Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-510/2023 18.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Ağdaş rayon Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5rşı 22 mart 1995-ci il tarixli 2V-2-25 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağdaş rayon Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5rşı 22 mart 1995-ci il tarixli 2V-2-25 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum valideynləri X29 ilə X30 1940-cı illərdə faktiki olaraq evlənmişlər. Nikahlarını 20 fevral 1960-cı il tarixdə, Ağdaş RİHBA-nın Şıxlı kənd inzibati dairəsi üzrə nümayəndəliyində (keçmiş Ağdaş rayon Şıxlı kənd sovetliyində) rəsmiləşdirmişlər. Onların birgə nikahlarından qardaşı X31, bacısı X32 və özü doğulmuşdur. X11 03 noyabr 1981-ci il tarixində, ansı X30 12 aprel 2002-ci il tarixində, qardaşı X31 28 yanvar 2014-cü il tarixində, bacısı X27 isə 08 yanvar 2021-ci il tarixində Ağdaş rayonu, Şıxlı kəndində ölmüşdür. İddiaçı 21 yanvar 1966-cı il tarixdə Oğuz rayon sakini X40 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Nikah bağladıqdan sonra “Mahmudova” soyadını qəbul etmişdir. X3 ilə X30 evləndikdən sonra bir müddət Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yaşayandan sonra Ağdaş rayonu, Şıxlı kəndinə gəlmişlər. Onlar birgə nikah dövründə qanuni istifadələrində olmuş sənəd üzrə 0,10, faktiki isə 0,15 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirərərək orada yaşamışlar. Mərhum bacısı X33 1979-cu il tarixdə evlənərək Bakı şəhərinə köçmüş, daimi qeydiyyatda olmaqla və rəsmi işləməklə 2021-ci ilədək Bakı şəhərində yaşamışdır. Mərhum qardaşı X31 evli olmamışdır. Onun adına ayrı təsərrüfat olsa da, həmin təsərrüfatda fərdi yaşayış evi tikdirməmiş, ölən günədək mərhum valideynlərinə məxsus olan təsərrüfatda yaşamaqla valideynləri ilə birlikdə təsərrüfatı birgə idarə etmişdir. Torpaq islahatı zamanı Ağdaş Rayon İslahat Komissiyasının 30 iyun 1998-ci ıl tarixli 12 nömrəli qərarı ilə mərhum anas təsərrüfatında tək ailə üzvü olduğuna görə Ağdaş rayonu, Şıxlı kəndi ərazisindən onun mülkiyyətinə 1,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə adina JN:099A kod 90319018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmiş, çoxsaylı müracitələrinə baxmayaraq anasının qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinə görə adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni əldə edə bilməmişdir. Mərhum anasına ölən günədək mərhum bacısı Bakı şəhərində yaşadığına və işlədiyinə görə kəndə anasının yanına gəlib gedə bilməydiyindən, iddiaçı isə işlədiyi halda anasına baxmaq üçün öz ərizəsi ilə işdən çıxaraq mərhum qardaşı ilə birgə anasına qulluq etmişlər. Mərhum anasının ölümündən sonra ondan miras qalmış bütün daşınar və daşınmaz əmlaklarına taktiki olaraq mərhum qardaşı ilə iddiaçı sahiblənərək onu birgə idarə etməyə başlamışlar. Mərhum qardaşının ölümündən sonra isə həmin əmlakları faktiki olaraq özünə qəbul edərək idarə etmişdir. Mərhum qardaşının ölümündən sonra ondan miras qalmış əmlak iddiaçı tərəfindən qəbul edilmədiyindən həmin əmlaklar bu barədə məhkəmə qərarı və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən dövlət orqanlarında və reyestrdə özünün adına sənədləşdirilmişdir. İddiaçı 2014-cü il tarixdə mərhum anasından miras qalmış əmlaka vərəsəlik işinin açılması ilə bağlı aidiyyatı üzrə cavabdeh Ağdaş rayon Notariat ofisinə müraciət etmişdir. Lakin, anasının ölümündən sonra ondan miras qalmış daşınmaz əmlakın kütləsini dəqiq müəyyən etmək mümkün olmadığına görə vərəsəlik işi yarımçıq qalmışdır. Vərəsəlik işi açılan və araşdırma aparılan zaman cavabdeh Ağdaş rayon Notarial ofisindən mərhum anası tərəfindən sağlığında vəsiyyətnamə qoyması barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, bəzi inzibati orqanların vəzifəli və məsul şəxsləri tərəfindən bütün sənədlər saxtakarlaşdırılaraq rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onun mülkiyyətinə verilmişdir, ölümündən sonra ondan miras qalmış əmlaklar, yəni həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahələri islahat zamanı və ondan sonra 2021-ci il tarixinədək Bakı şəhərində qeydiyyatda olan, yaşayan və işləyən bacısının adına sənədləşdirilmişdir. Əsas da o göstərilmişdir ki, bütün həmin torpaq sahələri bacısının adına mərhum anası tərəfindən verilmiş vəsiyyətnamə əsasında sənədləşdirilmişdir. Halbuki, iddiaçı xx.xx.2014-cü il tarixdə V-75 nömrəli vərəsəlik işi açdıran zaman qeyd etdiyi kimi cavabdeh tərəfindən mərhum anasından hər hansı formada vəsiyyətnamənin olub olmaması bildirilməmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də aydın görünür ki, bütün yazışmalarda vəsiyyətnamənin olmasından söhbət belə getmir. Ona görə də iddiaçı bütün göstərdiyi və tərəfindən aşkar edilmiş saxtakarlıqlar barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına və inzibati məhkəməyə müraciət etmişdir, müraciət və iddia tələbi hazırda həmin orqanlar tərəfindən araşdırılır. Göstərdiyi əsaslara görə iddiaçının xx.xx.2014-cü il tarixdə cavabdeh Ağdaş rayon Notariat ofisində açdırdığı vərəsəlik işi yarımçıq qalmışdır. Sonradan Ağdaş rayon Notariat ofisindən əldə etdiyi sənədlərdən məlum olmuşdur ki, guya mərhum anası 22 mart 1995-ci il tarixində Ağdaş rayon Notariat Kontorunda (hazırda Ağdaş rayon Notariat ofisi) rəsmiləşdirilmiş vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamə üzrə mərhum anası özünə məxsus bütün əmlakı, o cümlədən Ağdaş rayonu, Şıxlı kəndində yerləşən yaşayış evini qızı X16 vəsiyyət etmişdir. Mərhum anası 1990-cı illərdən başlayaraq İİA mərhələ hipertenziya xəstəliyindən əziyyət çəkirdi. Ona görə də o, “Hipertenziya xəstəliyi İİA mərhələ”, “xroniki hipertoxolesistitinin kəskinləşməsi, ürəyin işemik xəstəliyi, aterosklerotik karioskleroz”, “hipertenziya xəstəliyi İİA mərhələ, ateroskleroz”, “Xroniki hipatoxolesistit Xroniki qastritin kəskinləşməsi, ateroskleroz”, “Kardial asma, xroniki ürək qan damar çatışmamazlığı”, “beyin qan dövranının pozulmağı”, “beyin aterosklerozu” və digər xəstəliklər diaqnozu ilə 22 fevral 1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək mütəmadi olaraq Ağdaş rayonu, Şıxlı kənd sahə xəstəxanasında stosionar müayinə və müalicədə olmuşdur. Mərhum anası ölən günədək özünü idarə edə bilməmişdir, yataq xəstəsi olmuşdur, sərbəst hərəkət edə bilməmiş hafizəsi özündə olmamışdır. 1993-cü ildən demək olar ki, huşunu tamam itirmişdir. Mərhum anası xx.xx.2002-ci il tarixində beşin qan dövranının pozulması nəticəsində ölmüşdür. Belə bir vəziyyətdə mərhum anasının sərbəst şəkildə Notariat orqanlarına gedərək mübahisələndirilən vəsiyyətnaməni yazdırıb imzalaması, bu zaman onun hüquq və vəzifələri ona izah olunan zaman onları qavraması mümkün deyildir. Anasının qeyd edilən vəziyyətdə olması Ağdaş rayon X38 hüquqi şəxsin verdiyi arayışla öz təsdiqini tapır. Bundan başqa mərhum anasına məxsus əldə etdiyi 1977-2022-ci illər üzrə Ağdaş RİHBA-nın Şıxlı kənd inzibati ərazi dairəsi üzrə təsərrüfatbaşına kitablarındakı anası tərəfindən icra edilmiş imza, nümunələri ilə vəsiyyətnamədə icra edilmiş imza birbirindən əhəmiyyətli dərəcədə fərqlidir. Həmin sənədlərdən bunlar aydın şəkildə görünür. Anasının ölüm haqqında şəhadətnaməsində də beyin qan dövranının pozulmağı və beyin sklerozu ölüm səbəbi kimi göstərilmişdir. Mübahisələndirilən vasiyyətnamə anası tərəfindən yox, cavabdeh orqanın notariusu tərəfindən yazılmışdır. Lakin həmin vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə notarius tərəfindən iki nəfər şahidin iştirakı ilə tərtib edilməmişdir. Bütün göstərdiyi həqiqi hallara görə hesab edir ki, mərhum anası kimlərinsə vasitəsi ilə cavabdeh orqana aparılsa da, vəsiyyətnamə mərhum anası faktiki olaraq iflic vəziyyətində olduğu üçün həmin vəsiyyətnaməni imzalayaraq soyadını və adını yaza bilməzdir. Həmin imza və soyad və adının yazılması başqa şəxs tərəfindən icra edilmişdir. Əgər həqiqətən də mərhum anası tərəfindən 1995-cı ildə vəsiyyətnamə qoyulmuşdursa, nə üçün iddiaçı anasının ölümündən sonra 2014-cü ildə ondan miras qalmış əmlakla bağlı vərəsəlik işi açdırmaq üçün cavabdeh orqana müraciət edəndə və həmin vərəsəlik işi açılan zaman bu barədə cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. Vəsiyyətnamə üzrə qanun üzrə birinci növbə vərəsə olduğundan miras əmlakda məcburi pay almaq hüququ olduğundan açdırdığı vərəsəlik işi qanunvericiliyin tələblərinə uyğun nə üçün davam etdirilməmişdir? Cavabdeh Ağdaş rayon Notariat ofisi və Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin bir-biri ilə ziddiyyət təşkil edən sorğulara cavab məktubları da mübahisələndirilən vəsiyyətnamənin qanunsuz yolla tərtib olunması üçün kifayət qədər şübhələr yaradır. Qeyd edilən işin hallarına və əsaslara görə cavabdeh Ağdaş rayon Notariat ofisinin (keçmiş Ağdaş rayon Notariat kontoru) tərəfindən verilmiş 22 mart 1995-ci il tarixli 2V-2-25 nömrəli vəsiyyətnaməni qeyd edilən hüquq normalarının tələbləri pozulmaqla verildiyindən əsassız hesab edir. Ona görə də cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Qeyd olanlara əsasən 12 aprel 2002-ci il tarixdə Ağdaş rayonu, Şıxlı kəndində ölmüş anası X17 adından verilmiş və cavabdeh Ağdaş rayon Notariat konturu (hazırda Ağdaş rayon Notariat Ofisi) tərəfindən tərtib edilərək rəsmiləşdirilmiş 22 mart 1995-ci il tarixli, 2V-2-25 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Ağdaş rayon Notariat Ofisinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X46 Feyruzovna məhkəmə iclasına gəlməmiş, gəlməmələrniin səbəbi barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və maraqlı şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X45 ifadəsində İddiaçı anası, X17 isə nənəsi olduğunu, X17 uzun müddət yataq xəstəsi olduğunu, X23 90-cı illərdən ölən günədək, yəni xx.xx.2002-ci il tarixədək İddiaçı qulluq etdiyini, yanında qalaraq ona baxdığını, Banı Cəmiyevanın hərəkət qabiliyyətini itirdiyini və özünü idarə edə bilmədiyini, nə danışdığını, nə də hərəkət edə bildiyini, hərəkətlərinin mahiyyətini anlamadığını, ağlına gələn hərəkətləri etdiyini, danışıq qabiliyyətini itirdiyini, deyilənləri başa düşmədiyini, insanları tanımadığını, yeməyinin əllə yedizdirildiyini, uzun müddətli müalicələrə baxmayaraq heç bir nəticəsi olmadığını, 2002-ci il tarixdə öldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindiirlmiş X34 ifadəsində X17 uzun müddət, yəni 1990-cı ildən 2002-ci ilə qədər yataq xəstəsi olduğunu, özünü idarə edə bilmədiyini, gəzə bilmədiyini və əqlinin yerində olmadığını, hər dəfə Banı Cəmiyevanın yaşadığı evə gəldikdə qızı İddiaçı onun qulluğunda olduğunu bildirmişdir. İşin materiallarında olan 22 iyul 1993-cü il tarixdə Axtiyskiy rayon VVAQ tərəfindən verilmiş Vİ-БД № 473447 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X13 xx.xx.1945-ci il tarixdə Axtiyskiy rayonunda doğulmuş, atası X49, anası X28. İşin materiallarında olan Oğuz RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1945-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan MR-də anadan olmaqla ünvan 1 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan 20 fevral 1960-ci il tarixdə Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş İ-ИЕ № 166887 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X30 20 fevral 1960-cı il tarixdə 8 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra kişiyə Cəmiyev, arvada Cəmiyeva soyadı verilmişdir. İşin materiallarında olan 21 yanvar 1966-cı il tarixdə Qumlaq kənd soveti tərəfindən verilmiş İ-ИЕ № 358329 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X40 ilə X8 21 yanvar 1966-cı il tarixdə 5 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra kişiyə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. İşin materiallarında olan 11 fevral 2022-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 325 saylı ölüm haqqında arayışdan və 11 aprel 2014-cü il tarixdə Ağdaş RİHB-nın Şıxlı kənd İƏD-si üzrə tərəfindən verilmiş AZ-İ № 673620 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2002-ci il tarixdə, Beyin qan dövranı pozulması səbəbindən Ağdaş rayonu, Şıxlı kəndində ölmüşdür. İşin materiallarında olan “Elektron notariat” X7 vasitəsi ilə “X26” AQİS-dən Çıxarışdan görünür ki, X30 xx.xx.2002-ci il tarixdə Ağdaş rayonu, Şıxlı kəndi ünvanında ölmüş, Ağdaş rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 224 nömrə ilə ölüm qeydə alınmış və AZ-İ № 088240 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1917-ci il tarixdə Dağıstan Muxtar Respublikasının, Axtı rayonu, Fıy kəndində doğulmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri Ağdaş rayonu, Şıxlı kəndi qeyd olunmuş mərhumə X17 ailə üzvləri qeyd olunan şəxslərdən ibarətdir - əri X35 (ölüb), qızı İddiaçı, qızı X32 (ölüb), oğlu X31 (ölüb). İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Ağdaş rayon Notariat ofisinə ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 4atı təyinatlı 1,0352 ha torpaq sahəsi X18 tam mülkiyyət hüququ üzrə xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Şıxlı kəndində yerləşən 1,0352 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar X18 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(116)-76/2023 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən mərhum X14 adına verilmiş JN99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək X14 adına verilmiş JN-99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-289/2023 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən mərhum X14 adına verilmiş JN99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və **********23- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(014)-323/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Ağdaş Rayon Notariat Ofisi, X46 Feyruzovna və 3-cü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilərək Ağdaş rayon Notariat ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 2V-485 və 2V-486 reyestr nömrəli vərəsəlik şəhadətnamələri ilə İddiaçı qardaşı X24 adına olan Ağdaş rayonu, Şıxlı kəndində yerləşən 0.4653 ha və 0.117 ha torpaq sahələri üzərində İddiaçı tanınmış pay hüququnun nisbəti tam hissədə müəyyən edilməsi qət edilmişdir. İşin materiallarında olan Dövlət Notariat Arxivindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli, 05/01-M-297/13 saylı məktubun surətindən görünür ki, “Elektron notariat” İnformasiya sistemində mərhum X17 adına Ağdaş rayon notariat ofisində xx.xx.2014-cü ildə 75 nömrəsi ilə vərəsəlik işi açılsa da, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi müəyyən edilmişdir. İşin materiallarında Dövlət Notariat Arxivi tərəfindən İddiaçı nümayəndəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/01-21-288/13 saylı məktubun surətindən görünür ki, İddiaçı nüyaməndəsinin xx.xx.2002-ci il tarixdə ölmüş X36 tərəfindən X19 adına Ağdaş rayon dövlət notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B2-25 reyestr nömrəsi ilə qoyulmuş vəsiyyətnamənin qüvvədə olub-olmaması və surətinin istənilməsi barədə sorğusuna cavab olaraq bildirilmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinə əsasən notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilir. İşin materiallarında 22 mart 1995-ci il tarixli, 2V-2-25 Vəsiyyətnamənin surətindən görünür ki, Ağdaş rayonu, Şıxlı kəndində yaşayan X30 həmin vəsiyyətnamə ilə kəndli həyətinin sonuncu üzvü kimi aşağıdakı sərəncamı vermişdir:
1. Öldüyü günə kimi özünə məxsus olan bütün əmlakını, o cümlədən Ağdaş rayonu, Şıxlı kəndində yerləşən evini X25 vəsiyyət edir.
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 537,538,548-ci maddələrinin məzmunu vəsiyyətçiyə izah olunmuşdur.
3. Həmin vəsiyyətnamə 2 nüsxədən ibarət tərtib və təsdiq edilmişdir. Birinci nüsxə Cavabdeh işlərində saxlanıldı, ikinci isə vəsiyyətçiyə verilmişdir. 1995-ci ilin mart ayının 22-si günündə vəsiyyətnamə Ağdaş rayon Notariat kontorunun dövlət notariusu M.Əliyev tərəfindən notariat qaydası ilə təsdiq edilmişdir. Vəsiyyət edənin şəxsiyyəti və hüquq qabiliyyəti yoxlanılmışdır. Vəsiyyətnaməni notariusun hüzurunda vəsiyyət edən X30 özü imza etmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 23 dekabr 2022-ci il tarixli, 953 nömrəli məktubdan görünür ki, xx.xx.2002-ci il tarixdə ölmüş anası X17 adına V-75 nömrəli vərəsəlik işi İddiaçı xx.xx.2014-cü il tarixli ərizəsi əsasında açılmış, iş üzrə hal-hazıradək hər hansı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Eyni zamanda Dövlət Notariat Arxivinə ünvanlanmış sorğuya xx.xx.2022-ci il tarixli, xx/xx-7968/10 nömrəli cavab məktubundan arxivdə X17 adına açılmış vərəsilik işi üzrə hər hansı vərəsəlik hüququ haqqında şəhadətnamənin olması müəyyən edilmir. İşin materiallarında olan Dövlət Notariat Arxivi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/01-M-54/15 saylı arayışdan görünür ki, Ağdaş rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1981-2009-cu illərə dair vərəsəlik işlərinə baxılarkən qeyd olunan şəxslərin hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. “Elektron notariat” İnformasiya sistemində baxış keçirilərkən X30 tərəfindən digər şəxsin adına vəsiyyətnamənin qoyulduğu və Ağdaş rayon dövlət notariat ofisində xx.xx.2014-cü ildə 75 nömrəsi ilə vərəsəlik işinin açıldığı müəyyən edilmişdir. İşin materiallarında olan İddiaçı tərəfindən Cavabdehna ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı anası X9 rayonu, Şıxlı kəndində qeydiyyatda olmuş, 12 aprel 2002-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon İHB-nın Şıxlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı mərhum anası X30 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Ölən günədək Ağdaş rayonu, Şıxlı kəndində yaşamışdır. İşin materiallarında olan “Elektron notariat” X2 Çıxarışdan görünür ki, vəsiyyət edən X30 tərəfindən vəsiyyətnamə üzrə vərəsə X25 verilmiş vəsiyyətnamə xx.xx.1995-ci il tarixdə Ağdaş rayon dövlət notariat ofisinin notariusu tərəfindən təsdiq edilmişdir. İşin materiallarında olan “Elektron notariat” X2 Çıxarışdan görünür ki, X30 öldükdən sonra Ağdaş rayonu dövlət notariat ofisində vərəsəlik işi açılmışdır. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 30 mart 2021-ci il tarixli, 208 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli ərizəsi əsasında həmin tarixdə Cavabdeh 75 saylı vərəsəlik işi açılmış, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı ərazi idarəsinə “mərhum X23 məxsus olan əmlak barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sorğunu təqdim etmiş şəxs vasitəsilə kontora təqdim edilməsi barədə” xx.xx.2014-cü il tarixli, 76 nömrəli məktub ünvanlanmışdır. Lakin İddiaçınnı hazırki ərizəsinə mərhum B.Cəmiyevanın miras əmlakına dair, həmçinin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa dair hər hansı sənəd əlavə etməmişdir. Bundan əlavə notariat ofisində qəbulda olarkən, həmçinin “Elektron notariat” X2 əldə edilmiş məlumata əsasən mərhum X30 tərəfindən xx.xx.1995-ci il tarixdə Cavabdeh vəsiyyətnamə qoyulduğu, lakin hər hansı şəxsə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyi müəyyən edilmişdir. Açılmış vərəsəlik işinin materiallarında olan, həmçinin “Elektron notariat” X2 əldə edilmiş məlumatlar əsasında miras əmlakın tərkibini, mirasın tərəflərindən qəbulunu, müəyyənləşdirmək mümkün olmamışdır. Bu baxımdan mərhum B.Cəmiyevin miras əmlakındakı paylarına dair vərəsəlik hüququna dair şəhadətnamə verilməsi mümkün olmamışdır. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 14 avqust 2021-ci il tarixli, 504 saylı məktubdan görünür ki, İddiaçı miras əmlaka sahiblik etməyə və əmlakı idasrə etməyə faktiki başlamağa əsas ola biləcək sübut təqdim etməsi tələb edilmiş, lakin bunlarla bağlı tərəflərindən notariat ofisinə hər hansı sənəd təqdim edilməmişdir. Bundan əlavə, “Elektron notariat” X2 əldə edilmiş məlumata əsasən mərhum X30 tərəfindən xx.xx.1995-ci il tarixdə Cavabdeh digər şəxsin adına vəsiyyətnamə qoyulduğu aşkar edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat Ofisi tərəfindənAğdaş rayon prokurorluğuna ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2002-ci il tarixdə ölmüş X18 adına qızı İddiaçı ərizəsi və digər sənədlər əsasında xx.xx.2014-cü il tarixdə Cavabdeh vərəsəlik işi açılmış, hal-hazıradək iş üzrə hər hansı vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat Ofisinin 01 mart 2022-ci il tarixli açılmış vərəsəlik işi haqqında arayışın surətindən görünür ki, xx.xx.2002-ci il tarixdə ölmüş X15 adına Ağdaş rayon Notariat Ofisində xx.xx.2014-cü il tarixdə V-75 reyestr nömrəli vərəsəlik işi açılmış və qızı İddiaçı onun vərəsəsi olması müəyyənləşdirilmişdir. Vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında hal-hazıradək hər hansı vərəsəlik şəhadətnaməsi verilməmişdir. İşin materiallarında olan Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli, xx/xx- 7968/10 saylı məktubunun surətindən görünür ki, “Elektron notariat” X1 vəsiyyətnamələrə baxış keçirilərkən X30 tərəfindən Ağdaş rayon dövlət notariat ofisində 22 mart 1995-ci il tarixdə 25 reyestr nömrəsi vəsiyyətnamənin qoyulduğu müəyyən edilmiş və həmin vəsiyyətnamənin xx.xx.2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Həmin İnformasiya sistemində mərhum X17 miras əmlakına dair Ağdaş rayon notariat ofisində xx.xx.2014-cü il tarixdə 75 nömrəsi ilə vərəsəlik işinin açıldığı müəyyən edilmişdir. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli, PHŞ-6-22/3-66/2023 saylı xəstənin stasionar müalicə alması barədə arayışdan görünür ki, ünvan 8 ünvanda yaşayan, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı anası X6 ASM-də xx.xx.1993-cü il tarixdən başalayaraq müxtəlif tarixlərdə və sonuncu dəfə xx.xx.2001-ci il tarixədək müayinələrdə olmuşdur. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 05 may 2023-cü il tarixli, PHŞ-6-22/2-649/2023 saylı məlumatların tələb olunması barədə məktubdan görünür ki, X17 “Huşunun aydın olmaması”, “Anlaqsız olması” və yaxud “Psixi status”unda hər hansı bir patologiyanın olması ilə bağlı diaqnoz qeydə alınmamışdır. X17 imzaladığı sənədləri faktiki məzmununu dərk edib-etməməsinin mümkünlüyü barədə qərarın “Məhkəmə Tibbi Ekspertiza və X39”nin xüsusi komissiyası tərəfindən verilməsinin məqsədə müvafiq olduğu qeyd edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-510/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Məhkəmə-psixiatriya ekspertizasının təyin edilməsi qərara alınmışdır. İşin materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 19 saylı məktubdan görünür ki, mərhum X17 1995-ci ildə vəsiyyətnamə imzalayarkən onun psixi vəziyyəti haqda heç bir tibbi sənəd aşkar edilməmişdir. Bununla əlaqədar olaraq Ağdaş rayon Notariat Kontorunun Dövlət Notariusu M.Əliyevin izahatı alınmamış, 1995-ci il fevral-mart aylarındakı psixi vəziyyəti aydınlaşdırılmamış, qohumlardan və qonşulardan onun psixi vəziyyəti haqqında məlumat toplanılmamışdır. Ölümündən sonra ekspertiza keçirildiyinidən bu sənədlərin təqdim olunması zəruridir. İşin materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 689 saylı məktubdan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-510/2023 saylı, xx.xx.2023-cü il tarixli mülki iş üzrə X30 (İddiaçı) barəsində ölümnüdən sonra ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Gəncə şəhər Psixonevroloji Dispanserə həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X43 hüquqi X44 Şöbəsi tərəfindən həyata keçirilir. Mülki işin materialları əsasında X17 psixi vəziyyəti haqda ölümündən sonra rəy vermək mümkün olmadığından (mülki işin materiallarında olan tibbi sənədlər (Ağdaş RMX PHŞ-dan verilmiş xx.xx.2023-cü il tarixli arayışda) B.Cəmiyevanın psixi xəstəliyi haqqında 1993-cü ildən başalayaraq heç bir məlumat aşkar edilməmişdir, bununla yanaşı şahid qismində tanınmış X45 və X37 izahatlarında həmin şəxsin psixi xəstəlik keçirdiklərini iddia edirlər) mülki işin materialları geri göndərilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçınnı anası X9 rayonu, Şıxlı kəndində yaşamış və həmin kənddə yerləşən 1,0352 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar X18 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınaraq X17 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. X30 12 aprel 2002-ci il tarixdə beyin qan dövranının pozulması səbəbindən ölmüş və ölən günədək də Ağdaş rayonu, Şıxlı kəndində yaşamışdır. X30 ölməmişdən əvvəl, yəni 22 mart 1995-ci il tarixdə vəsiyyətnamə yazaraq öldüyü günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən Ağdaş rayonu, Şıxlı kəndində yerləşən evini X25 vəsiyyət etmişdir və həmin vəsiyyətnamə 22 mart 1995ci il tarixdə Ağdaş rayon notariat kontorunun dövlət notariusu tərəfindən təsdiqlənmişdir. Hazırda İddiaçı həmin vəsiyyətnaməni qəbul etməyərək anası X23 özünün baxdığını, həmin vəsiyyətnamənin saxta olduğunu, eyni zamanda həmin vəsiyyətnamə yazılarkən anasının xəstə, anlaqsız, hərəkətlərinin mahiyyətini dərk etmədiyini və anasının həmin vəsiyyətnaməni yazacaq şüurda olmadığını bildirərək həmin vəsiyyətnamənin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı müki mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlərə 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş) 39-cu maddəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Xarici ticarət əqdlərinin formasına və imzalanma qaydasına riayət etməmək əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər (16). Həmin Məcəllənin 548-ci maddəsinə əsasən vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirməyə və ya ləğv etməyə haqlıdır. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur. Həmin Məcəllənin 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Göründüyü kimi vəsiyyətnamənin verildiyi gün qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın vəsiyyətnamə müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bununla da, vəsiyyətnamənin qanuna uyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. X30 22 mart 1995-ci il tarixli 2V-2-25 reyestr nömrəli vəsiyyətnamə yazarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin - yəni X19 həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bununla da qeyd olunan vəsiyyətnamə bağlanarkən qüvvədə olan 1964-cü il tarixli Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də, məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır. Həmin vəsiyyətnamənin etibarsızlığına səbəb ola biləcək, həmin Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçını dəlilləri ilə razılaşmayaraq hesab edir ki, vəsiyyətnamə qanuni şəkildə bağlanmış, etibarsız hesab olunması üçün heç bir əsas yoxdur, bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçdiyindən, həmçinin iddia tələbi ilə bağlı iddiaçı öz tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim etmədiyindən iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Ağdaş rayon Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5rşı 22 mart 1995-ci il tarixli 2V-2-25 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Cavid Sultanov