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-509/2023 26.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının X15 Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi, Maraqlı şəxs1 və qeyrilərinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının X15 Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi, Maraqlı şəxs1 və qeyrilərinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, X1 və ailə üzvlərinə Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə 2,80 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN- 196 KOD 90300028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. X1 18 yanvar 2008-ci ildə vəfat etmişdir. X2 14 fevral 2012-ci ildə X10 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək “Əsədova” soyadını qəbul etmişdir. Qeyd etmək istəyir ki, həmin JN-196 KOD 90300028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi1 adı səhvən "Dövran" kimi, Ərizəçi2 adı səhvən “Samir" kimi qeyd edilmişdir. Bu səbəbdən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X15 Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər. Lakin idarədən onlara hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə orqanlarına məxsus olması bildirilmişdir. Hazırda həmin buraxılmış yanlışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, X4, X6, X1, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 adına rəsmiləşdirilmiş JN-196 KOD 90300028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, X1, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Əsədova (Osmanova) Pərişan Məhəmməd qızı və Maraqlı şəxs5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 (Osmanova), Maraqlı şəxs5 və Daşınmaz Əmlakının X15 Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 (Osmanova), Maraqlı şəxs5 və Daşınmaz Əmlakının X15 Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçilər onun qohumudur. Ərizəçilər və ailə üzvlərinin adına dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçilərin adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 və X10 da özlərindən əvvəl ifadə vermiş şahid X5 ilə eyni məzmunlu ifadə vermişlər. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-196 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, X1, Maraqlı şəxs1, Maraqlı şəxs2, X6, Maraqlı şəxs3, X2, X4 və Maraqlı şəxs5 Ağdaş rayonunun Abad kəndindən 2,80 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının X15 Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21-3-35/2- O-0002-8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli, № 40 saylı ölüm haqqında arayışdan görünür ki, X1 18 yanvar 2008-ci ildə ölmüşdür. İşin materiallarında olan Ağdaş RİHB-ın Pirəzə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2012-ci il tarixli, AZ-İ № 751395 saylı nikah haqqında arayışdan görünür ki, X10 ilə X2 xx.xx.2012-ci il tarixdə 03 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Əsədova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Abad kənd soveti tərəfindən verilmiş 24 fevral 1986-cı il tarixli, Xİ-JQ № 275871 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1986-cı il tarixdə Ağdaş rayonunun Abad kəndində anadan olmuş, atası X1, anası isə Maraqlı şəxs1dır. İşin materiallarında olan Ağdaş rayon Abad kənd soveti tərəfindən verilmiş 05 may 1978-ci il tarixli, V-JQ № 374657 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 xx xxxxx 1978-ci il tarixdə Ağdaş rayonunun Abad kəndində anadan olmuş, atası X1, anası isə Maraqlı şəxs1dır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs4 xx.xx.1983-cü il tarixdə Ağdaş rayonunun Abad kəndində anadan olmaqla, Ağdaş rayonunun Pirəzə kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs5 xx.xx.1989-cu il tarixdə Ağdaş rayonunun Abad kəndində anadan olmaqla, Ağdaş rayonunun Abad kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1952-ci il tarixdə Ağdaş rayonunun Abad kəndində anadan olmaqla, Ağdaş rayonunun Abad kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunun Abad kəndində anadan olmaqla, Ağdaş rayonunun Abad kəndində qeydiyyatdadır. İşin materiallarında olan ASAN-Mıngəçevir tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1986-cı il tarixdə Ağdaş rayonunun Abad kəndində anadan olmaqla, Ağdaş rayonunun Abad kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş 26 avqust 2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1978-ci il tarixdə Ağdaş rayonunun Abad kəndində anadan olmaqla, Ağdaş rayonu Gürcüva ərazi dairəsi ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1971-ci il tarixdə Ağdaş rayonunun Abad kəndində anadan olmaqla, Ağdaş rayonunun Abad kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 adı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 05 iyul 1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair JN-196 nömrəli (kod ********) Dövlət aktında texniki səhv olaraq Ərizəçi1 adı “Devran” əvəzinə “Dövran” kimi, Ərizəçi2 adı isə “Samiq” əvəzinə “Samir” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adı, onların şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 iyul 1999-cu il tarixli, 20 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-196 nömrəli (kod ********) Dövlət aktının X1, Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi2, Maraqlı şəxs3, Əsədova (Osmanova) Pərişan Məhəmməd qızı, Ərizəçi1 və Maraqlı şəxs5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının X15 Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi, Maraqlı şəxs1 və qeyrilərinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 iyul 1999-cu il tarixli, 20 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-196 nömrəli (kod ********) Dövlət aktının X1, Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi2, Maraqlı şəxs3, Əsədova (Osmanova) Pərişan Məhəmməd qızı, Ərizəçi1 və Maraqlı şəxs5 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-509/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-509/2023
26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver